18 Yanvar 2025 17:40
1009
Mədəniyyət
A- A+
Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub


“Sədərəkdən Şuşaya”: Azadlıq uğrunda qəhrəmanlıq və birlik tarixi


Yanvarın 18-də Bakıda qəhrəmanlıq tariximiz olan Sədərək döyüşlərinin 35 illiyi münasibətilə Naxçıvan televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Filmin təqdimatından əvvəl Sədərəkdəki döyüşlərdə iştirak etmiş Nəzifə Qaybalıyeva jurnalistlərə açıqlamasında bildirib ki, o zaman döyüşən hər kəsin qələbəyə inamı sonsuz idi, düşməni dayandırmaq üçün əlindən gələni edirdi. O qeyd edib ki, Sədərəyin müdafiəsi üçün bütün bölgələrdən olan gənclər axışıb gəldi, onların birliyi və əzmi sayəsində Sədərək “alınmaz qala” adlandırıldı.

Sədərəkdəki döyüşlərdə iştirak etmiş Eldəniz Əliyev jurnalistlərə müsahibəsi zamanı döyüşlərdə gənclərin qeyri-adi bir fədakarlıq nümayiş etdirdiyini diqqətə çatdırıb. "Sədərək alınmaz bir qalaya çevrildi. O vaxt heç kəs geri çəkilməyi düşünmədi. Qanımızda olan cəsarət və iradə ilə torpaqlarımızı müdafiə etdik. Əlimizdə nə silahımız, nə topumuz, nə də təchizatımız var idi. Sədərək uğrunda döyüşdük və bir qarış torpağı belə düşmənə vermədik", - deyə Eldəniz Əliyev qeyd edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova “Sədərəkdən Şuşaya” filmi barədə məlumat verib. O bildirib ki, bu film Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli iradəsini və azadlıq uğrunda mübarizəsini əks etdirən mühüm bir əsərdir.G.Nəzərova vurğulayıb ki, filmdə Sədərək döyüşlərindən başlayaraq Şuşanın azad olunmasına qədər keçilən şərəfli yol təsvir olunur. Bu yol xalqımızın milli birliyinin, sarsılmaz əzminin və torpaq sevgisinin parlaq nümunəsidir. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı hər zaman qürurla xatırlanacaq və gələcək nəsillərə örnək olacaq.

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri, "Sədərəkdən Şuşaya” filminin layihə rəhbəri və müəllifi Sahil Tahirli “Sədərəkdən Şuşaya” sənədli filminin, Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixini əks etdirdiyini deyib. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı film vasitəsilə gələcək nəsillərə ötürülür və Azərbaycan tarixində əbədi iz buraxır.

Sonra “Sədərəkdən Şuşaya” sənədli televiziya filmi nümayiş olunub.

Filmdə xalqımızın Sədərəkdən Şuşaya qədər keçdiyi böyük Zəfər yolu bir qəhrəmanın nümunəsində göstərilib. Belə ki, film Sədərək döyüşlərindəki qəhrəmanlığı ilə seçilən qazi və tibb bacısı Nəzifə Qaybalıyevanın timsalında təqdim olunur.

Sənədli televiziya filminin təqdimatından sonra çıxış edən Azərbaycan Respublikasının Xalq artisti Məmmədsəfa Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev və digərləri "Sədərəkdən Şuşaya" filmi barədə təəssüratlarını bölüşərək Sədərək döyüşlərində hər kəsin cəsarətlə, mərdliklə öz doğma torpaqlarını qoruduğunu, birlik nümayiş etdirdiklərini bildiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Qeyrət qalası" adlandırdığı Sədərək uğrunda gedən döyüşlərdə Azərbaycan xalqının və əsgərlərinin göstərdiyi qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq müstəsna əhəmiyyət kəsb edir.

Sonda filmin ərsəyə gəlməsində iştirak edən şəxslər təltif olunublar.

Qeyd edək ki, filmin layihə rəhbəri və müəllifi Sahil Tahirli, filmin məsləhətçisi Anar Tahirov, redaktoru Elnarə Heydərova, rejissoru Razim İsmayıllı, operatorları İlqar Məhərrəmov, Ağali Rəhimov, Uğur Bağırov, musiqi tərtibatçısı isə Yaqut Süleymanovadır.

1990-cı illərin Sədərək döyüşləri xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutur. Naxçıvan Muxtar Respublikasının olduqca ağır, mürəkkəb bir vəziyyətdə yaşayıb varlığını qoruduğu həmin illərdə Sədərək erməni quldurlarının əsas sipəri idi. 150 nəfərə qədər qəhrəman Vətən oğlu bu qədim Oğuz-Türk yurdunun müdafiəsində canı və qanından keçərək şəhidlik zirvəsinə ucalıb, Sədərək, eləcə də bütün Naxçıvanın sovet ordusunun da yaxından dəstək verdiyi Ermənistan silahlı qüvvələri tərəfindən işğalına imkan verməyib.

1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalan Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati bina, sosial obyekt dağıdılıb.

1990-cı il yanvarın 19-da Sədərək ilk şəhidlərini verib. Hücumun ilk dəqiqələrindən Naxçıvanın bütün rayon və kəndlərindən Sədərəyin köməyinə gələnlər sinələrini düşmən önündə sipər ediblər. Onlardan biri də həmin vaxt Şərur xəstəxanasında tibb bacısı işləyən Nəzifə Qaybalıyeva idi. O, xəbəri alar-almaz 3 körpə uşağını evdə qoyaraq birbaşa Sədərək döyüşlərinə yollanır. Onlarla yaralını xilas edir, Milli Qəhrəman Məhərrəm Seyidov onun qolları arasında əbədiyyətə qovuşur. O dövrdə Nəzifə xanımın Naxçıvan televiziyasına verdiyi müsahibədən sonra yüzlərlə gənc Sədərəyin müdafiəsinə qalxır. Bu gün də Naxçıvan televiziyasının arxivində qorunan həmin kadrları, eləcə də Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini həyəcansız izləmək mümkün olmur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!