11 Dekabr 2022 01:43
2461
İQTİSADİYYAT
A- A+
Başı qarlı, vüqarlı dağlar...

Başı qarlı, vüqarlı dağlar...

 

Zəngin qızıl, civə, filiz yataqlarının mövcud olduğu Azərbaycan dağları təbii sərvətimizdir

 

Hər il dekabrın 11-i dünyada Beynəlxalq Dağlar Günü kimi qeyd edilir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılıb. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən isə 2003-cü ildən hər il bu gün qeyd olunur.
 Dağlar gününün keçirilməsinin əsas məqsədi dağ sistemlərinin qlobalmiqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. Dağlar Günü müxtəlif başlıq altında qeyd olunur. Məsələn, bu gün "dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyi", "dağlar fəlakət təhlükəsinin idarə edilməsi" adlandırılıb. 

 

Yer kürəsinin 40 faizini təşkil edən çayların su təminatçısı

 

Yer kürəsinin təxminən 40 faizini təşkil edən dağlar Azərbaycan təbiətinin də ayrılmaz hissəsidir. Dünyanın ən hündür zirvəsi  Himalay dağları, ən uzun sıra dağları And, dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür zirvə isə Mauna-Kea hesab olunur. 
Zəngin təbiətə malik olan Azərbaycan ərazisində meşə, düzən ərazilərlə yanaşı, dağlıq ərazilər də mövcuddur. Respublikamız şimaldan Böyük Qafqaz, qərbdən Kiçik Qafqaz, cənubdan isə Talış dağları ilə əhatələnib. Ölkə ərazisində 80-nə yaxın dağ yerləşir. Azərbaycanın ən yüksək zirvəsi isə Böyük Qafqaz silsiləsində yerləşən, hündürlüyü 4466 metr olan Bazardüzü hesab olunur. Hündürlüyü ilə seçilən digər dağlar isə Zəfər zirvəsi (4301), Şahdağ (4243), Tufandağ ( 4206),  Bazaryurd (4126) və başqalarıdır. 
Dağlar eyni zamanda çayların su təminatçısı hesab olunur. Belə ki, qış aylarında zirvələrə yağan qar hesabına su ehtiyatı toplanır. Hər il yaz aylarında respublikanın yüksək dağlıq ərazilərində 4 istiqamətdə aparılan qarölçmə işləri nəticəsində yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır.
Hesablama işləri başa çatdıqdan sonra qar ehtiyatları və gursululuq dövründə fəsillik hava proqnozu haqqında məlumatlara əsaslanaraq iri su anbarlarına  Kür, Araz və Qanıx tranzit çayları ilə daxil olacaq axımın və yerli dağ çaylarının sululuğunun proqnozu tərtib edilir.
Azərbaycan dağları təbii ehtiyatlarla da zəngindir. Dağlarımızda zəngin qızıl, civə, filiz və. s yataqları mövcuddur. Ölkənin dəmir filizləri bu gün də sənayenin əsas dayaqlarından biridir. Hazırda Azərbaycan ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılıb. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən və Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar. 
Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşib.
Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataqlardır. 
Kiçik Qafqazın mis yataqları əsasən Gədəbəy filiz rayonunda cəmləşib. Bu regionda mis-porfir, qismən mis-kolçedan yataqları inkişaf edib. Eyni zamanda mis minerallaşmasına Kiçik Qafqazın Qarabağ filiz rayonunun da perspektivliyi yüksəkdir.

 

Azərbaycan dağlarının turizm rekreasiya potensialı var

 

Dağlarımızdakı təbii ehtiyatlardan danışan AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov qəzetimizə açıqlamasında deyib ki, dağlar Azərbaycan təbiətinin önəmli vahididir və ölkə ərazisinin yarıdan çoxunu tutur. 
Onun sözlərinə görə, dağların özünəməxsus təbiəti yerləşdiyi iqlim qurşağından asılıdır. Buna görə də dağların təbiəti dəyişir, yenidən qurulur. Dağlar müxtəlif təbii ehtiyatlara malikdir, buradakı ehtiyatlar düzənliklərdəkindən kəskin şəkildə fərqlənir. Bunları müxtəlif cür qruplaşdırmaq olar. Məsələn, dağların turizm rekreasiya potensialı çox zəngindir. Bu da təbii ehtiyatların dağlarda formalaşmış bir elementidir ki, insanlar tərəfindən tarix boyu mənimsənilib.
Həmin təbii ehtiyatların zənginliyindən çıxış edərək ata-babalarımız yayda dağlara çıxardı, qışda düzənliklərə enərdi. Dağların xalqımızın təsərrüfatının inkişafında, onun psixologiyasının formalaşmasında böyük rolu olub. 
Şöbə müdirinin sözlərinə görə, turizm rekreasiya potensialı hər dağda müxtəlifdir, çünki hər birinin öz xüsusiyyəti var.  Məsələn, Talış dağlarının orta dağlıq hissələrində istər təbiət abidələri, istər mağaralar, istərsə də maraqlı qaya çıxıntıları turistləri cəlb edir, digər tərəfdən quru iqlimi insan sağlamlığı üçün önəmlidir. Talış dağlarında turizm üçün vacib olan elementlər həm də onun flora, faunası ilə bağlıdır. Böyük Qafqazın tamamilə fərqli turizm rekreasiya potensialı var. Eyni zamanda bu dağlarda zəngin istisu ehtiyatları yerləşir. Bu ehtiyatların xüsusən sağlamlıq turizminin inkişafı üçün əhəmiyyəti olduqca böyükdür. Gələcəkdə dağlarımızın turizm potensialından daha geniş istifadə edilməsi vacibdir. 

 

Zəngin mineral ehtiyatlar, faydalı qazıntılar

 

Mirnuh İsmayılov deyib ki, Kiçik Qafqaz, Naxçıvanın Zəngəzur-Dərələyəz dağları da fərqli təbii ehtiyatlara malikdir: "Təkcə rekreasiyaya görə bizə fərqli elementlər verirlər. Turistlər burada həm dincəlir, həm də sağlamlıqlarını bərpa edirlər". 
Dağların su ehtiyatından danışan alim bildirib ki, həmin ehtiyatlar dağların  buzlaqlarında, çoxillik qarında olur. Qar yağması çox önəmlidir, onlar çayların, yeraltı suların qidalanması,  bulaqların səthə çıxması üçün vacib amildir. Son dövrlər iqlim dəyişmələri ilə bağlı olaraq  dağlarımızda buzlaqlar sürətlə azalır, sahəsi kiçilir. 
Aparıcı elmi işçi vurğulayıb ki, dağların təbii ehtiyatlarından olan  mineral ehtiyatlar, yəni faydalı qazıntılar düzənlik ərazilərdəkilərdən fərqli olaraq xüsusiyyətlərini dəyişir. Burada ən çox maqmatizmlə bağlı faydalı qazıntılar üzə çıxır. Məsələn, dəmir filiz, qızıl, civə yataqları Azərbaycan dağlarında geniş yayılıb. Talış dağları əsasən mineral ehtiyatlarla  zəngindir. Böyük Qafqaz dağlarında mineral ehtiyatlar o qədər də çox deyil, həmçinin sıra dağlardakı ehtiyatların mənimsənilməsi əsrarəngiz maraqlı təbii landşafta görə çətinlik yaradır.
Mütəxəssis qeyd edib ki, Filizçay polimetal ehtiyatları bütün Qafqazda tayı-bərabəri olmayan nəhəng yataqdır. Tərkibində mis, qızıl, polimetallik elementlərə rast gəlmək mümkündür: "Onlar da xüsusilə elektronika sənayesinin inkişafı üçün böyük bazadır. Tədqiqatlar nəticəsində gələcəkdə orada çoxlu yataqlar aşkarlamaq mümkündür. Burada yerləşən oksid yataqları alüminium istehsalı üçün vacibdir. Bu da gələcəyin sənaye xammalıdır". 

 

Qızıl ehtiyatlarımız

 

Şöbə müdirinin sözlərinə görə, Kiçik Qafqaz metallik mənşəli faydalı qazıntılarla zəngindir. Bura Azərbaycanın "Ural"ı da deyirlər, çünki bu dağlarda metallik mənşəli elementlər çoxdur. "AzərGold"un Kiçik Qafqazın şimal-şərq yamacında "Çovdar", Gədəbəydə qızıl yataqları var. İşğaldan azad olunmuş ərazilər - Kəlbəcər, Laçın, Zəngilan, Tərtərin bir hissəsində çox zəngin qızıl yataqları var. Həmçinin Ağdərədə tapılan ermənilər tərəfindən istismar olunan qızıl yataqları, xüsusən Zod qızıl mədənlərində böyük ehtiyatlar var. Dağlar içərisində Kiçik Qafqazla, Zəngəzur-Dərələyəz dağları daha mənfəətlidir, hər ikisində zəngin polimetal yataqları mövcuddur. Onlar vaxtilə işləyirdilər. İndi yataqları yenidən dövriyyəyə qaytarmaq lazımdır. 
Azərbaycan ərazisindəki dağlarda yerləşən təbii ehtiyatları saymaqla bitməz. Ölkəmizin təbiəti zəngin olduğu qədər, ehtiyatları da qiymətlidir. Elə bu səbəbdən Azərbaycanın işğal altında olan torpaqlarında da uzun illər təbii ehtiyatlarımız qanunsuz şəkildə istismar olunub, müxtəlif xarici şirkətlər tərəfindən mənimsənilərək digər ölkələrə daşınıb. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!