07 Oktyabr 2026 00:32
173
Nazirlər Kabineti
A- A+
“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə


№ 324


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 605 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”na əlavə - “DÖVLƏT MİNERAL XAMMAL EHTİYATLARINDAN İSTİFADƏ AGENTLİYİ GEOLOJİ AYIRMA”dan “İdarə Heyətinin” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 42 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydaları” üzrə:

2.1. 1 nömrəli əlavə - “DÖVLƏT MİNERAL XAMMAL EHTİYATLARINDAN İSTİFADƏ AGENTLİYİ DAĞ-MƏDƏN AYIRMASI AKTI”ndan “İdarə Heyətinin” sözləri çıxarılsın;

2.2. 2 nömrəli əlavə - “Topoqrafik planın surətinin üzərindəki yazıların nümunəsi”ndə “İdarə Heyətinin” sözləri çıxarılsın;

2.3. 3 nömrəli əlavə - “Topoqrafik planın surətinin üzərindəki yazıların nümunəsi”ndə “İdarə Heyətinin” sözləri çıxarılsın;

2.4. 7 nömrəli əlavədə - “FAYDALI QAZINTILARIN ÇIXARILMASI İLƏ ƏLAQƏDAR OLMAYAN MƏQSƏDLƏR ÜÇÜN VERİLMİŞ YER TƏKİ SAHƏSİ BARƏDƏ MƏLUMAT KARTOÇKASI”ndan “İdarə Heyətinin” sözləri çıxarılsın;

2.5. 8 nömrəli əlavə - “FAYDALI QAZINTILARIN ÇIXARILMASI İLƏ ƏLAQƏDAR OLMAYAN MƏQSƏDLƏR ÜÇÜN VERİLMİŞ YER TƏKİ SAHƏSİNİN UÇOT KARTOÇKASI”ndan “İdarə Heyətinin” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 207 (Cild I); 2024, № 1, maddə 79) ilə təsdiq edilmiş “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları” üzrə:

3.1. 2 nömrəli əlavədə - “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin DAĞ-MƏDƏN AYIRMASI AKTI”ndan “İdarə Heyətinin” sözləri çıxarılsın;

3.2. 3 nömrəli əlavə - “Topoqrafik planın surətinin üzərindəki yazıların nümunəsi”ndən “İdarə Heyətinin” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 650 (Cild I) ilə təsdiq edilmiş “Yerin təki haqqında geoloji informasiyadan istifadənin Qayda və Şərtləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.3-cü bənddə “Dövlət Geoloji İnformasiya Fondu” sözləri “tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

4.2. 3.3-cü bənddə “verilmiş” sözü “daxil edilməsi üçün Agentliyə təqdim olunmuş” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555, (Cild I); 2024, № 2, maddə 236, № 5 (II kitab), maddə 575, № 7, maddə 910; 2025, № 4 (II kitab), maddə 424, № 7, maddə 697; 2026, № 1, maddə 78) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın 2573-5-ci bəndində “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin” sözləri “Geodeziya və Kartoqrafiya Agentliyinin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 99 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 590 (Cild I); 2025, № 4 (I kitab), maddə 384) ilə təsdiq edilmiş “Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları”nın 9-cu hissəsində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs” sözləri “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 460, № 5 (II kitab), maddə 628, № 7, maddə 927; 2025, № 9, maddə 866; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 304 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə” bölməsi aşağıdakı redaksiyada verilsin: 


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə

 1.

Azərbaycan Dövlət Aqrar Universiteti

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

2. 

Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

3. 

Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Bitkiçilik Elmləri İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

4. 

Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə



7.2. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə” bölməsində “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs” sözləri “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1198 (Cild I); 2024, № 4, maddə 437, № 6 (II kitab), maddə 736, № 9, maddə 1106; 2025, № 9, maddələr 868, 879, № 12 (II kitab), maddə 1262) ilə təsdiq edilmiş 7 nömrəli əlavə - “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi”nin 5.3-cü bəndində “Aqrar İnnovasiya Mərkəzi və elmi tədqiqat institutları” sözləri “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi, onun tabeliyindəki Bitkiçilik Elmləri İnstitutu və Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 322 (Cild I); 2024, № 2, maddə 206, № 12 (I kitab), maddə 1313; 2025, № 8, maddə 811; 2026, № 2, maddə 191; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 273 nömrəli və 9 sentyabr tarixli 287 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nın 276-cı bəndinin “Obyektin balanssaxlayıcısı” sütununda “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs” sözləri “Geodeziya və Kartoqrafiya Agentliyi” sözləri ilə əvəz edilsin.

10. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 317 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1231 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 20 iyul tarixli 219 nömrəli Qərarı) 1-ci hissəsinin “Kollegiyanın üzvləri:” bölməsində “Aqrar İnnovasiya Mərkəzinin direktoru” sözləri “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin baş direktoru” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2531 (Cild I); 2024, № 5 (II kitab), maddə 602; 2025, № 6, maddələr 597, 602, № 9, maddə 866) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə:

4.1. Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi;

4.2. Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Bitkiçilik Elmləri İnstitutu;

4.3. Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu.”.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (ll kitab), maddə 2745 (Cild I); 2025, № 2, maddə 195, № 9, maddələr 866, 872, № 10, maddə 966) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1.1-ci bənddə “Aqrar İnnovasiya Mərkəzi” sözləri “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi” sözləri ilə əvəz edilsin;

12.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:

“1.1-1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin tabeliyindəki qurumlar:

1.1-1.1. Bitkiçilik Elmləri İnstitutu;

1.1-1.2. Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu;”;

12.3. 1.2 - 1.7-ci, 3.1-ci və 3.2-ci bəndlər ləğv edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 iyun tarixli 200 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 862 (Cild I); 2024, № 9, maddə 1091; 2025, № 9, maddə 872, № 11, maddə 1087) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

13.1. 1.7-ci, 3.1-ci, 3.3-cü və 3.4-cü bəndlər ləğv edilsin;

13.2. aşağıdakı məzmunda 1.8-ci və 1.9-cu bəndlər əlavə edilsin:

“1.8. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi.

1.9. Geodeziya və Kartoqrafiya Agentliyi.”.

14. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 483; 2025, № 4 (I kitab), maddə 398; 2026, № 6, maddə 578) 3-cü və 5-ci hissələri ləğv edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 1, maddə 79; 2026, № 5 (II kitab), maddə 474) ilə təsdiq edilmiş 10 nömrəli əlavə - “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin aparatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzi işçilərinin aylıq vəzifə maaşlarının Cədvəli”nin adından “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin aparatı,” sözləri çıxarılsın.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 avqust tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 8, maddə 801; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 273 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

16.1. 3-cü və 5-ci hissələr ləğv edilsin;

16.2. 6.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:

“7. Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu.”.

17. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 avqust tarixli 236 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 8, maddə 808; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 273 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

17.1. birinci hissədə “14” rəqəmləri “13” rəqəmləri ilə əvəz edilsin;

17.2. “Kollegiyanın üzvləri:” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

17.2.1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri” sözləri çıxarılsın;

17.2.2. “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri” sözləri “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun direktoru” sözləri ilə əvəz edilsin.

18. “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 noyabr tarixli 416 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1353 (Cild I); 2024, № 3, maddə 294, № 4, maddə 455; 2025, № 4 (I kitab), maddə 384) ləğv edilsin.

19. “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli 425 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1361 (Cild I); 2024, № 3, maddə 294, № 4, maddə 455) ləğv edilsin.

20. Bu Qərar “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 1-ci və 2-ci hissələrinə əsasən yaradılan müvafiq büdcə təşkilatlarının əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edildiyi gündən qüvvəyə minir.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 5 ” “ oktyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

00:39
07 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə

00:34
07 Oktyabr

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə

00:32
07 Oktyabr

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında  

00:31
07 Oktyabr

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

23:57
06 Oktyabr

Rusiyanın neft və qaz gəlirləri azalıb

23:49
06 Oktyabr

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

23:27
06 Oktyabr

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

22:13
06 Oktyabr

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

21:55
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

21:46
06 Oktyabr

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

20:49
06 Oktyabr

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

20:43
06 Oktyabr

1 870 tələbəyə xoş xəbər: təhsil ödənişsiz oldu

19:51
06 Oktyabr

Missiyalarını tamamlayan humanoid robotlar atəşə tullanaraq özlərini məhv etdilər  

19:44
06 Oktyabr

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

19:39
06 Oktyabr

“TikTok”da süni intellektlə işləyən alış-veriş dövrü başlayır  

19:29
06 Oktyabr

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!