15 Avqust 2026 00:45
3664
Qanunlar
A- A+
"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584 (Cild I); 2025, № 1, maddə 6, № 8, maddə 739; 2026, № 3, maddə 203) aşağıdakı məzmunda 29.6-cı maddə əlavə edilsin:

"29.6. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara dair rəy verir.".

Maddə 2. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144 (Cild I); 2025, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, № 12 (I kitab), maddə 1118) 6.2.10-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.2.11-ci maddə əlavə edilsin:

"6.2.11. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatasına.".

Maddə 3. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820 (Cild I); 2024, № 12 (I kitab), maddə 1281; 2026, № 1, maddə 16, № 3, maddə 210) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.0.3-cü maddəyə "büdcəsinin," sözündən sonra "Naxçıvan Muxtar Respublikası büdcəsinin," sözləri əlavə edilsin;

3.2. 6.0.2-ci maddəyə "büdcəsi" sözündən sonra ", Naxçıvan Muxtar Respublikasının büdcəsi" sözləri əlavə edilsin;

3.3.7-ci maddə üzrə:

3.3.1. 7.0.1-ci, 7.0.2-ci, 7.0.3.1-ci və 7.0.3.2-ci maddələrə "büdcəsinin" sözündən sonra ", Naxçıvan Muxtar Respublikası büdcəsinin" sözləri əlavə edilsin;

3.3.2. 7.0.3.3-cü  maddəyə "büdcəsindən" sözündən sonra ", Naxçıvan Muxtar Respublikasının büdcəsindən" sözləri əlavə edilsin;

3.3.3. 7.0.8-ci maddədə "sirri" sözü"və sığorta sirrinin qorunmasını təmin edir" sözləri ilə əvəz edilsin;

3.4. 8-ci maddə üzrə:

3.4.1. 8.0.3-cü maddəyə "büdcəsinin" sözündən sonra ", Naxçıvan Muxtar Respublikası büdcəsinin" sözləri, "formada" sözündən sonra ", həmçinin bu Qanunun 8.0.15-1-ci maddəsində göstərilən informasiya sistemi vasitəsilə" sözləri əlavə edilsin;

3.4.2. 8.0.6-cı maddəyə "keçirilməsi" sözündən sonra ", habelə bu Qanuna uyğun olaraq büdcələrin layihələrinə və icrasına dair rəylərin hazırlanması" sözləri əlavə edilsin;

3.4.3. 8.0.7-ci maddədə "və bank" sözləri ", bank və sığorta" sözləri ilə əvəz edilsin;

3.4.4. aşağıdakı məzmunda 8.0.15-1-ci maddə əlavə edilsin:

"8.0.15-1. dövlət auditi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan informasiya sisteminə sahiblik edir və öz fəaliyyətini həyata keçirərkən həmin sistemdən istifadə edir;";

3.5. 11.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Hesablama Palatasının üzvləri dövlət auditoru hesab edilirlər.";

3.6. 14.0.8-ci maddəyə "Məclisinə" sözündən sonra "və Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə" sözləri əlavə edilsin;

3.7. 21.12-ci maddəyə "büdcəsindən" sözündən sonra ", Naxçıvan Muxtar Respublikasının büdcəsindən" sözləri əlavə edilsin;

3.8. 23.1.1-ci maddəyə hər iki halda "büdcəsinin" sözündən sonra ", Naxçıvan Muxtar Respublikası büdcəsinin" sözləri əlavə edilsin;

3.9. 24.1-ci maddəyə hər iki halda "büdcəsinin" sözündən sonra ", Naxçıvan Muxtar Respublikası büdcəsinin" sözləri, "layihələrinə və" sözlərindən sonra "illik" sözü əlavə edilsin;

3.10. 32-ci maddə üzrə:

3.10.1. adından "kənar dövlət maliyyə nəzarəti" sözləri çıxarılsın;

3.10.2. 32.1-ci maddədə "və bank" sözləri ", bank və sığorta" sözləri ilə əvəz edilsin;

3.10.3. 32.2-ci maddəyə "fəaliyyəti" sözündən sonra ", həmçininbu Qanuna uyğun olaraq büdcələrin layihələrinə və icrasına dair rəylərin hazırlanması" sözləri, "büdcəsinin" sözündən sonra ", Naxçıvan Muxtar Respublikası büdcəsinin" sözləri əlavə edilsin və həmin maddədə "və bank" sözləri ", bank və sığorta" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

00:39
07 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə

00:34
07 Oktyabr

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə

00:32
07 Oktyabr

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında  

00:31
07 Oktyabr

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

23:57
06 Oktyabr

Rusiyanın neft və qaz gəlirləri azalıb

23:49
06 Oktyabr

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

23:27
06 Oktyabr

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

22:13
06 Oktyabr

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

21:55
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

21:46
06 Oktyabr

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

20:49
06 Oktyabr

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

20:43
06 Oktyabr

1 870 tələbəyə xoş xəbər: təhsil ödənişsiz oldu

19:51
06 Oktyabr

Missiyalarını tamamlayan humanoid robotlar atəşə tullanaraq özlərini məhv etdilər  

19:44
06 Oktyabr

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

19:39
06 Oktyabr

“TikTok”da süni intellektlə işləyən alış-veriş dövrü başlayır  

19:29
06 Oktyabr

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!