19 Noyabr 2023 09:50
1626
Mədəniyyət
A- A+
Bənzərsiz ifalar

Bənzərsiz ifalar

 

Onu Azərbaycandan daha çox Amerikada, Ağ Evin qarşısında qara zurnada  "Köçəri yallısı" ifa edən gənc kimi tanıyırlar. Bir neçə il bundan əvvəl sosial şəbəkələrin, saytların əsl qəhrəmanına çevrilmişdi. Hamı ondan yazırdı…
Onda Qarabağ düşmən işğalı altında idi. Torpağımıza müvəqqəti "əl qoyan"  düşmənin əli kimi, dili də uzanmışdı. Rəqslərimizə, musiqimizə, musiqi alətlərimizə, hətta milli mətbəximizə də ağız suyu axıdırdılar… 
Tale elə gətirdi ki, bir gün biz  Orxanla Şuşada Cıdır düzündə rastlaşdıq. Qara zurnanın coşqun səsi qıy çəkib qayalarda əks-səda verirdi. Şövqlə çalınan fərqli bir ifa idi… 
Orxan bu dəfə "Cəngi" çalırdı. Sanki sinəsi qürurdan qabarmış, fərəhdən bir boy da ucalıb başı buludlara dirənən  şiş qayalar da, göydə uçan quşlar da qanad saxlayıb Şuşanı düşmən işğalından azad edən Azərbaycan əsgərinin şəninə alqış deyirdi. Qan coşduran bu ifa altında hamı əl-ələ, qol-qola tutmuşdu…
Orxanla söhbətə də elə Ağ Evin qarşısındakı ifası ilə cığır açırıq:
- 2018-ci ildə Azərbaycanın Amerikadakı səfirliyinin dəvəti ilə  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün Vaşinqtona dəvət olunmuşduq. Orada belə qərara gəldik ki, Ağ Evin qarşısında "Köçəri yallısı"nı ifa edim. Bu bir etiraz forması idi. İllərdir ki, Ermənistan Qarabağı işğal altında saxlayırdı. Qarabağ problemində vasitəçilik edən, dünyanın supergücü sayılan ABŞ-nin məsələyə loyal münasibəti problemin həllindən çox dondurulmasına xidmət edirdi. Təbii ki, bu da haqlı olaraq xalqımızı  razı sala bilməzdi.
Torpaqlarımızı işğal edən ermənilər həm də musiqimizi mənimsəmək istəyirdilər. Ağ Evin qarşısında  ifa etdiyim "Köçəri yallısı"nın da onlara aid olması barədə  uydurma fikirlər səsləndirirdilər. "Yallı" Azərbaycanın birlik rəmzi sayılan  qədim rəqs növlərindən biridir. Bu rəqsin öz fəlsəfi mənası var.  "Köçəri yallısı"nı ifa etməkdə məqsədimiz  dünyanı dinlərə, irqlərə parçalayanlara etiraz etmək, bəşəriyyəti birliyə, sülhə çağırmaq idi. Həm də öz ifamızla ermənilərə cavab verirdik. Təbii ki, ədalət olmayan yerdə sülh də, birlik də olmur. Şükürlər olsun ki, Azərbaycan özü heç kimin köməyi olmadan ədaləti bərpa etdi…
Orxan  2017-ci ildə Moskvanın Birinci  kanalında "Pole çudes" verilişinin, 2018-ci ildə  ABŞ-nin  Vaşinqton şəhərinin, 2019-cu il Çin Xalq Respublikasının Dövlət müşaviri və xarici işlər naziri Van İ və xanımının təşəbbüsü ilə Pekində  keçirilən "Sevgi sərhəd tanımır" adlı xeyriyyə sərgisinin iştirakçısı olub. Balabanda və qara zurnada ifa etməklə Azərbaycan musiqisini, incəsənətini təmsil edib. O deyir ki, harada olubsa, çalışıb ki, vətəninin, xalqının mənəvi xəzinəsi olan musiqimizi insanlara layiqincə təqdim edə bilsin: "Etiraf edim ki, dünyanın harasında olmuşamsa, Şuşada, Cıdır düzündə, "Xarıbülbül" festivalında ifa etdiyim qədər həyəcan keçirməmişəm. O anlar bir ayrı hiss keçirirdim. Müzəffər bir xalqın nümayəndəsi kimi çox qürurluydum. İfa edərkən gözlərim önündə o  sıldırım qayaları aşıb bizə bu qüruru yaşadan qəhrəmanlarımızın obrazı canlanırdı… İfamla onların qəhrəmanlıqlarını tərənnüm etmək istəyirdim".
Orxan Nüsrət oğlu Soltanov 1991-ci ildə Ucar rayonunda anadan olub. Ucar 1 saylı orta məktəbin məzunudur. İlk musiqi təhsilini  də Ucarda alıb.
Orxan deyir ki, Ucar musiqi məktəbində balaban və qara zurna dərsi keçilmirdi. Ona görə də tar dərslərinə gedirdi. Balabanı, qara zurnanı ona mərhum əmisi Natiq sevdirib. Əmisi Azərbaycanda bu ailətlərin məşhur ifaçılarından, bilicilərindən olub…
Qeyd etmək yerinə düşər ki, Orxan Soltanovun babası Fərhad Soltanov da məşhur Azərbaycan aşıqlarından olub. İndi bu sənət ocağının ənənələrini davam etdirmək onun üzərinə düşüb. 
2009-2011-ci illərdə hərbi xidmətdə olan Orxan Soltanov əsgəri xidmətini başa vurduqdan sonra Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. Konservatoriyanı bitirdikdən sonra Cənubi Koreyaya dəvət olunan Orxan bir müddət bu ölkənin  dövlət orkestrində çalışıb. 2020-ci ildən isə balaban və qara zurnanın bənzərsiz ifaçılarından hesab olunan gənc ifaçı Orxan Soltanov Azərbaycan Dövlət Akademik Filarmoniyasında çalışır. 
Orxan deyir ki, avqustun 26-da Laçın Şəhəri Günündə Laçında qəhrəmanlıq musiqimizi ifa edərkən səsi dağlarda əks-səda verəndə  ürəyindən bir arzu keçib: "Kaş bu musiqini Xankəndidə də ifa edə biləydim". Çox şükür ki, bu arzusuna da çatmaq üzrədir. İndi uzun illər separatçıların məskən saldığı Xankəndidə də Azərbaycan bayrağı dalğalanır. Tezliklə bu şəhərimizdə də  "Cəngi" çalacağına əmindir. Bizə bu qüruru yaşadan ordumuza, bu ordunu qurub ona sərkərdəlik edən, qələbəyə aparan Ali Baş Komandanımıza minnətdarıq.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!