22 İyun 2022 03:53
674
İQTİSADİYYAT
A- A+
Büdcə dəyişiklikləri nədən xəbər verir?

Büdcə dəyişiklikləri nədən xəbər verir?

 

Neftin qiymətinin 85 dollar müəyyən edilməsi ilə iqtisadiyyatın digər sahələrinin daha da aktivləşməsi təmin ediləcək

 

2022-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 85 dollar müəyyən edilib. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında cari ilin büdcəsinə təklif edilən dəyişikliklər layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Xatırladaq ki, bundan öncə büdcədə neftin bir barelinin qiyməti 50 dollar müəyyən edilmişdi. Lakin qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı  qiymət gözləntiləri yüksələn xətlə davam etdi. Eyni zamanda dünya bazarında "Azeri Light" markalı neftin qiyməti də bahalaşdı. Bir neçə ayda neftin qiyməti müəyyən günlərdə rekord həddə çatdı. Ötən il təsdiqlənən dövlət büdcəsində neftin qiyməti 50 dollar götürülsə də, gedən proseslər fonunda "Azeri Light" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər oldu ki, bu da dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün istinad götürülən qiyməti 2 dəfədən artıq üstələdi.

 

Büdcəyə ediləcək dəyişiklik sosial paketin maliyyələşdirilməsinə töhfə verəcək

 

İlk dəfə olaraq bu ilin 5 ayı ərzində Azərbaycanın neft ixracından əldə etdiyi valyuta gəlirləri ilə qaz ixracından əldə etdiyi gəlirlər, demək olar ki, bərabərləşib. Bununla da 2022-ci ilin beş aylıq fiskal icra göstəriciləri və dünya neft bazarlarında müşahidə edilən dinamika makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaratdı.

Beləliklə, 2022-ci ilin dövlət büdcəsinə ediləcək dəyişiklikdə xam neftin bir barelinin orta illik ixrac qiymətinin 85 ABŞ dollar, orta illik inflyasiyanın isə 12,5 faiz səviyyəsində götürülməsi təklif olunur.

Vüqar Bayramov Nazirlər Kabinetinə - Müraciət Etdi - FED.azMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, 2022-ci ilin dövlət büdcəsinə əlavə dəyişikliklərin edilməsinin əsas səbəbi neftin dünya bazarında qiymətinin yüksək olması, eyni zamanda qeyri-neft sektorundan daxilolmaların artmasıdır. Deputat bildirir ki, qeyri-neft sektorundan da proqnozlaşdırılandan daha çox vəsaitin büdcəyə daxil olması müşahidə olunub ki, bu da bütövlükdə büdcə xərclərinə, gəlirlərə yenidən baxılmasını gündəmə gətirib. Büdcəyə edilən dəyişikliklər xərclərin artmasına səbəb olur ki, bu da bir sıra istiqamətlərə vəsaitlərin ayrılması üçün maliyyə bazası formalaşdırır. Vüqar Bayramovun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun təsdiq olunmuş gəlirləri 300 milyon manata yaxın artıb. Bu vəsait Prezidentin fevral və mart aylarında imzaladığı sosial tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunacaq: "Bu, sosial paketin maliyyələşdirilməsinə töhfə verəcək və onun genişləndirilməsinə imkan verəcəkdir".

Çox mühüm məqamlardan biri də iqtisadi fəaliyyət üzrə xərclərin artırılması və təxminən yarım milyard manata yaxın vəsaitin işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurulma işləri üçün yönəldilməsidir.

Deputat vurğulayır ki, bu, xüsusən, Qarabağ və Şərqi Zəngəzurda daha qısa zamanda bərpa və yenidənqurma işlərinin aparılmasına, Böyük qayıdış planının daha tez reallaşması və ərazilərin bərpasına daha çox vəsaitin ayrılmasına imkan verəcək: "Azərbaycan 2021-2022-ci illərdə işğaldan azad olunmuş ərazilərin bərpası üçün yalnız dövlət büdcəsindən 5 milyard manata yaxın vəsait ayırıb. Bu isə ondan xəbər verir ki, mövcud maliyyə resurslarımız işğaldan azad olunmuş ərazilərin öz vəsaitlərimiz hesabına bərpasına imkan verir".

Deputat qiymətlərin optimallaşdırılması və dünya bazarında müşahidə edilən qiymət artımının Azərbaycanın istehlak bazarına təsirinin minimallaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinin vacib olduğunu deyir. Bu tədbirlər sırasında sahibkarların dəstəklənməsi, minimum istehlak səbətinə daxil olan məhsulların istehsalı ilə məşğul olan sahikarlarla bağlı yeni güzəşt mexanizmlərinin təklif edilməsi var. Bu da yerli istehsalın genişləndirilməsinə, həm də qiymətlərin optimallaşdırılmasına xidmət edəcək.

 

Əhalinin gəlirləri daha yuxarı  həddə formalaşacaq

 

İnfrastruktur layihələrin konsepsiyası necə hazırlanmalıdır? Suala Eldəniz  Əmirov cavab verirİqtisadçı ekspert Eldəniz Əmirov isə 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına imkan yaradan əsas faktorun neft və dövlət gəlirlərinin təsdiq olunmuş göstəricidən 2 milyard manatdan daha yuxarı formalaşacağı proqnozunun olduğunu qeyd edir. Ekspert bildirir ki, ümumilikdə gəlirlərin 53,2 faizi məhz neft sektorunun, 46,8 faizi isə qeyri-neft sektorunun payına düşür. Neft gəlirlərinin təxminən 15 milyard 540 milyon manata yaxın olacağı  proqnozlaşdırılır.

Eldəniz Əmirov vurğulayır ki, neft gəlirlərinin yuxarı səviyyədə olması dövlət büdcəsinə yenidən baxılması üçün geniş fürsətlər verib. Bütövlükdə dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektorunun xüsusi çəkisində artım müşahidə olunsa da, neft faktorlarının daha önəm daşıması qaçılmazdır, çünki neft sektoru birbaşa statistik təhlillər zamanı gördüyümüz rəqəmlərlə yekunlaşmır, eyni zamanda qeyri-neft sektorunda olan canlanmaların da baş verməsi üçün zəmin yaradır. Neftdən gələn gəlirlər hesabına iqtisadiyyatın digər sahələrində də aktivlik təmin olunur.

Ekspert deyir ki, Azərbaycanın ötən il təsdiq olunmuş 2022-ci il dövlət büdcəsinin 26,8 milyard manatlıq gəlirlərinin 8,9 faiz artaraq 29,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Dövlət xərclərinin isə 29,8 milyard manatdan 8,1 faiz artaraq 33,3 milyard manat həcmində olacağı  pronozlaşdırılır.

İqtisadçının fikrincə, neft qiymətlərinin qalxması səbəbindən büdcədə olan dəyişiklik, bundan dolayı əsaslı və cari xərclərin artması iqtisadiyyatın digər sahələrində də  aktivliyin qorunub saxlanmasına, dövlət investiya layihələrinin reallaşmasına imkan verəcək. Bu layihələrin həyata keçirilməsi məşğulluğun təmin olunmasında, əhalinin gəlirlərinin daha yuxarı həddə formalaşmasında mühüm rol oynayacaq.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!