05 İyun 2025 20:59
958
Mədəniyyət
A- A+
Azərbaycan BMT Turizmin İcraiyyə Şurasına üzv seçilib YENİLƏNİB-2

Azərbaycan BMT Turizmin İcraiyyə Şurasına üzv seçilib YENİLƏNİB-2

BMT Turizmin Avropa Regional Komissiyasının iyunun 5-6-da Bakıda keçirilən 71-ci iclasında Azərbaycan 2025-2029-cu illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib.

AZƏRTAC xəbər verir ki, Avropa Regional Komissiyası üzrə İcraiyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə 9 ölkə arasından Azərbaycanla yanaşı, Sloveniya, Fransa, Xorvatiya və Yunanıstanın 2025-2029-cu illər üçün namizədlikləri təsdiq olunub.

Qeyd edək ki, Azərbaycan 2013-2017-ci, 2017-2021-ci və 2023-2025-ci illərdə təşkilatın İcraiyyə Şurasına üzv olub, 2017-ci ildə isə İcraiyyə Şurasına sədr seçilib.

Tədbirin sonunda müzakirələr nəticəsində Avropa Regional Kommissiyasının növbəti 72-ci iclasının Maltada keçirilməsi qərarı təsdiq olunub.


12:07


İyunun 5-də Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın 71-ci iclası işinə başlayıb.

AZƏRTAC xəbər verir ki tədbirdə 40-a yaxın ölkədən 150-dən çox nümayəndə iştirak edir. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT Turizm Təşkilatı ilə əməkdaşlıq əlaqələrinin güclənməsinə xüsusi diqqət verildiyini söyləyib. O, ölkəmizin 2001-ci ildən təşkilata üzv qəbul olunması, 2013-cü ildən indiyədək 3 dəfə İcraiyyə Şurasında təmsil olunması, 2017-ci ildə İcraiyyə Şurasına sədr seçilməsi və 2019-cu ildə İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi etməsi haqqında məlumat verib.

Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafına daim diqqət göstərdiyini vurğulan F. Nağıyev Azərbaycanın Avropa ilə digər regionlar arasında digər bir çox sahələrdə olduğu kimi, turizm sahəsində də körpü rolunu oynayan mərkəzə çevrildiyini qeyd edib. Fuad Nağıyev 2024-cü il ərzində ölkəmizə gələn xarici ziyarətçilərin sayının 2023-cü illə müqayisədə 26 faiz artdığını, turist xərcləmələrinin isə 5.1 milyard dollara çatdığını bildirib.

Fuad Nağıyev COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində COP tədbirləri tarixində ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyinə salınması, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı ilə “Turizm sektorunda təkmilləşdirilmiş iqlim fəaliyyəti üzrə nazirlərin birinci görüşü” və indiyədək 70-dən çox ölkənin tərəfdar çıxdığı “Turizm sektorunda təkmilləşdirilmiş iqlim fəaliyyəti üzrə COP29 bəyannaməsi” haqqında məlumat verərək iştirakçı ölkələri bəyannaməyə qoşulmağa çağırıb.

Agentlik sədri, həmçinin Azərbaycanın 2025-2029-cu illər üçün BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üzrə ayrılmış yerlərdən birinə namizədliyini irəli sürdüyü qeyd edərək müvafiq səsvermə zamanı üzv dövlətlər tərəfindən veriləcək dəstəyin əhəmiyyətli olduğu vurğulayıb.

Tədbirdə çıxış edən Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Natalia Bayona Azərbaycan tərəfinə tədbirin yüksək səviyyədə təşkilatçılığı və qonaqpərvərlik üçün təşəkkür edib. O, turizmin iqtisadiyyatın ən insanyönümlü sahəsi kimi insanları və mədəniyyətləri birləşdirdiyini qeyd edərək bu sahənin dayanıqlı gələcəyini təmin etmək məqsədilə innovasiya, təhsil və investisiyaların önəmini vurğulayıb.

Avropa Regional Komissiyasının üzvü olan 38 Avropa ölkəsindən 150-yə yaxın rəsmi nümayəndənin iştirakı ilə keçirilən tədbirdə təşkilatın 2024-2025-ci illər üzrə fəaliyyətinə dair hesabatlar dinləniləcək, Baş Assambleya, müxtəlif komitələr və işçi qruplar üzrə müxtəlif seçkilər, o cümlədən İcraiyyə Şurasına seçkilər baş tutacaq.

Qeyd edək ki, Avropa Regional Komissiyası üzrə İcraiyyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə Azərbaycanla yanaşı, Qazaxıstan, Moldova, Sloveniya, Fransa, Ermənistan, Rumıniya, Xorvatiya və Yunanıstan kimi ölkələr tərəfindən 2025-2029-cu illər üçün namizədlik irəli sürülüb.

Tədbirin ikinci günündə “Təkandan yüksəlişə: turizmdə iqlim dəyişikliklərinə qarşı fəaliyyətin COP29-dan sonra irəliləməsi” mövzusunda tematik konfrans keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!