26 May 2023 10:40
770
Mədəniyyət
A- A+

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda beynəlxalq festivalın əsas təşkilatçılarından biri olub

 

Qırğız Respublikasının Oş şəhərində Çingiz Aytmatovun 95 illik və Muxtar Auezovun 125 illik yubileylərinə həsr olunmuş VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalı keçirilib. Festivalın əsas təşkilatçıları sırasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yer alıb.
Fonddan bildirilib ki, festival çərçivəsində dörd gün ərzində 20-dən çox ölkədən elmi, mədəni və yaradıcı nümayəndə heyətləri "Zaman və məkanda dastançının mətni" beynəlxalq elmi-praktik simpoziumunda, sənətkarlıq və xalq yaradıcılığı sərgisində, rəvayətçilərin və dastançıların müsabiqəsində, eləcə də "Mədəni müxtəlifliyin paradı" adlı teatrlaşdırılmış qala - konsertində iştirak ediblər.
Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu təşkilatın layihə rəhbəri Mirbek Karıbayev təmsil edib.
Festival çərçivəsində "Zaman və məkanda dastançının mətni" adlı beynəlxalq elmi-praktik simpoziumu gerçəkləşib. 
Simpoziumda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş Azərbaycanlı manasşünas Adil Cəmilin "Manas eposu və türk dastançılıq ənənələri" kitabının təqdimatı keçirilib. 
Tədbirdə 20-dən çox ölkədən 60-a yaxın alim iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video