21 Aprel 2022 01:22
1465
Elm və texnika
A- A+
BDU-da görkəmli alim Təhsin Mütəllimovun 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

BDU-da görkəmli alim Təhsin Mütəllimovun 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

 

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Təhsin Mütəllimov Azərbaycan elminə və ədəbi fikir tarixinə misilsiz töhfələr verən böyük mütəfəkkir və əvəzolunmaz şəxsiyyətlərdəndir. Onun 90 illik ömrünün 70 ilə yaxını BDU ilə bağlıdır. Alimin BDU-da yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri var. Təhsin Mütəllimov Mir Cəlal, Abbas Zamanov, Əkbər Ağayev kimi böyük alimlərin çalışdığı akademik mühitdə peşəkar alim və tədqiqatçı kimi formalaşıb. Alimin rəhbərliyi altında 20-dək fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə olunub. Təhsin Mütəllimovun səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1991-ci ildə "Əbdürrəhim bəy Haqverdiyevin poetikası" kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına, 2017-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı və "3-cü dərəcəli Əmək ordeni" ilə təltif edilib.

E.Babayev professor Təhsin Mütəllimovun əsl elm fədaisi kimi çalışdığını, elmə, təhsilə töhfələr verdiyini deyib. 

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında Təhsin Mütəllimovun Mir Cəlalın ən sevimli tələbələrindən biri olduğunu və onu öz övladı kimi sevdiyini vurğulayıb: "Mir Cəlalın bütün tələbələri ona ailə başçısı kimi yanaşırdılar, tez-tez bizə gəlirdilər. Bu, çox isti və incə münasibət idi. Mən Təhsin Mütəllimovu Mir Cəlalın təkcə tələbəsi kimi deyil, oğlu kimi tanıyıram", - deyə H.Paşayev bildirib.

Hafiz Paşayev qeyd edib ki, Təhsin Mütəllimovun Mir Cəlalın yadigarı olan "Ədibin evi"nin formalaşmasında da əməyi böyükdür: "Bura bir ədəbiyyat ocağıdır. Mən ədəbiyyatşünasları bu ocaqdan daha çox istifadə eləməyə çağırıram. Biz Azərbaycan ədəbiyyatını daha geniş təbliğ etməliyik. Bu baxımdan Təhsin Mütəllimov təkcə tələbələrə, ədəbiyyata, BDU-ya deyil, bütün universitetlərə lazımdır".

Daha sonra çıxış edən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri professor Ədibə Paşayeva, akademiklər Teymur Kərimli, Vasif Babazadə, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əlizadə Əsgərli Mir Cəlal məktəbi ilə bağlı xatirələrini bölüşüb, bu məktəbin ən layiqli davamçılarından olan Təhsin Mütəllimovun elmi-pedaqoji fəaliyyəti haqqında fikirlərini bildiriblər.

Tədbirdə Təhsin Mütəllimov 90 illik ömrünü ləyaqətlə yaşadığını deyib: "Bir dəfə tələbələrimdən biri "Əsl müəllim necə olmalıdır?" deyə soruşdu. Dedim ki, müəllim olmaq üçün əvvəlcə şəxsiyyət və insan olmaq lazımdır. Müəllim gərək öz tələbələrinə balası kimi baxsın. Ustadım Mir Cəlal vaxtilə deyərdi: Bu universitetdə ən böyük adam tələbədir, tələbəni incitmək olmaz. Ustadımın bu sözü həmişə yadımda qalıb. Müəllimlik fədakarlıqdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı və Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb  

13:14
11 Fevral

“AzerGold” 11 ildə Azərbaycan iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib  

13:12
11 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək

13:11
11 Fevral

Emmanuel Makron ABŞ-la uzunmüddətli ticarət müharibəsi barədə xəbərdarlıq edib  

13:09
11 Fevral

Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib  

13:07
11 Fevral

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

13:05
11 Fevral

"Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxarılır

13:04
11 Fevral

“Financial Times”: Zelenski fevralın 24-də prezident seçkiləri ilə bağlı qərarını elan edəcək

13:03
11 Fevral

DİN: Yollarda təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür

13:02
11 Fevral

Ukraynanın kritik infrastrukturuna zərbələrdən ən çox hamilə qadınlar və körpələr təsirlənir

13:01
11 Fevral

Gürcüstan mediası Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə görüşünü geniş işıqlandırıb

13:00
11 Fevral

Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək

13:00
11 Fevral

Ağsu aşırımında buzlaşma: İki avtomobil aşıb  

12:59
11 Fevral

ABŞ-da terror şübhəsi ilə 1400-dən çox miqrant saxlanılıb

12:52
11 Fevral

Lerikdə qarın hündürlüyü 25 santimetrə çatıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib

12:51
11 Fevral

Naxçıvanda fevral ayının pensiyaları ödənilib

12:50
11 Fevral

Dünya birjalarında neft bahalaşıb

12:48
11 Fevral

Azərbaycan və Türkiyə arasında innovasiya sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb   

12:17
11 Fevral

Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb VİDEO

12:14
11 Fevral

Prezident: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur

12:12
11 Fevral

Nazirlik: Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi həyata keçirilir

12:11
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!