06 Fevral 2022 00:35
15076
Mədəniyyət
A- A+
Bakının “Qış parkı”

Bakının “Qış parkı”

 

Bir vaxtlar istirahət və əyləncə yeri olan Bakı bağları bu gün pandemiyaya görə insanların gur coşqusu ilə isinmir

 

Bakını heç də əbəs yerə parklar şəhəri adlandırmayıblar. Paytaxtın müxtəlif yerlərində gözəllikləri və özəllikləri ilə gözoxşayan bu parkların (Dağüstü park, Filarmoniya bağı (Qubernator bağı), Fəvvarələr meydanı, Dədə Qorqud parkı, Heydər Əliyev Muzey-park kompleksi, Axundov bağı, Xaqani bağı (uzun illər Molokan bağı adlanıb), Səməd Vurğun bağı, Zorge adına park, Dənizkənarı Milli Park, Zabitlər parkı, Sahil parkı...) hər birinin öz infrastrukturu, çoxsaylı kafe, restoran, attraksion və uşaq meydançaları var.

İlk parkın yaşı da az  deyil: XIX əsrin 30-cu illərinin ortalarında salınıb. “Qubernator” adlanan həmin bağ açılandan şəhərdə hər il onlarca yeni park və bağça istifadəyə verilib. Bu məkanlar istirahət etmək, uşaqları gəzdirmək, dostlarla ünsiyyətdə olmaq, ya da, sadəcə, tənhalığa qapılmaq üçün əvəzedilməz məkanlardır.

Belə parklardan biri də son illər salınan və daha çox diqqətçəkən “Qış parkı”dır. Hamımızın “Qış parkı” kimi tanıdığımız bu kompleks paytaxtın simasının daha da yenilənməsi, şəhər sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

Füzuli və Mirzağa Əliyev küçələri arasında inşa edilən, 4 min 500 avtomobil tutumuna malik yeraltı avtomobil dayanacağı, yerüstü park, bağ, fəvvarələr kompleksi 2013-cü il may ayının 10-da istifadəyə verilib.

Öz gözəlliyi ilə sakinləri heyran edən istirahət guşəsi  şəhərdə ən böyük parkdır: ümumi ərazisi 7 hektar, uzunluğu 1 kilometr, eni isə 150 metrdir. Park Heydər Əliyev sarayının arxasından başlayaraq Füzuli meydanına qədər olan ərazini əhatə edir. Burada 7 yeraltı keçid inşa olunub ki, orada da 24 eskalator quraşdırılıb. Hər keçiddə fiziki əngəli olan insanların rahat hərəkət etmələri üçün xüsusi qurğular qoyulub. Bundan başqa, avtomobillərini yeraltı dayanacaqda saxlayanların parka rahat qalxmaları üçün 14 lift və 32 keçid var. Parka daxil olarkən ən müasir tələblərə cavab verən fəvvarə kompleksi diqqəti cəlb edir. Parkın girişində və çıxışında quraşdırılan fəvvarələrin ətrafına sakinlər üçün xüsusi oturacaqlar qoyulub. Ətrafı yaşıllıqlarla örtülən istirahət guşəsində müxtəlif güllər və palma ağacları əkilib. Belə ki, bura 2 minə yaxın ağac, 10 mindən çox bəzək kolu və növbənöv güllərlə əhatələnib. Güllərin hər birinin üzərində onun haqqında məlumat verən xüsusi “məlumat lövhələri” qoyulub.

Oturacaqların ətrafındakı güllər diqqəti cəlb edir. Parkın ərazisində qeyri-adi dizaynla bəzədilmiş üç kafe də sakinlərin istifadəsindədir, baxmayaraq ki, bu günlər “qonaq-qaralı” deyil. Kafelər qeyri-adi dizaynları ilə də fərqlənir. Parkı maraqla gəzən şəhər sakinləri burada şəkil çəkdirməyə daha çox üstünlük verirlər. Asudə vaxtın səmərəli keçirilməsi üçün parkın əvəzi olmasa da, koronavirus pandemiyası bu cənnət-məkanı insan coşqusundan uzaq salıb.

“Qış parkı” ilə bağlı diqqətçəkən daha bir təəssüfləndirici məqam da odur ki, bu istirahət mərkəzinin onlayn təqdimatı üçün yaradılan resursları yenilənmir. Yəni 2013-cü ilin may ayında istifadəyə verildikdən təxminən iki ay sonra “Qış parkı”nın “Feysbuk”da rəsmi səhifəsi yaradılsa da, bununla sanki işlər sona çatıb. Bu səhifədə parkla bağlı ilk iki paylaşım 3 avqust 2013-cü il tarixində olub. Üçüncü paylaşım 11 may 2017-ci ilə, növbəti 4-cü isə 5, 6, 7 və 10 dekabr 2020-ci il tarixlərə təsadüf edir, vəssalam.

Bir vaxtlar insanların istirahət üçün daha çox üstünlük verdiyi bu parka da pandemiya səbəbindən gələnlərin sayı azalıb. Bununla belə, parkda arabir iri addımlarla gəzişən yaşlılara, qocalara, bir tərəfdə “yarışan” ağsaqqallara da rast gəlmək olur. Onlar da ya domino, ya da nərdtaxta oynamaqla günlərini keçirirlər.

Belələrindən biri də ömrünün ixtiyar çağlarında Şuşası işğaldan azad edilən Qədir Qayıbovdur. 2020-ci ilin 8 noyabr tarixindən özünü dünyanın ən xoşbəxti hesab edən Qədir kişi ömrünün 90-cı ilində olsa da, özünü hamıdan sağlam hesab edir. Dominoda onu “udan olmayıb”, - deyir və pandemiyanı lənətləyir ki, belə gözəl istirahət məkanları qışın şaxtasından daha çox insan nəfəsinə həsrət qalmasından “donub”.

Bir sözlə, yolu buradan düşənlər  deyirlər ki, “Qış parkı” fəsillərin hamısında gözəldir. Pandemiya dövründə insanların yolu buradan düşmədiyi üçün yaranan səssizlik şübhəsiz ki, ötəridir. Tezliklə bu istirahət məkanı yenə əvvəlki növrağına qovuşacaq...

 

M.NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lans Braun: Ağ Şəhər layihəsində ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılması mühüm addımdır  

12:42
17 May

Qabonlu nazir: Azərbaycan mənzil və urbanizasiya sahəsində inkişafa dəstək göstərir  

12:39
17 May

Anaklaudia Rossbax: WUF13 çərçivəsində mənzil böhranı ilə bağlı konkret həll yollarının tapılması üzərində işləyirlər

12:33
17 May

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 500-dən çox PUA vurulub  

12:31
17 May

Yaponiyanın rəsmisi: Son illərdə daha tez-tez baş verən təbii fəlakətlərə qarşı infrastrukturun təkmilləşdirilməsi vacibdir

12:25
17 May

Nazir: Anqolada urbanizasiya dayanıqlı iqlim və iqtisadi artım aləti olmalıdır  

12:21
17 May

Şərqi Timorun nümayənbəsi: Azərbaycan qlobal əməkdaşlığın inkişafına töhfə verir  

12:20
17 May

Ruandanın dövlət naziri: Ruanda və Azərbaycan şəhərsalma sahəsində ortaq anlayışa sahibdir  

12:19
17 May

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır  

12:18
17 May

 Beynəlxalq Davamlı İnkişaf İnstitutunun rəsmisi: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir  

12:18
17 May

Qambiyanın regional qubernatoru: Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində böyük potensialı var  

12:11
17 May

Milli koordinator: Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir  

12:08
17 May

Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNİB  

12:07
17 May

Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib

12:03
17 May

Say Samal: Kamboca ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur 

12:01
17 May

Türkiyənin bələdiyyə sədri: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq  

11:57
17 May

Yağıntılı hava şəraiti gün ərzində davam edəcək – PROQNOZ

11:54
17 May

Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib YENİLƏNİB

11:52
17 May

Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var

11:49
17 May

BMT-nin koordinatoru: Azərbaycanın həyata keçirdiyi layihələr digər ölkələr üçün faydalı təcrübə ola bilər  

11:48
17 May

Kriştof Şerski: Şəhərsalmada sosial vəhdət, iqtisadi şanslar və dayanıqlığın hər kəs üçün bərabər olmasına çalışmalıyıq 

11:43
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!