04 Aprel 2023 00:49
1584
SİYASƏT
A- A+
Bu qədər kin və nifrət nədən qaynaqlanır?!

Bu qədər kin və nifrət nədən qaynaqlanır?!

 

İranın bizə  "bağışlaya bilmədiyi"  yeddi  məqam

 

Bu gün heç kimdə zərrə qədər də olsa, şübhə yoxdur ki,  İranın (daha dəqiq ifadə etsək, fars-molla rejiminin) özünə düşmən saydığı dövlətlər sırasında müstəqil Azərbaycan ilk yerlərdən  birində dayanır.

Bunu biz havadan demirik, faktlara əsaslanıb söyləyirik.

Gəlin birlikdə olanları yenidən yada salaq.

Biz həmişə İranı özümüzə dost, qardaş hesab etsək də, mədəni, dini və tarixi əlaqələrin və bağların  qədimliyini etiraf  edib sərhədin o tayında qırx milyon qan qardaşımızın yaşadığını   xatırladaraq xarici əlaqə və münasibətlərdə  onu  nəzərə alsaq da,  əvəzində qarşı tərəfdən analoji münasibəti heç zaman görməmişik.

Əksini isə təsdiq edən kifayət qədər fakt və misallar mövcuddur.

MƏSƏLƏN,  İranın fars-molla rejimi:

* Azərbaycan sərhədlərinin pozulmasını və müstəqil Azərbaycan ərazilərinin işğalını özünün "qırmızı xətti" olduğunu heç zaman Hayastana xatırlatmadı;

* Bir dəfə də olsun  Hayastanı işğalçı dövlət adlandıraraq qınamadı;

* Tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına  dözümlülük göstərdi;

* Ərazimizdəki məscidlərin  uçurulmasına və mal-qara  tövləsinə, donuz damına çevrilməsinə göz yumdu;

* Ermənilərə qoşularaq Qarabağ və Şərqi Zəngəzurda qalan evlərimizi qarət etdi;

* Din qardaşlarının halal evlərindən oğurladıqları haram tikinti materiallarını öz ərazilərindəki bazarlarda satıb pula çevirdi;

* İşğal altındakı Azərbaycan torpaqlarını ermənilərdən icarəyə götürməklə kənd təsərrüfatı məhsulları əkib-becərdi;

* Bizim torpaqlarda haylarla şərikinə narkoplantasiyalar saldı;

* İkinci Qarabağ müharibəsində öz hava məkanını Hayastana gecə-gündüz silah-sursat daşıyan dövlətlərin ixtiyarına verdi;

* Hayastan ordusunu yanacaq, sürtkü yağları, ərzaq sarıdan korluq çəkməyə qoymadı;

* Hayastanın  Azərbaycan torpaqlarını daim işğalda saxlaması üçün  əlindən gələn bütün köməyi göstərdi;

* Ən nəhayət, tez-tələsik Qafanda konsulluğunu açaraq Hayastanın məğlubiyyətdən  aldığı yaralarının  sağalması üçün yanında olduğunu əməli işi ilə  isbat etdi!

Biz müstəqillik əldə edərək sevincimizi bölmək üçün ilk addımlardan biri kimi İranla  aramızda olan tikanlı məftilləri  qırıb-dağıtmışdıq...

İndi özünüz qiymət verin:

Bu bizim ürəyimiz, səmimi münasibətlərimiz və kişiliyimiz, bu da İranın!

***

İranı bütün dünya necə tanıyır - hamı bilir!

İran  dünyada  nə işlə məşğuldur - hər kəsə bəllidir!

İrana niyə sanksiyalar qoyulur - o da aydın məsələdir!

İran niyə hörmətsiz, urvatsız, küncə qısnanmış dövlət sayılır - bunda da heç bir sirr-filan yoxdur!

Lap qısaca desək, İran terrorçu, terrora dəstək verən, narkotika istehsal edən, insan hüquqlarını qəbul etməyən, beynəlxalq hüququ saya salmayan, öz vətəndaşlarına güllə atıb, hüquqlarını tələb edənlərini boğazından kəndirlə asan bir dövlətdir!

Bəs İranın ona  heç bir pisliyi dəyməmiş müstəqil Azərbaycana  bu qədər kin, qəzəb və nifrətinin əsl səbəbi nədir?

Axı indiyədək ölkəmiz ona heç nə etməyib!

Fars-molla rejiminin demokratik,  müstəqil siyasət yürüdən, dünya dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan  münasibətlər  quran, sülhpərvər Azərbaycanı  heç cür bağışlaya bilmədiyi yeddi məqam barədə qısaca söhbət açmaq istəyirik.

***

Birinci  məqam: İran Azərbaycanın  müstəqil və qüdrətli  dövlət olmasını istəmir və bundan  bərk qorxur.

Tarixin dərinliklərinə varmadan  söyləyək ki,  Türkmənçay  və Gülüstan müqavilələrinə əsasən,  Azərbaycan iki yerə parçalandı.

Azərbaycan xalqı əsl faciəsini yaşadı.

Yarıya  bölünərək  doğmalarına, qohumlarına, dostlarına həsrət qaldı.

Sərbəst gediş-gəlişə sovet  hökuməti icazə vermədi, ciddi qadağa  qoydu.

O  taydakı qırx milyon qardaş və bacımız savadsızlıqdan, hüquqsuzluqdan, dilinə, təhsilinə, insani  hüquqlarına  tətbiq edilən qadağa və maneələrdən zillət çəkdi, ağır və yoxsul həyata məhkum olundu.

Bu taydakılar isə repressiya  və sürgünlərdən keçdi,  1941-1945-ci il müharibəsində qırıldı, iki  Qarabağ savaşında  isə  23 mindən çox  şəhid  verdi, uzun  sürən və ağrılı məcburi köçkün  həyatı yaşadı.

SSRİ-nin  süqutu ilə Sovet Azərbaycanı  müstəqillik  qazandı, öz  sərvətlərinə və  xalqına sahib çıxdı!

Otuz  ilədək davam  edən işğala  Vətən   müharibəsi ilə son  qoyaraq ərazi  bütövlüyünü bərpa  etdi, qələbə  sevincini yaşadı!

Müstəqillik illərində  Azərbaycan  dövləti öz vətəndaşının xoşbəxtliyi,  firavan  yaşayışı  üçün  mümkün  olan hər şeyi  etdi!

Bu gün əldə etdiklərimiz haqlı qürur doğurur:

*Azərbaycan müstəqil hüquqi-demokratik dövlətdir;

* Fikir plüralizmi, çoxpartiyalı sistem mövcuddur;

* Mətbuat, söz azadlığı var, insanlar sərbəst  danışır, gəzir, heç bir  məhdudiyyətə məruz qalmırlar;

* Hamı ana dilində orta və ali təhsil alır, istədiyi xarici ölkədə  təhsilini davam etdirir;

* İnsan hüquqlarına ciddi şəkildə əməl olunur, şəxsiyyətə hörmət bəslənilir;

* Azərbaycan  sürətli  inkişaf yolundadır, insanlar  firavan həyat sürür, şəhər və kəndlər  müasir və  tam təminatlıdır, xoşbəxt  yaşamaqda  dövlət vətəndaşına daim  yardım  göstərir.

İranda isə vəziyyət  necədir,  son aylar orada  nələr baş verir – hər kəsə bəllidir!

Odur ki,  baş verən vəhşilikləri və qəddarlıqları yenidən  xatırlatmırıq.

İran heç vəchlə  sərhədlərinin o tayında  on milyon azərbaycanlının  bəxtəvər,  azad, firavan  yaşamasını qəbul edə bilmir.

Bilir ki, ərazisindəki  azərbaycanlılar  hər gün yox, bəlkə də hər saat  özlərini müstəqil  Azərbaycanın vətəndaşları ilə müqayisə edirlər və bu  müqayisə  zamanı  ürəklərindən  nələr  keçirirlər!

Bax İran məhz buna görə müstəqil Azərbaycanın  qüdrətlənməsindən, ayaq üstə möhkəm  dayanmasından əndişələnir.

***

İkinci məqam:  Azərbaycanla  İsrailin  dostluğu və əməkdaşlığı İranı təkcə narahat etmir, həm də  qorxudur.

Üstəlik, Azərbaycanın  İsraildə səfirlik açması  qonşu İranı möhkəmcə əsəbiləşdirib.

Azərbaycan  əvvəldən açıq şəkildə bəyan edib ki, öz ərazisindən başqa dövlətlərə qarşı istifadə  olunmasına heç zaman yol verməyəcək.

Dediyi sözün də sahibidir.

Azərbaycan-İsrail əməkdaşlığı  müstəqilliyimizin ilk  illərindən başlayıb və bu gün də  uğurla davam edir!

Əvvəla, Azərbaycanın kiminlə dostluq edib-etməməsi onun öz işidir və bununla bağlı heç kəslə məsləhətləşməyi ağlının ucundan belə keçirmir!

İkincisi,  adamdan soruşarlar ki,  sən ermənini özünə dost, qardaş tutanda məndən soruşmuşdun ki, mən də səndən xəbər alım?

Üçüncüsü, İsrail  nə  İranda, nə də  Qarabağda və Şərqi Zəngəzurda nə bir  məscid dağıdıb, nə də bir məsciddə  donuz  saxlayıb.

Sənsə dostun hayların əməllərini  hamıdan yaxşı bilsən də, özünü o yerə  qoymursan.

Dördüncü,  necə düşünürsünüz,  işğalçıya qarşı vuruşanın yanında olanla,  ədalət uğrunda mübarizə aparanla  dostluq etmək  doğrudur, dinə və imana  uyğundur,  yoxsa işğalçıya dəstək  göstərib islamı  təhqir edənlərin  yanında dayanıb din  qardaşlarının  şəhid  olunmasına dəstək  vermək?

Bu dostluqların  mahiyyətlərinin  fərqindəsinizmi?

Beşinci,  hansısa "yüksək poqonlu"nun  İsraillə  münasibətlərimizə dair  bizdən "izahat  tələb  etməsi"  Azərbaycan  XİN-in bəyanatında da  göstərildiyi kimi,  "gülüş və istehza" doğurur.

Azərbaycan İrandakı  səfirliyində törədilən  terror  aktının  araşdırılmasının nəticələri ilə  bağlı  qarşı tərəfdən izahat  verilməsini gözləyir!

Onun daxili  işlərinə burun  soxmağa  çalışanlara  isə zərrə qədər də əhəmiyyət vermir!

***

Üçüncü məqam:  İran dövlətin əsas  gəlir mənbələrindən biri sayılan və uzun  illər boyu  Azərbaycanın işğal  ərazilərindən  keçən narkotrafikin  bağlanmasını hələ də  həzm  edə bilmir.

Əvvəla,  İran dünyada terroru dəstəkləyən dövlət kimi tanınır və bu barədə ucadan danışılır.

İkinci, dünyanın bir sıra münaqişə bölgələrində,  xüsusən Suriyada İranın  terrorçu quruplaşmalar saxladığı və onları maliyyələşdirdiyi kimsəyə sirr deyil.

Üçüncü, İranın  nüvə silahı istehsal etmək, nüvə dövlətinə çevrilmək istəyi var və bu yolda  inadla iş aparır.

Dördüncü, bütün bu əməllərinə görə  ABŞ-nin  təşəbbüsü ilə ciddi sanksiyalara məruz qalır.

Beşincisi, zəngin təbii sərvətləri olan bu dövlət nə neft, nə də qaz satışından kifayət qədər pul qazana bilir!

Nəticədə həm dövlət büdcəsini formalaşdırmaqda,  həm də  terrorçuluğa və uranın saflaşdırılmasına  kifayət qədər vəsait toplamaqda ciddi çətinliklər çəkir.

Çıxış yolunu isə dövlət səviyyəsində narkotik istehsalı və satışında tapıb.

Narkotik vasitəsilə həm gənclərdə aludəlik yaradaraq onları terror dəstələrinə cəlb edir, həm də  terroru maliyyələşdirmək üçün pul qazanır, üstəlik, büdcəsinin  yırtıq-yamağını düzəldir.

Sübut:  Elə bir gün yoxdur ki, İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik keçirilməsinə cəhdlər göstərilməsin.

İranın narkotik ixracı üçün istifadə etdiyi əsas  marşrutlardan biri  Ermənistandan başlayır, sonra işğal ərazilərini keçməklə oradan  Avropaya və digər dövlətlərə rahat çıxa bilirdi.

Azərbaycan Vətən müharibəsində qalib gəlib torpaqlarını işğaldan azad etdikdən, sərhədlərini möhkəmləndirdikdən sonra   İran daha bu marşrutdan bəhrələnə bilmir.

Odur ki, ən səmərəli və gəlirli  narkotrafikinin  tam qapanmasını  Azərbaycana qətiyyən bağışlamır.

***

Dördüncü  məqam: Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı  İranı heç cür qane etmir.

İran özünü Cənubi Qafqazın söz sahibi qismində görmək istəyir.

Rusiya ilə dostluğu,  bir sıra məsələlərdə  razılığa gəlmələri, Hayastanı  əlaltısına çevirməsi, yanlış olaraq Azərbaycanı və Gürcüstanı zəif hesab etməsi onun bu istəkdə özünəinamını  xeyli artırır.

Lakin Türkiyənin regiona qayıdışı, Azərbaycan-Türkiyə əlaqə və münasibətlərinin ən yüksək zirvəyə ucalması gözündən yuxusunu belə qaçırıb.

Fars-molla rejimi Azərbaycanın işğal altındakı torpaqlarını qısa müddətdə azad edəcəyini, dünyanın ən güclü ordularından birini yaradacağını və kimsə ilə, xüsusən İranla hesablaşmadan yalnız öz maraqlarını əsas tutacağını ağlına belə gətirmirdi!

Üstəlik, Azərbaycan hərbi əməliyyatlar qurtarandan  az sonra Şuşada Türkiyə ilə Müttəfiqlik  müqaviləsi bağlayaraq özünəgüvənini daha da artırdı və möhkəmləndirdi!

Fars-molla rejimi Azərbaycanı  "saya salmadığını"  hər addımda nümayiş etdirməyə cəhd göstərsə də,  Türkiyəyə münasibətdə çox ehtiyatlıdır.

Əslində,  Tehran NATO-nun  hərbi gücünə  görə ikinci dövlət sayılan Türkiyədən qorxur!

İran Azərbaycanın Türkiyəni yenidən Cənubi Qafqaza gətirməsini də bağışlamaqda çətinlik çəkir.

***

Beşinci məqam: Rejim dünyada Türk dövlətləri  birliyinin yaranmasını və İranın bu birlikdən kənarda qalmasını özünə yeni təhlükə sayır.

Türk dövlətləri həm də müsəlman dövlətləridir.

Fars-molla rejimində islam artıq illərdir ki, zahiri pərdə sayılsa da, əslində, İran öz iddialarını həyata keçirməkdə bu amildən daim istifadə edir.

Üstəlik,  özünü "dünya  şiəliyinin"  rəhbəri kimi göstərməyə can atır.

Əməldə zahiri təqdimatların əksi görünsə də, məsələn, elə Azərbaycan-Ermənistan münaqişəsinin başlanğıcından indiyədək  hayların yanında yer almasına baxmayaraq, yenə də islama və şiə təriqətinə sadiq olduğunu daim dildə bəyan etməkdən yorulmur.

Təbii ki, Azərbaycanın təşəbbüsü və Türkiyənin liderliyi ilə Türk Dövlətləri Təşkilatının yaradılaraq  qısa müddətdə  güclü quruma çevrilməsi və uğurlu perspektivlər vəd etməsi heç də  fars mollalarının ürəyincə deyil!

Əlbəttə, onlar da müsəlman dövləti kimi dəvət almalarını, sayılmalarını çox istərdilər.

Amma əməllərindəki naqisliklər hər zaman belə istəklərini  heçə çıxaracaqdır.

Xüsusən, Zəngəzur dəhlizinin açılması və bu hesaba  TDT-nin birliyinin, əməkdaşlığının  daha da möhkəmlənəcəyi ona  qətiyyən sərf etmir.

Əlindən gələni isə  odur ki,  altdan-altdan Hayastan vasitəsilə Zəngəzur dəhlizinin açılmasını  əngəlləsin.

Amma özü də  yaxşı anlayır ki, bu əməllərinin də heç bir səmərəsi olmayacaq!

***

Altıncı məqam: Hayastanın haçansa blokadadan çıxa biləcəyi variantı  İrana heç cür sərf etmir.

Azərbaycan 44 gün ərzində  "dəmir yumruğ"u ilə  Qarabağ problemini əbədi həll etdi!

Özü də təkcə Hayastanın yox, bölgəyə yaxında və uzaqda  yerləşən dövlətlərin gizli və aşkar istək və niyyətlərindən asılı olmayaraq!

Üçtərəfli  Bəyanatın bəndlərinə  tam əməl edilməsə də, Hayastan sülh müqaviləsinin imzalanmasını inadla əngəlləməyə çalışsa da, İranqarışıq hansısa dövlətlər  işğalçıya hələ də arxa durmağa çalışsalar da, necə deyərlər, artıq qatar gedib.

Azərbaycan  öz istəklərinə addım-addım, inamla,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin cızdığı plan üzrə, ağıl və qətiyyətlə hər gün daha da   yaxınlaşmaqdadır!

Torbanın bağlanmasına  lap az zaman qalıb!

Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük zəfərin ilk günlərindən  ucadan və açıq şəkildə bəyan edib:  "Zəngəzur dəhlizini  Ermənistan istəsə də açacağıq, istəməsə də!"

Əgər İlham Əliyev bunu istəyirsə və dilinə gətirirsə, deməli, elə belə də olacaq!

Məsələni ləngidən əsl səbəb isə dəhlizə uzanan şose və dəmir yolunun çəkilişlərinin hələ başa çatmamasıdır.

Zəngəzur dəhlizi işə düşəndən sonra  Hayastan blokadadan çıxmış olacaq.

Deməli, fars-molla rejiminin Hayastan bazarı da bağlanacaq.

Vəssalam, şüttamam.

Beləliklə, Hayastanın İrana  ehtiyacı qalmayacaq.

Daha yaxın və əlverişli sayılan Türkiyə bazarı ilə  əməkdaşlığa keçəcək.

Fars mollaları  "qardaş və bazar" itkisinə dözmək istəmirlər.

***

Yeddinci məqam: Bizi nə qədər təhdid  etsə də, ondan heç cür qorxmamağımız da İranı özündən çıxarır, həm də qətiyyən razı salmır.

Fars-molla rejimi müstəqillik dövründə ölkəmizə qarşı düşmənçiliyin bütün formalarını  tətbiq etdi:

* Müharibə vaxtı Xudafərin körpüsü ərazisində qarşımızı qoşunla kəsərək  hücum əməliyyatlarını bir qədər ləngitdi, əlavə  şəhidlər verilməsinə səbəb oldu.

* Qeyd olunduğu kimi, Hayastana hərbi  cəhətdən silah-sursat, yanacaq və terrorçu  təminatı baxımından mümkün olan yardımını göstərdi.

* Düşmənimizi məhv edib, zəlil günə qoyduqdan sonra da onun yanından əl çəkmədi.

* Hətta  əlaqələrini daha da sıxlaşdırmaq üçün Qafanda tez-tələsik bir bina inşa etdirərək  hələ suvağı qurumamış orada öz konsulluğunu açdı.

* Sərhədlərimizdə bizə "xox" gəlmək üçün iki dəfə hərbi təlimlər keçirdi, Araz çayının dəf edilməsi əməliyyatını  nümayiş etdirdi.

* İran KİV-ində, telekanallarında əleyhimizə mütəmadi şəkildə hədyanlar, şər-böhtanlar  səsləndirdi.

* "Multfilmlər"  çəkdirib sosial şəbəkələrdə  nümayiş etdirməklə bizi qorxutmağa çalışdı.

* Azərbaycanın Tehrandakı səfirliyində dövlət səviyyəsində terror aktı törədərək bir əməkdaşımızı şəhid etdilər, ikisini isə yaraladılar.

* Təzəlikcə isə Təbrizdəki Konsulluğumuz qarşısında "etiraz aksiyaları"  təşkil edirlər.

Fars-molla rejimi bu əməlləri ilə təkcə beynəlxalq konvensiyaları yox, həm də insanlıq normalarını tapdalayır.

Azərbaycan onlardan qorxmadıqca, əhəmiyyət verib saya salmadıqca, daha da özlərindən çıxaraq azğınlaşırlar.

Ən nəhayət,  Azərbaycanın  deputatlarına qarşı terror əməli törətməklə daha bir dövləti cinayətə imza atdılar.

Amma öz aramızdır, İran təkcə bizi qorxutmur, özü də bizdən qorxur ha...

Bilir ki, bizə müharibə elan edib sərhədlərimizi keçmək, səfirliyin mülki əhalisini qırmaq üçün Tehrandakı Azərbaycan  ərazisinə terrorçu göndərmək qədər sadə və asan olmayacaq!

Bütün hallarda, qonşumuzu ağıllı və ədalətli, həm də uzaqgörən olmağa çağırırıq!

Bizim heç kimdən və heç nədən qorxumuz yoxdur!

Ağıla gəlmək zamanıdır!

 

Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!