01 Sentyabr 2026 17:22
113
CƏMİYYƏT
A- A+
Azərbaycanda 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Azərbaycanda 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb


Gədəbəy Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonunun Turşsu kəndi yaxınlığında, “Bəkdəmir yalı” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Cinayət əməlini törətmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması mümkün olmadığından iş üzrə icraat sonuncu dəfə 1993-cü il martın 1-də dayandırılıb.

Cinayət işinin materiallarının, habelə işlə bağlı açılmış əməliyyat-qeydiyyat işinin yenidən öyrənilməsi zamanı cinayətin açılması üçün əlavə istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə zərurət olduğu müəyyən edilib. Bununla əlaqədar 2026-cı il avqustun 28-də Gədəbəy Rayon Prokurorluğu tərəfindən iş üzrə icraat təzələnərək ibtidai istintaqın davam etdirilməsi təmin olunub.

Aparılmış istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonunun Çayrəsullu kənd sakini, 1969-cu il təvəllüdlü Polad Məmmədovun 1992-ci ilin mayında, atası Şahbaz Məmmədovu yaşadığı evdə baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə vuraraq qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İstintaqla müəyyən edilib ki, Polad Məmmədov törətdiyi cinayəti gizlətmək və hadisənin başqa yerdə baş verdiyi barədə yanlış təsəvvür yaratmaq məqsədilə atasının meyitini hadisədən bir neçə gün sonra yaşadıqları evin yaxınlığındakı “Bəkdəmir yalı” adlanan əraziyə aparıb.

P.Məmmədov dindirmə zamanı atasını öldürdüyünü və meyiti qeyd olunan əraziyə apardığını etiraf edib və 2026-cı il avqustun 31-də şübhəli şəxs qismində tutulub.

Həmin tarixdə P.Məmmədovun əməli 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsindən həmin Məcəllənin 94-cü maddəsinin 6-cı bəndinə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) tövsif edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayət işlərinin açılması və cinayət törətmiş şəxslərin müəyyən edilərək qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

19:49
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

19:44
01 Sentyabr

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

19:05
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

Geosiyasi gücün və uğurlu diplomatiyanın təzahürü

18:41
01 Sentyabr

Bakı-Bişkek: ortaq maraqlar Orta dəhlizdə kəsişir   

18:37
01 Sentyabr

SOCAR ilə Çinin CNOOC şirkəti Anlaşma Memorandumu imzalayıb

17:40
01 Sentyabr

Çinin Baş prokuroru “ASAN xidmət”də

17:35
01 Sentyabr

Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb

17:33
01 Sentyabr

Rusiyalı mütəxəssislər Yeni Klinikada təcrübə mübadiləsi aparıblar

17:30
01 Sentyabr

Azad olunmuş ərazilərdə təhlükəsizliyi artırmaq üçün minaaxtaran itlər cəlb olunacaq

17:27
01 Sentyabr

“Azəralüminium”un ixrac gəlirləri 46 faizədək artıb  

17:25
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!