05 İyun 2026 16:17
137
CƏMİYYƏT
A- A+
BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub

BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub


Şuşa şəhərində Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliğinə həsr olunmuş “Yay məktəbi” keçirilib.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Tədbirin açılışında çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma layihələrinin ölkənin iqtisadi qüdrətini və inkişaf potensialını nümayiş etdirdiyini bildirib. “Yay məktəbi”nin əhəmiyyətindən danışan rayon təşkilatının sədri layihənin gənclərin bilik və bacarıqlarının artırılmasına, liderlik keyfiyyətlərinin inkişafına, komanda işinin formalaşmasına və ictimai fəallıqlarının yüksəldilməsinə xidmət etdiyini deyib.

BMU-nun rektoru Yaqub Piriyev çıxış edərək tarixi torpaqlarımızda bir araya gəlmək, milli dövlətçilik ideyalarımızın işığında gələcəyimizi birlikdə düşünməyin unudulmaz mənəvi dəyər olduğunu vurğulayıb. Bildirib ki, “Yay məktəbi” milli yaddaşımızın, memarlıq irsimizin və dövlətçilik ənənələrimizin gənc nəslə aşılanması baxımından olduqca mühüm platformadır. Rektor keçmiş SSRİ dönəmində sərt qadağalara baxmayaraq, qədim Azərbaycan şəhəri Şuşanın milli simasının müəyyənləşdirilməsində Ulu Öndər Heydər Əliyevin xüsusi rolunu önə çəkib. Onun Azərbaycana rəhbərliyi dövründə Şuşada görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin ev-muzeylərinin yaradılması, büstlərinin qoyulması, habelə Xankəndiyə dəmir yolunun çəkilməsi üçün gördüyü işləri diqqətə çatdırıb. O, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə sovet dövründə həyata keçirilən şəhərsalma proqramlarının Azərbaycanın sənaye və sosial infrastrukturu üçün əsas yaratdığını, müstəqillik dövründə isə yeni iqtisadi və siyasi reallıqlara uyğun şəhər inkişaf modelinin formalaşdığını qeyd edib. Vurğulanıb ki, bu siyasi və mənəvi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma layihələri müasir şəhərsalma modelinin mühüm nümunəsinə çevrilib. Yaqub Piriyev Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına diqqət çəkərək, tədbirin ölkəmizin beynəlxalq nüfuzunun, şəhərsalma siyasətinin və davamlı inkişaf sahəsində həyata keçirdiyi uğurlu strategiyanın növbəti təsdiqi olduğunu, Azərbaycanın artıq regionun deyil, dünyanın mühüm şəhərsalma və memarlıq mərkəzlərindən biri kimi qəbul edildiyini deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə çıxışında dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycan gəncləri dövlətin yaratdığı imkanlardan yararlanaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir və müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanırlar.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov isə Şuşanın Azərbaycanın tarixi Zəfərinin, milli birliyinin və yenidənqurma iradəsinin simvolu olduğunu deyib. O vurğulayıb ki, “Yay məktəbi” iştirakçıların bilik və dünyagörüşünün genişlənməsinə, onların gələcək fəaliyyətində dövlətçilik ideyalarına daha sıx bağlılıq nümayiş etdirmələrinə xidmət edəcək.

Daha sonra BMU-nun Memarlıq kafedrasının müdiri Sabir Orucov “Müasir şəhərsalma prinsipləri, davamlı şəhər inkişafı, ağıllı şəhər konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib. Ardınca universitetin Memarlıq və inşaat fakültəsi tələbələrinin yaradıcılıq layihələrindən ibarət sərgiyə baxış keçirilib.

“Yay məktəbi”nin növbəti günü Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu strategiyası, gənclər siyasəti və ideoloji irsinə həsr olunan seminarla davam edib. Tədbirdə BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə “Ümummilli Liderin dövlət quruculuğu strategiyası, gənclər siyasəti və ideoloji əsaslar” mövzusunda geniş məruzə ilə çıxış edib.

Seminardan sonra iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub. Sonra bilik yarışının qalibləri, “Yay məktəbi” çərçivəsində fəallığı ilə seçilən gənclər fəxri fərmanlarla təltif olunublar.

“Yay məktəbi”nin sonuncu günü iştirakçılar Xankəndi şəhərinə səfər edərək Qarabağ Universitetində olublar.

Sonda “Yay məktəbi”nin iştirakçıları Şuşanın tarixi-mədəni məkanları, şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Google Gemini” artıq “Gmail”də də axtarış edə bilir

19:17
05 İyun

Milli Məclisin komissiyası CNN-i Azərbaycana qarşı informasiya təxribatında ittiham edib  

19:08
05 İyun

“Netflix”dən yeni tövsiyə sistemi

19:08
05 İyun

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib  

19:07
05 İyun

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

19:06
05 İyun

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

19:05
05 İyun

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb  

19:04
05 İyun

N.Paşinyan: 7 iyun seçkilərinin qalibi Ermənistan xalqı olacaq  

18:52
05 İyun

“Amazon” yeni AI robotunu təqdim edib

18:51
05 İyun

Yanvar-mayda sosial sığorta haqları üzrə büdcəyə 2,8 milyard manata yaxın vəsait daxil olub

18:41
05 İyun

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib  

18:38
05 İyun

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB

18:31
05 İyun

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür  

17:49
05 İyun

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

17:42
05 İyun

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

17:29
05 İyun

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

17:27
05 İyun

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

17:26
05 İyun

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

17:24
05 İyun

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan

17:23
05 İyun

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb  

17:13
05 İyun

Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?

17:06
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!