01 Oktyabr 2026 10:37
80
İQTİSADİYYAT
A- A+
Bakıda CAMCA Regional Forumu işə başlayıb 

Bakıda CAMCA Regional Forumu işə başlayıb 


Oktyabrın 1-də Bakıda Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanda (CAMCA) dialoqun, əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunmuş ikigünlük illik CAMCA Regional Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, sayca 12-ci dəfə keçirilən forum hökumət, biznes, akademik dairələr, vətəndaş cəmiyyəti və digər sahələri təmsil edən müxtəlif maraqlı tərəfləri bir araya gətirib. Yüksəksəviyyəli dialoq və qarşılıqlı əlaqə üçün mühüm platforma kimi formalaşan CAMCA Regional Forumu 2014-cü ildə təsis olunduğu vaxtdan etibarən regional əlaqələrin möhkəmləndirilməsinə, qabaqcıl təcrübələrin bölüşdürülməsinə, habelə ümumi çağırış və imkanların həllinə yönəlmiş strateji tərəfdaşlıqların qurulmasına diqqət yetirir. Forum açıq müzakirələrin təşviqi vasitəsilə innovativ həllərin işlənib hazırlanmasına və regional inteqrasiyanın gücləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoyur.

Bilik və təcrübə mübadiləsinə xüsusi önəm verən CAMCA Regional Forumu yeni nəsil və təcrübəli liderlərin əlaqələr qurması, əməkdaşlıq etməsi, eləcə də regionun inkişafına və gələcəyinə töhfə verməsi üçün unikal platforma yaradır. Forumun gündəliyinə iqtisadi artım, təhlükəsizlik, idarəetmə, innovasiya və digər mühüm məsələlər daxildir.

CAMCA Regional Forumu həyata keçirdiyi təşəbbüslər və hər il təşkil olunan toplantılar vasitəsilə dünyanın bu mühüm regionunda əməkdaşlığın daha da inkişaf etdirilməsinə və uzunmüddətli rifahın təmin olunmasına sadiqliyini nümayiş etdirir.

Forum indiyədək 11 dəfə təşkil olunub, 40-dan çox ölkədən 2000-dən artıq iştirakçı və 560-dan çox spikeri bir araya gətirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qalib liderin media diplomatiyası  

13:53
01 Oktyabr

Müasir Azərbaycan Heydər Əliyevin dövlətçilik məktəbinin təntənəsidir   

13:30
01 Oktyabr

Dünyanın diqqəti yenə Bakıdadır  

13:15
01 Oktyabr

Heydər Əliyev siyasi irsi: dövlətçilik, azərbaycançılıq və müstəqil Azərbaycanın gələcək inkişaf xətti  

13:01
01 Oktyabr

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır  

12:31
01 Oktyabr

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

11:12
01 Oktyabr

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk

11:09
01 Oktyabr

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

11:08
01 Oktyabr

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

11:07
01 Oktyabr

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq

11:01
01 Oktyabr

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir  

10:56
01 Oktyabr

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

10:52
01 Oktyabr

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır  

10:51
01 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:49
01 Oktyabr

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

10:48
01 Oktyabr

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik  

10:46
01 Oktyabr

Azərbaycan nefti 119,26 dollara satılır 

10:46
01 Oktyabr

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

10:45
01 Oktyabr

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

10:40
01 Oktyabr

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO  

10:39
01 Oktyabr

Bakıda CAMCA Regional Forumu işə başlayıb 

10:37
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!