04 Fevral 2020 02:18
3523
Mədəniyyət
A- A+
Bakı zəfəranı

Bakı zəfəranı


Orta əsrlərdə Bakıətrafı və Abşeron kəndlərində becərilən ən qiymətli bitki və mühüm ixrac mallarından biri də əla keyfiyyətli zəfəran idi. Abşeronda zəfəranın iki növü bitirdi: mədəni və yabanı. Altıillik bitki olan birinci növ daha yüksək qiymətləndirilirdi, onun alqırmızı rəngli çiçəklərindən istifadə olunurdu. Bu qiymətli bitkini səhər sübhdən böyük sahələrdən yığırdılar. İkinci növ zəfəran çox böyük sahələri tutur və ucuz qiymətləndirilirdi. Mənbələrin məlumatına görə, zəfəranı azacıq miqdarda mumla qarışdırır, xırda-xırda doğrayır və bu cür satırdılar.

XVIII əsrin əvvəllərində Bakının həndəvərində yüzlərlə zəfəran sahəsi var idi. Mənbələrin yazdığına görə, XVIII əsrin 30-cu illərində "Bakının torpağı demək olar ki, bütünlüklə daşlıq olduğundan şəhərin özündə zəfəran bağları az idi... Torpağı daha münbit olan Abşeron yarımadasında isə belə bağlar qat-qat çox idi...” Şüvəlan, Bilgəh kəndlərində zəfəran əkin sahələri daha çox idi. Zəfəran çox qiymətli məhsul olub, təsərrüfatda geniş istifadə edilir. Zəfəran ədviyyə kimi yeməkdə işlədilir. Bu ipək və yun parçaları və xalçaları boyamaq üçün çox əla boyaq (narıncı rəng) maddəsi idi.

Alim və səyyah Krusinski Bakı haqqında danışarkən qeyd edirdi: "Bu şəhər İranı zəfəranla təmin edir. İranlılar onu düyüyə vurmaqdan əlavə, başlıca olaraq ipək boyamaqda istifadə edirdilər...” Zəfəran İbn Sinanın "Qanun” kitabında qeyd etdiyi bir sıra xəstəliklərin müalicəsində işlədilən dərman vasitəsi kimi Şərqdə hələ X əsrdən məlum idi. Göstərilən kənd təsərrüfatı məhsulu təkcə şəhər əhalisi tərəfindən istifadə olunmur, həm də ixrac edilirdi.

1747-ci ildə şəhərin ətrafında böyük zəfəran tarlaları var idi. Akademik Lerx göstərirdi ki, "...son orta əsrlərdə zəfəran bağları əvvəlkindən qat-qat çox idi. Bu bağlar şəhərin yaxınlığında salınmışdı”. 1770-ci illərədək Bakıda zəfəran becərilməsi xeyli artsa da, bu bitki Dərbənddə daha geniş miqyasda əkilməyə başlamışdı. XVIII əsrin sonlarında Abşeronda zəfəran becərildiyini bir sıra səyyahlar da qeyd etmişlər. XIX əsrin əvvəllərində Bakıda və Abşeronda ildə 500 puda yaxın zəfəran yığılırdı. Onun bir pudunun qiyməti 8 manatdan 15 manatadək idi. Bu zəfəran Avropada (Fransada, İtaliyada) becərilən zəfərandan daha yüksək keyfiyyətli sayılırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!