16 Yanvar 2026 17:44
528
SİYASƏT
A- A+
Bakı Hindistanda siqhlərə və digər azlıqlara qarşı zorakılıq mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib 

Bakı Hindistanda siqhlərə və digər azlıqlara qarşı zorakılıq mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib 


Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl 1984-cü ildə Hindistan hökuməti tərəfindən həyata keçirilmiş “Mavi Ulduz əməliyyatı”nda həlak olan siqhlərin xatirəsinə həsr edilmiş sərgi təşkil edilib. Sərgidə siqh xalqının inancında müqəddəs sayılan əşyalar nümayiş olunub. Daha sonra 2023-cü ildə Kanadada terror hücumu ilə qətlə yetirilmiş Hardip Singh Nijjar və Xalistan hərakatının digər üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BTQ-nin müasir dövrdə müstəmləkəçiliyin müxtəlif formalarının təsirinə məruz qalan xalqlara davamlı dəstək verdiyini, həmin xalqların pozulmuş hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq fəaliyyətdən danışıb.

Təşkilatın beynəlxalq arenada qazandığı uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə BTQ tərəfindən hazırlanmış Hindistan hökumətinin sıqhlərə qarşı törətdiyi hüquq pozuntuları və cinayətlər, eləcə də digər etnik azlıqların üzləşdiyi sistemli ayrı-seçkiliyə həsr edilmiş qısametrajlı film iştirakçılara təqdim edilib.

Dünyanın müxtəlif ölkələrini təmsil edən siqh icmasının nümayəndələri “Siqhlərə qarşı ayrı-seçkiliyin mənşəyi və siqh diasporunun azadlıq uğrunda mübarizəsi” mövzusunda geniş fikir mübadiləsi aparıblar. Hindistan hökumətinin repressiv siyasəti nəticəsində doğma vətənlərini tərk edərək, hazırda Kanada, ABŞ, Böyük Britaniya və digər ölkələrdə məskunlaşmış siqhlərin və digər azlıqların vəziyyəti, siqh fəallarına qarşı dövlət səviyyəsində terror aktları, eləcə də Hindistanda təzyiq və məhdudiyyətlərlə üzləşən siqh icmasının əsas siyasi, hüquqi və təhlükəsizlik problemləri müzakirə olunub. Hindistanın zorakılıq, hədə-qorxu siyasətinin yaratdığı regional və beynəlxalq təhlükəsizlik riskləri və bu hallara qarşı beynəlxalq hüquq mexanizmlərindən istifadə imkanları qeyd edilib.

Konfransda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə olunub. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunmasına çağırış edilib. BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqlarının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılıb.

Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları da müzakirə mövzusu olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!