27 Yanvar 2023 01:40
1389
Mədəniyyət
A- A+
Böyük Çillə - Qara qış

Böyük Çillə - Qara qış

 

Erkən düşüncədə qış Çillələrə və Boz aya bölünür. Çillə əslində "cehl" sözündən olub qırx rəqəmini bildirir. El-oba arasında qışın ən soyuq dövrünə, uğursuz hadisələrə "çillə" deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. 
Bir çox hallarda qışın əvəzedicisi kimi çillə sözü dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamındadır. Xalq arasında "çillə çəkmək", "çillə tökmək", "çillə-dağ eləmək", "çillə kəsmək" deyimləri də vardır ki, həmin ifadələr əslində əzab-əziyyət çəkmək, dərd-bəlanı tökmək, ağrı-acını, xəstəliyi, müşkülü kəsmək mənalarını daşıyır. Qışı dərd-bəla, çətinlik kimi qəbul etdiklərindən ulularımız onu iki yerə bölərək Böyük Çillə (dekabrın 20-dən yanvarın 30-dək olan qırxgünlük dönəm) və Kiçik Çillə (fevralın 1-dən 20-dək olan iyirmigünlük dönəm) adlandırmışlar. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında "çillə qovan tonqal" deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə "çillə çıxartma", "çillə kəsmə" adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi çillə obrazında folklor biçini qazandığını göstərir. 
El arasında geniş yer alan "Qara qış", Böyük Çillə, Kiçik Çillə kimi adlar təbiətin sərt iqliminin tarixi-semantik məzmun daşıyıcısı kimi ortaya çıxmışdır. Qədim təsəvvürlərdə qışın bir çox obrazlarına müxtəlif münasibətlər də ifadə edilir. Eyni zamanda estetik düşüncədə çillə şəxsləndirilir, onun boyu, buxunu, gücü, hikkəsi, ümumilikdə daxili aləmi, xilqəti barədə söz açılır. Böyük Çillə xoşqılıqlıdır, insana o qədər də ziyan vurmur. Kiçik Çillə isə daha sərt təbiətli və amansızdır.
Artıq Böyük Çillə öz ömrünü başa vurmaq üzrədir. Bu, qış fəslinin ən uzun sürən vaxtının, birinci qırx gününün xalq arasındakı adıdır. Böyük Çillənin ilk gecəsi el arasında "şəbi-yelda" adlanır. El-obada Böyük Çillənin qarlı, tufanlı, sümük üşüdən günlərinə "Qara qış" da deyirlər. Bu müddətdə qış üzücü keçir, qar qarışıq küləklər olur. Qışın qışlığı çənindən, dumanından bəllidir. Çünki bu mövsümün çəni, dumanı qar gətirir. Bir xalq söyləməsində deyildiyi kimi, qış dumanı qar gətirər, yaz dumanı bar. 
İnsanlar şumlanacaq torpağı Böyük Çillədə qış aratına qoyarlar. Arxları, kanalları təmizləyib qaydaya salarlar. Belə vaxtlarda uşaqlar da köməyə gələr, hamı bir-birinə əl tutar, ağacların dibini yumşaldarlar. "Qışda işini bilən, yazda-yayda ziyan çəkməz"  deyiblər.
Ömrünü-gününü torpağa bağlayanlar ağacların, tənəklərin budanmasını Novruza qədər qurtarmalıdırlar. Bundan sonra onlara əl gəzdirmək olmaz. Çünki canlarındakı su göz yaşı kimi axıb tökülər və ağaclar kökündən quruya bilər. 
Ulularımız deyib ki, Böyük Çillədə torpaq qırxını çıxardır, Kiçik Çillədə isə torpaq səhər yuxusundadır. Böyük Çillə barədə el-oba arasında gəzən neçə-neçə maraqlı deyimlər də var.
 Belə söyləyirlər ki, bir gün Böyük Çillə deyir: 
- Mən dolu qazanlar üstünə gəlmişəm, qarıları sağlam görmüşəm. Sonra təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım.
Böyük Çillə qırx gün dövran sürüb gedir. Yolda Kiçik Çillə ilə rastlaşır. Hal-əhvaldan sonra Kiçik Çillə soruşur:
- A Böyük Çillə, de görüm, qırx gündür gəlib atını çapdın, bu qırx gündə nə gördün, neylədin, işin-gücün nə oldu?
Böyük Çillə nə gördüyündən, nə etdiyindən söhbət açır. Hikkəli Kiçik Çillə istehza ilə gülüb cavab verir:
- Eh, sən heç nə etməmisən ki... Mən gəlmişəm gör indi nələr edəcəyəm, nə tufan qoparacağam. Qazanları ağzı üstə çevirəcəyəm, adamları təndirdən salıb külfədən çıxaracağam, küpləri, xaralları boşaldacağam, üzüqoylu qoyub gedəcəyəm. 
Onun coşduğunu görən Böyük Çillə deyir:
- Çox da öyünmə. Sən insanları tanımırsan. Mən qırxgünlük ömrümlə bir iş görə bilmədim. Sənin isə cəmi-cümlətani iyirmigünlük ömrün var. Bu iyirmi gündə heç yel də olub onların yanından ötə bilməzsən. Çünki qabağın yazdır, ömrün də azdır.  
Böyük Çillə girəndə və çıxanda ulularımız məclis qurmuş, şirniyyat, isti xörəklər bişirmiş, əhvallarını xoş saxlamışlar. Adamlar bu üsullarla təbiətə təsir etmək, qışa bağlı olan hami ruhları mülayimləşdirmək istəmişlər. Eyni zamanda qış fəslinin hər bir çilləsində insanlar qışdan qorxmadıqlarını, ona qarşı mübarizəyə hazır olduqlarını bildirmək üçün çeşidli tədbirlərə əl atmış, ayinlər icra etmişlər. 

Hazırladı:
İ.ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

11:13
01 Aprel

Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

11:12
01 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:11
01 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:10
01 Aprel

BMT Baş Assambleyası təşkilatın fəaliyyətini gücləndirmək üçün mühüm qətnamə qəbul edib  

11:10
01 Aprel

DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan bütün yığmalar bəlli olub 

10:36
01 Aprel

İsveç nəşrində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu vurğulanıb

10:35
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir  

10:17
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!