03 Sentyabr 2026 13:02
108
DÜNYA
A- A+
Höte İnstitutunun Rusiyadakı filialları bağlanacaq

Höte İnstitutunun Rusiyadakı filialları bağlanacaq


Bundan əvvəl Berlində "Rus Evi"nin fəaliyyəti qadağan edilmişdir


Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Almaniya hökumətinin Berlindəki “Rus Evi” ilə bağlı müqaviləni ləğv etmək qərarından sonra Höte İnstitutunun ölkədəki hər üç filialının bağlanacağını bildirib. 

Sergey Lavrov bunu sentyabrın 3-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda (ŞİF) elan edib. Çıxış  Xarici İşlər Nazirliyinin YouTube kanalında yayımlanıb. Nazir bildirib ki, "almanların burada - Moskvada, Sankt-Peterburqda və Yekaterinburqda Höte İnstitutunun filialları var. Əlbəttə ki, mədəniyyət mərkəzimiz qovulduqdan sonra onlar bağlanacaq. Əks halda, özümüzə hörmət etməmiş olarıq". S.Lavrovun bu bəyanatı Almaniya hakimiyyətinin bir gün əvvəl Rusiyaya qarşı sanksiyaların sərtləşdirildiyini elan etməsindən və avqust ayında Leypsiq hava limanında baş verən dron hadisəsində Moskvanı günahlandırmasından sonra verilib. 

Almaniya hökuməti cavab tədbirlərinin bir hissəsi olaraq Bonn şəhərində yerləşən sonuncu Rusiya baş konsulluğunu 18 sentyabr tarixinə qədər bağlamaq və Berlindəki “Rus Evi”ni tənzimləyən müqaviləni ləğv etmək qərarına gəlib. Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib. Eyni müqavilə Höte İnstitutunun Rusiyadakı işini tənzimləyirdi. Bundan əlavə, Berlin Rusiya vətəndaşlarının girişinə nəzarəti gücləndirəcək və Rusiyanın "kölgə donanması"na qarşı tədbirləri gücləndirəcək.

Almaniyalı müstəntiqlər Leypsiq hava limanında pilotsuz təyyarə ilə hücum cəhdində iki şübhəlini müəyyən ediblər. Bu barədə  "Die Süddeutsche Zeitung" qəzeti, eləcə də NDR və WDR televiziya kanaqlları məlumat yayıb. Bildirildiyinə görə, şübhəlilər hazırda Latviya vətəndaşlığı olan rusiyalı və Rusiya vətəndaşlığı olan belarusdur. Rusəsilli şəxs planlaşdırılan hücumun logistik təşkilatçısı və təlimatçısı hesab olunur və onun Rusiya kəşfiyyat orqanları ilə əlaqələrinin olduğu deyilir. O, iyulun sonunda Berlin - Brandenburq hava limanına uçub, sonra icarəyə götürülmüş avtomobillə Leypsiq istiqamətində hərəkət edib. Planlaşdırılan hücumdan iki gün əvvəl o, Almaniyanı tərk edərək eyni hava limanından geri qayıdıb. Belaruslunun isə əvvəllər başqa cinayətlərə görə məhkumluqları olub. O, ölkəyə aprelin sonunda Minskdə verilmiş İtaliya turist vizası ilə gəlib.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt hücum cəhdinin peşəkarcasına planlaşdırıldığını və həyata keçirildiyini, bunun üçün "yüksək səviyyəli texniki təcrübə və əhəmiyyətli təşkilati xərclər" tələb olunduğunu qeyd edib. O, hücumda birbaşa iştirak edənləri "aşağı səviyyəli agentlər" adlandırıb.

Leypsiq-Halle hava limanı Almaniyanın ən vacib yük hava limanlarından biridir və eyni zamanda hərbi nəqliyyat üçün əsas logistika mərkəzidir. Bu hava limanında Ukraynaya məxsus An-124 yük təyyarəsinə qarşı iddia edilən təxribat cəhdi avqustun 4-də baş verib. Müstəntiqlərin sözlərinə görə, təxribatda cən azı 3 dron iştirak edib. Onlardan biri partlayıcı maddələrlə silahlanmış vəziyyətdə bir neçə Ukrayna yük təyyarəsinin yaxınlığında aşkar edilib. İkinci, ehtimal ki, birinci aşkar edildikdən bir neçə dəqiqə sonra DHL yük təyyarəsinə çırpılıb. Üçüncü dron hadisədən 10 gün sonra - avqustun 14-də hava limanının qərbindəki bir sahədə tapılıb. Müstəntiqlər uçuş aparatının yaxınlığında təxminən 50 qram maddə - heksogen aşkar ediblər.


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Plug & Play”in regional direktoru: Azərbaycanda “deep tech” və yeni nəsil startapların formalaşmasına dəstək vermək istəyirik

13:14
03 Sentyabr

Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir

13:07
03 Sentyabr

Höte İnstitutunun Rusiyadakı filialları bağlanacaq

13:02
03 Sentyabr

UN-Habitat-ın regional direktoru: Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır

13:00
03 Sentyabr

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub

12:55
03 Sentyabr

Ötən gün 68 cinayətin açılması təmin olunub

12:50
03 Sentyabr

Masallı “ASAN Həyat” kompleksinin 10 yaşı tamam olur 

12:45
03 Sentyabr

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı tədarük edilib

12:40
03 Sentyabr

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstək məhduddur

12:35
03 Sentyabr

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb

12:30
03 Sentyabr

Samuxda vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

12:25
03 Sentyabr

Azərbaycan COP17-də təmsil olunub

12:20
03 Sentyabr

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib 

12:15
03 Sentyabr

Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb

12:10
03 Sentyabr

Fransa Metyu və Hanter adaları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verilib

12:07
03 Sentyabr

San Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya  

12:05
03 Sentyabr

Cari ilin 8 ayında sığortaolunanların sayı 104 min nəfərdən çox artıb

12:00
03 Sentyabr

Argentina futbolunda Messi üçün xüsusi vida mərasimi keçiriləcək

11:55
03 Sentyabr

Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər aparılacaq

11:50
03 Sentyabr

Təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq

11:45
03 Sentyabr

Xızıda təşkil olunan “Erkən müayinə can qurtarır!” aksiyasında 207 nəfər tibbi müayinədən keçirilib

11:35
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!