05 Dekabr 2023 15:18
332
İQTİSADİYYAT
A- A+

Bakı metrosundan gündəlik istifadə edənlərin sayı 593 mini ötüb

 

Bu ilin noyabr ayında “Bakı Metropoliteni” QSC 20 milyon 227 min 18 sərnişin daşıyıb. Bunlardan 516 min 706 nəfəri güzəştli sərnişinlər olub.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC verilən məlumata görə, orta statistik hesabla gün ərzində 674 min 234 sərnişinə daşıma xidməti göstərilib. Noyabrın 20 iş günü ərzində orta statistik gündəlik sərnişindaşıma 775 min 419 nəfər, 10 qeyri-iş günündə 471 min 865 nəfər olub.

Cari ilin noyabrında Bakı metrosu tarixində ən çox sərnişin daşınan 2019-cu ilin eyni dövrünə nəzərən 6.3 faiz az, əvvəlki - 2022-ci ilin həmin ayı ilə müqayisədə 0.9 faiz və ya 183 min 313 sərnişin çox daşınıb.

Bu ilin 11 ayı ərzində “Bakı Metropoliteni” QSC-də 5 milyon 703 min 758 nəfəri güzəştli olmaqla, 198 milyon 202 min 447, orta statistik hesabla gündəlik 593 min 421 sərnişin istifadə edib. Bundan əvvəlki illərin eyni dövrlərinin müqayisəsinə nəzər salanda, bu, 2019-cu ilin 11 ayından 7.3 faiz az, 2022-ci ilin həmin müddətindən isə 5.8 faiz çox sərnişinin daşınması deməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video