11 Noyabr 2026 16:01
219
SİYASƏT
A- A+
BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib  

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib  


Noyabrın 10-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə Üçüncü Komitənin (Sosial, Humanitar və Mədəniyyət Məsələləri) 41-ci plenar iclasında konsensusla qəbul edilib. Qətnaməyə müxtəlif regionları təmsil edən 63 üzv dövlət həmmüəllif qismində qoşulub.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ilk dəfə 2002-ci ildə Baş Assambleyanın 57-ci sessiyasında irəli sürdüyü və uzun illərdir davam etdirdiyi bu təşəbbüs itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq, habelə müvafiq hallarda beynəlxalq insan hüquqları hüququ ilə tamamlanan öhdəlikləri bir daha təsdiq edir.

Qətnamədə silahlı münaqişə tərəfi olan dövlətlərə şəxslərin itkin düşməsinin qarşısını almaq və itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək məqsədilə bütün müvafiq tədbirləri görmək barədə çağırış vurğulanır.

Eyni zamanda, itkin düşmüş şəxslərlə bağlı halların cinayət əməli təşkil edən hərəkətlərlə əlaqəli olduğu xatırladılır və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.

Qətnamədə dövlətlər itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllində, o cümlədən dəfn yerlərinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və qorunub saxlanılması yolu ilə əməkdaşlığa çağırılır. Qətnamədə bu kontekstdə, ilk dəfə olaraq, fərdi, kollektiv və kütləvi məzarlıqlara açıq şəkildə istinad edilir.

Həmçinin qətnaməyə sülh və sülh quruculuğu prosesləri kontekstində itkin düşmüş şəxslər məsələsinin həllinin əhəmiyyətini vurğulayan, onların taleyinin müəyyənləşdirilməsi məqsədilə bu məsələnin qeyd olunan proseslərə inteqrasiyasını təşviq edən yeni müddəalar da daxil edilib.

Qətnamədə, habelə minaların, müharibənin partlayıcı qalıqlarının və kustar üsulla hazırlanmış partlayıcı qurğuların itkin düşmüş şəxslərin olduğu yerin müəyyənləşdirilməsi istiqamətində səylərə maneə törətməsindən narahatlıq ifadə edilir.

Bundan əlavə, BMT Baş katibindən qətnamənin icrası ilə bağlı İnsan Hüquqları Şurasına və Baş Assambleyaya hərtərəfli hesabat təqdim etməsi sorğu olunur.

Qətnamədə müvafiq BMT qurumlarının və Baş Assambleyanın müşahidəçilərinin iştirakı ilə Baş Assambleyanın yüksəksəviyyəli qeyri-rəsmi iclasının çağırılması və həmin iclasda BMT Baş katibi tərəfindən məruzə ilə çıxış edilməsi və ardınca interaktiv dialoqun keçirilməsi xahiş olunur.

“İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbul edilməsi bu aktual humanitar problemin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin ortaq öhdəliyinə dair güclü bir mesajdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb  

16:46
11 Noyabr

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

16:45
11 Noyabr

Zelenski: Avropa sülh danışıqlarında tək nümayəndə təyin etməlidir

16:43
11 Noyabr

100-dən çox QHT-dən Avropa Parlamentinə “İslamofobiya və irqçilik” etirazı

16:40
11 Noyabr

16 ölkənin iştirak etdiyi interpol əməliyyatında 260-dan çox şəxs saxlanılıb

16:39
11 Noyabr

Yeni filtr sistemi ilə hava kanallarına ehtiyac qalmayacaq  

16:34
11 Noyabr

29 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasil olundu  

16:29
11 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

16:25
11 Noyabr

Karbon emissiyaları azala bilər

16:23
11 Noyabr

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

16:13
11 Noyabr

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

16:07
11 Noyabr

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

16:06
11 Noyabr

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib  

16:01
11 Noyabr

Avropanın gələcəyi faciəlidir

16:00
11 Noyabr

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib  

15:56
11 Noyabr

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək  

15:55
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB

15:53
11 Noyabr

 Sumqayıt daha abad və yaşıl olur

15:52
11 Noyabr

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

15:09
11 Noyabr

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var  

15:06
11 Noyabr

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb  

14:59
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!