Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
İş yoldaşımın götürdüyü kreditə görə zamin dayanmışdım. Kreditin bir hissəsi ödənilsə də, iş yoldaşım vəfat etmiş və ödənişlərdə gecikmə yaranmışdır. Bank həm mənə, həm də iş yoldaşımın vərəsəsinə (arvadına) qarşı iddia qaldırıb və pulu bizdən tələb edir. Halbuki mən yalnız iş yoldaşıma zamin dayanmışdım. İş yoldaşımın ölümündən sonra mənim zaminliyimə son verilməli deyildimi?
Abbas MƏCİDOV,
Bakı şəhəri
- Ümumi qayda ondan ibarətdir ki, öhdəlik münasibətləri hansı şəxslər arasında meydana gəlmişsə, mövcudluğunu həmin şəxslər arasında davam etdirir və bitir. Lakin bəzi hallarda öhdəliyin aktiv (kreditor) və ya passiv (borclu) tərəfində dəyişiklik olması mümkündür. Əmlakın vərəsəlik yolu ilə keçməsi halında miras qoyan borcludursa, onun yerinə vərəsələr borclu kimi çıxış edirlər. Kredit borcu miras passivi kimi iş yoldaşınızın arvadına keçmişdir, yəni bankla bağlanmış kredit müqaviləsinin tərəfi (borc alan) kimi o, miras qoyanı - ərini əvəz etmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, m. 1133.1, 1151.1).
Bu hal sizinlə bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi üçün əsas deyil. Belə ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarını müəyyənləşdirən 477-ci maddəsində əsas öhdəlik üzrə borclunun ölümü xitamvermə əsası kimi nəzərdə tutulmamışdır. Məcəllənin 477.0.2-ci maddəsi üzrə əsas - “Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, zaminliyə xitam verilir” öhdəliyin tərəfinin vərəsəlik yolu ilə dəyişməsi halını tənzimləmir. Bu, yalnız kreditor (konkret halda, bank) və yeni borclu (hər hansı üçüncü şəxs) arasında bağlanmış müqavilə üzrə əsas öhdəliyin (konkret halda, kredit müqaviləsi üzrə öhdəliyin) passiv (borclu) tərəfində baş verən dəyişikliyə şamil oluna bilər. Odur ki, məcəllənin 477.0.2-ci və 525-ci maddələri arasında bağlılıq var. Çünki 525-ci maddəyə görə, tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir: “əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir”.
Beləliklə, siz zamin durduğunuz şəxsin dünyasını dəyişməsinə baxmayaraq, müqavilə əsasında zaminlik öhdəliyini daşıyırsınız. Bundan imtina yalnız bankın razılığı ilə mümkündür.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
01 Iyun
ANAMA işğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlər üçün sənəd qəbulunu elan edir ...
01 Iyun
BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb
01 Iyun
Azərbaycan ilə Rumıniya arasında enerji, nəqliyyat-tranzit, sənaye sahələrində böyük əməkdaşlıq imka...
01 Iyun
Sudanda bombardman nəticəsində 17 nəfər həlak olub
01 Iyun
Emma Nikolson: Azərbaycan bərpaolunan enerjinin inkişafı sahəsində Böyük Britaniyanın əsas tərəfdaşl...
01 Iyun
Taekvondo üzrə dünya çempionatının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziya...
01 Iyun
Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək
01 Iyun
Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir ...
01 Iyun
Dövlət Gömrük Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş
01 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!