14 Yanvar 2012 12:01
994
Elm və texnika
A- A+
Bizim qalaktikada 100 milyard planet var

Bizim qalaktikada 100 milyard planet var

 

Bizim qalaktika - Süd Yolunda planetlər düşünüldüyü kimi heç də az deyil, əksinə - onların sayı ən azı 100 milyondan çoxdur. Paris Astrofizika İnstitutunun alimləri "Nature" ("Təbiət") jurnalında dərc etdirdikləri elmi məqalədə bu haqda yazıblar. Onların qənaətinə görə, ulduzların ətrafında planet olması qaydadan kənar nadir hal deyil, əslində, normadır.

Hazırda Günəş sistemindən kənarda, bizim qalaktikada elmə məlum olan planetlərin sayı 700-dən artıqdır. Bu planetlərin əksəri iki metodla kəşf edilib. Bir halda planetlər ulduzlarına göstərdikləri qravitasiya təsiri (şüa sürəti metodu) əsasında, digərində isə tranzit metodu ilə qeydə alınıb. İkinci üsul planetlər ulduz və müşahidə "nöqtə"si arasından keçərkən əmələ gələn kiçik ulduz tutulmasına əsaslanır. Etibarlı olsalar da, bu metodlar kütləcə böyük və ya ulduzuna yaxın məsafədə yerləşən planetlərin üzə çıxarılmasında daha effektlidir. Tranzit metodunun imkanları xüsusilə məhduddur. Belə ki, orbit müstəvisi ilə şüanın müşahidə müstəvisi eyni səthdə olmadığı təqdirdə səma cismini üzə çıxarmaq qeyri-mümkündür. Bu səbəbdən də əslində, var olan planetlərin mütləq əksəriyyəti qeydə alınmayıb.

"Planet" və "Ogle" adlı iki tədqiqat qrupu tamamilə fərqli yolla - qravitasiyanın mikrolinzalanması metodu ilə planet axtarışına çıxıblar. Alimlərin bildirdiyinə görə, mərkəzi ulduzun qravitasiyası ətrafında ola biləcək planetlər qravitasiya sahəsi ilə qarşılıqlı təsirə girərək linza effekti doğurur - beləliklə, fondakı ulduzun parıltısını nəzərəçarpacaq dərəcədə gücləndirir. Məhz bu güclənən parıltı üzərindən planetlərin axtarış modelini hazırlayan işçi qruplar analoji üsulla son 6 ildə 3 ekzoplanet kəşf ediblər. Planetlərdən biri iri - Yerdən xeyli ağır, ikisi isə kütləcə  Neptun və Yupiterə yaxın olub. Bunlar və daha 7 bənzər planet haqqında məlumatı, eləcə də 6 ildə (planet qeydə alınmayan dövrlərdə) toplanan informasiyanı bir bankda təhlil edən mütəxəssislər statistik analizlə Süd Yolu qalaktikasında planetlərin, əslində, qat-qat çox olduğu qənaətinə gəliblər. Alimlərin fikrincə, qalaktikamızdakı ulduzların 17 faizi Yupiterə, 52 faizi Neptuna, 62 faizi isə Yerə (kütləsinin 5-10 misli qədər) bənzər planetar sistemləri var. Hesablamalara əsasən, Yerin 50 işıq ili radiusunda 1500 planet olmalıdır, qalaktikamızda planetimizə oxşar səma cisimlərinin sayı isə 10 milyardı ötür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!