01 Oktyabr 2026 13:53
136
SİYASƏT
A- A+
Qalib liderin media diplomatiyası  

Qalib liderin media diplomatiyası  


Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan çox xarici KİV-ə verdiyi müsahibəsi erməni yalanlarının dünyada ayaq açmasına imkan vermədi


44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı hərb tarixinə təkcə döyüş meydanındakı misilsiz qələbələrlə deyil, həm də informasiya cəbhəsində qazanılan mütləq üstünlüklə həkk olundu. Rəşadətli ordumuza uğurla rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də beynəlxalq medianın qarşısına keçərək Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdi. Müharibə dövründə 30-dan çox aparıcı xarici KİV-ə müsahibə verən ölkəmizin başçısı erməni yalanlarını ifşa etdi, qərəzli və təxribatçı sualları dəmir məntiq, təmkin və təkzibedilməz faktlarla dəf etdi. 

Qalib lider İlham Əliyevin informasiya cəbhəsində qətiyyətli mübarizəsi Vətən müharibəsi dövründə erməni yalanları əsasında Azərbaycana qarşı diplomatik cəbhənin açılmasına imkan vermədi, ölkəmizin tarixə, ədalətə və beynəlxalq hüquqa dayanan haqlı mövqeyini dünyaya göstərdi. 


Münaqişənin bu qədər uzun çəkməsinin səbəbi


Ölkəmizin informasiya hücumunun startı 2020-ci il oktyabrın 2-də Prezident İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibə ilə qoyuldu. Bu müsahibə həm də Azərbaycanın siyasi və hüquqi mövqeyini bütün dünyaya çatdıran strateji bəyanat kimi tarixə düşdü. Jurnalistin “Niyə görə bu münaqişə bu qədər uzun çəkir?” sualına Prezident İlham Əliyevin verdiyi cavab məsələnin bütün mahiyyətini ortaya qoydu: “Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir”.

Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun illər kağız üzərində qalmasını və vasitəçilərin təcavüzkar Ermənistana praktiki təzyiq göstərməməsini açıq şəkildə tənqid etdi. Müsahibədə beynəlxalq hüquqla reallıq arasındakı ikili standartlar ifşa olundu: “...Biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir”.

Müsahibə boyu Ali Baş Komandan təkzibedilməz dəlillərlə sübut etdi ki, Azərbaycan beynəlxalq hüququn tələblərini yerinə yetirir və ölkəmizin mövqeyi dəyişməz olaraq qalır: “Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq”.

Ermənistan rəhbərliyinin Yaxın Şərqdən gətirdiyi muzdlular, xarici ölkələri münaqişəyə cəlb etmək cəhdləri və regionda yaydığı feyk-xəbərlər “Əl-Cəzirə” vasitəsilə bütün ərəb və dünya ictimaiyyətinə açıq şəkildə ifşa olundu.

 Prezident İlham Əliyevin bu müsahibədə nümayiş etdirdiyi qətiyyət həm də Bakının sarsılmaz mövqeyini ortaya qoyurdu ki, Azərbaycan daha 30 il gözləmək niyyətində deyil. Əgər Ermənistan öz xoşu ilə işğal olunmuş torpaqlardan çıxmaq üçün real cədvəl təqdim etməsə, ordumuz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Bu ilk geniş müsahibə 44 günlük müharibə boyunca davam edən böyük informasiya hücumunun uğurlu bünövrəsini qoydu.


Zəfər parolu 


Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi dövründə 30-dan çox xarici KİV-ə müsahibə verən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında beynəlxalq ictimaiyyətdə müsbət fikir formalaşdırmağı bacardı.

Dövlətimizin başçısı bu müsahibələrdə təkcə xarici auditoriyaya deyil, həm də birbaşa Azərbaycan cəmiyyətinə və ordusuna həyati əhəmiyyət kəsb edən mesajlar ötürürdü. İşğal olunmuş hər bir qarış torpağın əziz olduğunu vurğulayan Ali Baş Komandan, eyni zamanda müharibənin əsas hədəfini düzgün göstərmişdi. Prezident İlham Əliyev 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” kanalına verdiyi müsahibədə demişdi: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var... ...Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. 

Qəhrəman döyüşçülərimiz Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını qüsursuz yerinə yetirərək, Onun bir növ Zəfər paroluna çevrilən bu mesajını ildırım sürəti ilə yerinə yetirərək Qarabağın baş tacı Şuşanı bir həmlədə azad etdilər. Vətən müharibəsinin 44 günündə həm də informasiya cəbhəsində savaşan, ölkəmizin düşmənlərini təkbaşına susduran müzəffər lider İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi.

44 günlük savaş günlərində “TRT Haber”, “Pervıy Kanal”, “Euronews”, “Sky News”, “Haber Global”, “Haber Türk”, “France 24” kimi dünya mediasına verilən müsahibələrdə də Prezident İlham Əliyev Ermənistanın xarici muzdlulardan istifadə etməsi, dinc əhalini raket atəşinə tutması və danışıqlar prosesini qəsdən pozması barədə məlumatları və tutarlı faktları təqdim etdi. Fransa və digər ölkələrdən gələn uydurma ittihamlar isə faktlarla çürüdüldü. 

“France 24” televiziya kanalının jurnalistinin, “əvvəlki müsahibələrinizdə Suriyadan 300 döyüşçünün Sizin tərəfinizdə vuruşmaq üçün gətirildiyinə dair açıqlamasından sonra Siz Emmanuel Makrondan üzrxahlıq tələb etmişdiniz. Siz onunla sonuncu dəfə söhbət edən zaman bu məsələ haqqında - onun muzdluların Sizin tərəfinizdə döyüşməyi ilə bağlı ittihamı barədə danışdınızmı?”, sualına Prezident İlham Əliyev cavab verdi ki, onlar bu barədə danışıblar və O hələ də dəlil gözləyir. 

“Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır. Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur”.

Döyüş meydanında əldə edilən parlaq qələbələrlə yanaşı, məhz bu diplomatik və informasiya hücumu Ermənistanı tam təslim olmağa məcbur etdi. Prezident İlham Əliyevin informasiya cəbhəsində erməni yalan maşınını əsaslı dəlillərlə məhv etməsi, həm də haqqın zəfəri oldu. 

Beləliklə, Azərbaycan xalqı həm döyüş, həm də həqiqət meydanında tarixi ədaləti bərpa edərək adını qalib millətlər sırasına əbədi həkk etdi.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qalib liderin media diplomatiyası  

13:53
01 Oktyabr

Müasir Azərbaycan Heydər Əliyevin dövlətçilik məktəbinin təntənəsidir   

13:30
01 Oktyabr

Dünyanın diqqəti yenə Bakıdadır  

13:15
01 Oktyabr

Heydər Əliyev siyasi irsi: dövlətçilik, azərbaycançılıq və müstəqil Azərbaycanın gələcək inkişaf xətti  

13:01
01 Oktyabr

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır  

12:31
01 Oktyabr

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk  

11:26
01 Oktyabr

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

11:19
01 Oktyabr

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

11:12
01 Oktyabr

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

11:12
01 Oktyabr

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

11:11
01 Oktyabr

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır  

11:09
01 Oktyabr

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk

11:09
01 Oktyabr

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

11:08
01 Oktyabr

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

11:07
01 Oktyabr

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq

11:01
01 Oktyabr

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir  

10:56
01 Oktyabr

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

10:52
01 Oktyabr

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır  

10:51
01 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:49
01 Oktyabr

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

10:48
01 Oktyabr

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik  

10:46
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!