03 Sentyabr 2026 13:35
67
CƏMİYYƏT
A- A+
Çarlz Lenjo Mvaziqe: Partlayıcı sursat təhlükəsi ümumi risk mənzərəsinin yalnız bir hissəsidir

Çarlz Lenjo Mvaziqe: Partlayıcı sursat təhlükəsi ümumi risk mənzərəsinin yalnız bir hissəsidir

Minalardan zərər çəkmiş şəhərlərdə hərbi əməliyyatların başa çatması heç də həmişə bərpa prosesinin başlanması demək deyil. Belə ərazilərdə insanların təhlükəsiz geri qayıtması, dağıntıların aradan qaldırılması, infrastrukturun və əsas xidmətlərin bərpası üçün ilk növbədə təhlükəsiz mühit yaradılmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru Çarlz Lenjo Mvaziqe Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, şəhər mühitində mina fəaliyyəti artıq yalnız ərazilərin təmizlənməsi məsələsi deyil, həm də institusional potensialın gücləndirilməsi və şəhərlərin bərpası problemidir.

“Əsas sual yalnız çirklənməni necə təmizləməkdən ibarət deyil. Məsələ təmizlənmiş ərazini təhlükəsiz, funksional və dayanıqlı icmaya çevirmək üçün institusional potensialın necə formalaşdırılmasındadır”, - deyə Mvaziqe qeyd edib.

Onun sözlərinə görə, şəhər ərazilərində partlayıcı təhlükələr binaların, yolların, dağıntıların və mühüm infrastrukturun içərisində və ətrafında yerləşə bilər. Əhali geri qayıtmağa hazır olduğu və yenidənqurma üçün təzyiq artdığı bir vaxtda təhlükəsiz şəraitin yaradılması xüsusi əhəmiyyət daşıyır.

Çıxışda vurğulanıb ki, partlayıcı sursat təhlükəsi ümumi risk mənzərəsinin yalnız bir hissəsidir. Ərazilər təmizləndikdən sonra belə, dayanıqlılığı pozulmuş binalar, çirklənmiş dağıntılar, zədələnmiş kommunal xətlər, təhlükəli materiallar və ekoloji risklər insanların təhlükəsizliyinə təhdid yarada bilər.

“Minatəmizləmə bərpa zəncirinin yalnız bir hissəsidir. Son nəticə təhlükəsiz girişin təmin edilməsi, yenidənqurma, əsas xidmətlərin bərpası, insanların təhlükəsiz geri qayıdışı, dolanışıq imkanlarının bərpası və fəaliyyət göstərə bilən icmanın formalaşdırılmasıdır”, - deyə o əlavə edib.

Bildirilib ki, mina fəaliyyəti ilə bağlı məlumatlar şəhərsalma, mənzil siyasəti, infrastruktur, ictimai səhiyyə, ətraf mühitin idarəolunması və yenidənqurma prioritetlərinin müəyyənləşdirilməsi proseslərinə inteqrasiya olunmalıdır.

Mərkəzin direktoru şəhərlərin bərpası üçün üç əsas şərti qeyd edib. Bunlar qurumlararası əməkdaşlıq, mina fəaliyyətinin digər sahələrlə inteqrasiyası və dayanıqlı resursların təmin edilməsidir.

O diqqətə çatdırıb ki, şəhər ərazilərinin təmizlənməsi texniki baxımdan mürəkkəb, uzunmüddətli və bahalı prosesdir. Buna görə də qısamüddətli layihə maliyyələşməsi ilə yanaşı, personal, avadanlıq, texnologiya, təlim və institusional inkişaf üçün proqnozlaşdırıla bilən, çoxillik maliyyə resurslarına ehtiyac var.

Çarlz Lenjo Mvaziqe institusional potensialın gücləndirilməsinin həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, xarici yardım ekspertiza, avadanlıq və təlim təmin edə bilər, lakin milli institusional potensialı uzunmüddətli perspektivdə əvəz edə bilməz.

Çıxışçı bu istiqamətdə məlumat, texnologiya, texniki potensial, standartlar və təlimi əsas prioritetlər kimi göstərib. Qeyd olunub ki, vahid əməliyyat mənzərəsinin yaradılması, pilotsuz uçuş aparatları, GIS, məsafədən zondlama, sensorlar və məsafədən idarəolunan sistemlərdən istifadə imkanlarının genişləndirilməsi qərar qəbuletmə prosesini yaxşılaşdıra bilər. Bununla belə, texnologiyanın hazırlıqlı kadrları, düzgün prosedurları və keyfiyyət təminatını əvəz etmədiyi vurğulanıb.

Çıxışda, həmçinin mina fəaliyyətinin şəhərlərin bərpası siyasətinə ilkin mərhələdən inteqrasiyası, daimi qurumlararası koordinasiya mexanizminin yaradılması, şəhərlərin bərpası üzrə milli standartların hazırlanması və çoxsəviyyəli milli təlim sisteminin formalaşdırılması təklif edilib.

“Texnologiya imkan yaradır, institutlar bu imkanları davamlı edir, insanlar isə sistemi işlək vəziyyətə gətirirlər. Şəhərlərin bərpası komanda işidir və əsas vəzifə doğru qurumun doğru zamanda doğru işi görməsini təmin etməkdir”, - deyə Çarlz Lenjo Mvaziqe bildirib.

Sonda qeyd olunub ki, əldəqayırma partlayıcı qurğulara qarşı mübarizə, mina fəaliyyəti, yenidənqurma və bərpa bir-biri ilə əlaqələndirilməli, lakin eyni fəaliyyət kimi nəzərdən keçirilməməlidir. Hərbi və təhlükəsizlik qurumları yüksək təhlükə şəraitində mühüm rol oynayır, mina fəaliyyəti ilə məşğul olan təşkilatlar uzunmüddətli risklərin azaldılmasını və ərazilərin istifadəyə qaytarılmasını təmin edir, hökumət və inkişaf tərəfdaşları isə təhlükəsizliyi yenidənqurma, xidmətlərin bərpası, dolanışıq imkanları və dayanıqlı inkişafa çevirirlər.

Əsas məqsədin yalnız şəhəri minalardan təmizləmək deyil, şəhərin normal fəaliyyət göstərmək qabiliyyətini bərpa etmək olduğu vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın 2 gündə hava necə olacaq?

13:42
03 Sentyabr

Çarlz Lenjo Mvaziqe: Partlayıcı sursat təhlükəsi ümumi risk mənzərəsinin yalnız bir hissəsidir

13:35
03 Sentyabr

Azərbaycan Premyer Liqasında IV turun hakim təyinatları açıqlanıb

13:28
03 Sentyabr

Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyədə insan kapitalının gücləndirilməsinə xidmət edir

13:21
03 Sentyabr

“Plug & Play”in regional direktoru: Azərbaycanda “deep tech” və yeni nəsil startapların formalaşmasına dəstək vermək istəyirik

13:14
03 Sentyabr

Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir

13:07
03 Sentyabr

Höte İnstitutunun Rusiyadakı filialları bağlanacaq

13:02
03 Sentyabr

UN-Habitat-ın regional direktoru: Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır

13:00
03 Sentyabr

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub

12:55
03 Sentyabr

Ötən gün 68 cinayətin açılması təmin olunub

12:50
03 Sentyabr

Masallı “ASAN Həyat” kompleksinin 10 yaşı tamam olur 

12:45
03 Sentyabr

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı tədarük edilib

12:40
03 Sentyabr

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstək məhduddur

12:35
03 Sentyabr

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb

12:30
03 Sentyabr

Samuxda vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

12:25
03 Sentyabr

Azərbaycan COP17-də təmsil olunub

12:20
03 Sentyabr

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib 

12:15
03 Sentyabr

Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb

12:10
03 Sentyabr

Fransa Metyu və Hanter adaları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verilib

12:07
03 Sentyabr

San Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya  

12:05
03 Sentyabr

Cari ilin 8 ayında sığortaolunanların sayı 104 min nəfərdən çox artıb

12:00
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!