"Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin icazə sənədi olmadan hətta təhlükəli ağacı götürə bilmirik"
Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ünvanladığınız müraciətinizə cavab olaraq bildiririk ki, Ekologiya İdarəsinin ağaca yerində baxış aktı və icazə sənədi olmadan Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən hər hansı ağacın, hətta təhlükəli ağacın götürülməsinə icazə verilmir.
Xüsusi qeyd etmək istəyirik ki, Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsi hər bioloji inkişafdan qalan ağacları götürdükdə yerində yeni cavan tinglər əkilir və aqrotexniki qulluq olunur, şəhərdə və şəhərətrafı ərazilərdə idarə tərəfindən minlərlə yeni və müxtəlif adda ağaclar əkilib, hər gün onlara xüsusi qulluq olunur.
Səməd ƏHMƏDOV,
Sumqayıt Şəhər MKTİB-nin rəis müavini
***
Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsi sizin məktubunuza cavab olaraq bildirir ki, şəhər sakini tərəfindən quru ağacların kəsilməsi haqda sizin redaksiyaya edilmiş haqlı şikayətin günahkar tərəfi Yaşıllaşdırma İdarəsi yox, ağacların kəsilib götürülməsi üçün lazım olan icazə sənədlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir neçə idarəsindən aldıqdan sonra mümkün olması nəticəsində əmələ gəlir.
Məlumat üçün səbəbi bildiririk ki, Ekologiya İdarəsinin ağaca yerində baxış aktı və icazə sənədi olmadan Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən hər hansı ağacın, hətta təhlükəli ağacın götürülməsinə icazə verilmir.
Şəhər ərazisində olan quru, təhlükəli ağacların götürülməsi və yerində yeni ağac tinglərinin əkilməsi üçün dəfələrlə yazılı və şifahi formada Ekologiya İdarəsinə müraciət olunub, amma hələ də cavab yoxdur.
5-6-7/2-70, 5-6-7-1/2-76, 0-1-66 bu məktublar onlarca cavabsız məktublardan bir neçəsidir. Xüsusi olaraq onu da qeyd etmək istərdik ki, hətta şəhərin ekzotik gözəlliyinə xələl gətirən və çox təhlükə yaradan bir neçə quru ağacı ərazidən götürdüyümüz üçün Ekologiya İdarəsi Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsindən dəfələrlə məhkəməyə şikayət verib və prokurorluq orqanına müraciət ediblər.
Xüsusi qeyd etmək istəyirik ki, Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsi hər bioloji inkişafdan qalan ağacları götürdükdə yerində yeni cavan tinglər əkir və onlara aqrotexniki qulluq olunur. Şəhərdə və şəhərətrafı ərazilərdə idarə tərəfindən minlərlə yeni və müxtəlif adda ağaclar əkilib, hər gün onlara xüsusi qulluq olunur.
Sonda tərəfimizdən redaksiyanıza edilən müraciətlərə həssas yanaşdığınız və dərc etdiyiniz üçün təşəkkür edir və qeyd edilən ağacların tez bir vaxtda sənədlərinin hazırlanması, yuxarıda qeyd olunan Ekologiya İdarəsindən götürülmə icazəsi daxil olduğu zaman ərazidən götürülməsi yerinə yetiriləcəkdir.
İ.HƏSƏNOV,
Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsinin rəisi