31 Yanvar 2017 01:01
556
İQTİSADİYYAT
A- A+
Badam - süfrədə, sənayedə, təbabətdə...

Badam - süfrədə, sənayedə, təbabətdə...

 

Qeyri-neft sektorunun inkişafı yeni badam bağlarının salınmasını gündəmə gətirir

 

Badam ləpəsinin dadına və faydasına görə çox sevilən qiymətli bitkidir. Sənayenin müxtəlif sahələrində, xüsusilə yeyinti sənayesində bu bitkinin ayrı-ayrı hissələrindən geniş istifadə olunması onun dəyərini birə-beş artırır.

Maraqlıdır ki, badam ağacı heç də hər yeri özünə məskən seçmir. Azərbaycan onun bitdiyi azsaylı regionlardan biridir. Bu imkandan lazımınca istifadə edilmədiyi, yəni ölkəmizdə badam bağlarının az olduğu isə təəssüf doğuran faktdır.

Qeyri-neft sektorunun inkişafının prioritet olduğu indiki dövrün Azərbaycanda badam istehsalının artırılmasını da gündəmə gətirməsi təsadüfi deyil. Badamın birinci üstünlüyü ləpəsinin dadlı, yağlı və şirin olmasıdır. Onun tərkibinin 40-60 faizi yağdan, 20-30 faizi zülaldan, 13 faizi karbohidratdan, qalan hissəsi bir sıra  vitaminlərdən ibarətdir.

Badamı sevməyən az insan tapılar. Çünki badam ləpəsi həm təbii halda yeyilir, həm də ondan qənnadı sənayesində geniş istifadə olunur.

Badamın yemək üçün yararsız olan acı növü də var. Acı badamdan badam yağı və az miqdarda efir yağı hazırlanır. Bu məhsuldan ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya hazırlanmasında istifadə edilir. Badamın qabığı da itkiyə getmir. Belə ki, o, konyakın, likörün, bəzi şərabların ətirləndirilməsində və rənginin yaxşılaşdırılmasında işlədilir.

Təbii ki, belə faydalı məhsula hər yerdə tələbat var.  Ona görə də badamın ixracı ölkəyə xeyli gəlir gətirə bilər.

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran  vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev badamın valyuta gətirən bitki olduğunu vurğulayaraq demişdir: “Badam  Azərbaycanda, əfsuslar ki, çox az istehsal edilir. Biz hətta özümüzü bu məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar  badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır.  Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə bu istiqamətdə də işlər görülməlidir,  lazımi tədbirlər görülür, göstərişlər verilib, bax, bu sahə də inkişaf edəcək”.

Azərbaycanda badamın 4 növü yayılıb. Ümumiyyətlə isə badam cinsinin 40 növə qədər ağac və kolu məlumdur. Yabanı halda badam Orta Asiyada, Dağıstanda və Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində vaxtilə geniş ərazilərdə yabanı badamlıqlara rast gəlmək olardı. “Badamlı” suyu da adını həmin ərazidən alıb. Çünki bu məşhur suyun çıxdığı kənd hər tərəfdən badamlıqlarla əhatə olunmuşdu. İndi badam ağacları yalnız əlçatmaz yüksəkliklərdə qalıb.

Qeyd edək ki, yabanı badam və mədəni badam sortları bir-birinə çox bənzəyirlər. Mədəni badamı fərqləndirən meyvələrinin bir qədər böyük, qabığının nazik olmasıdır.

Badamın qayalıqda, daşlıqda, qumsal yerdə, hətta gilli torpaqda yetişməsi təbiətin yurdumuza bir töhfəsidir. Deməli, onu Azərbaycanın çox yerlərində yetişdirmək və badam bağlarının ərazilərini genişləndirmək mümkündür. Bu imkanı qətiyyən əldən vermək olmaz.

Coğrafi şəraitin münasib olduğu bütün yerlərdə badam ağaclarının əkilməsi  ölkəyə xeyli gəlir gətirə bilər. Bu faydalı işin qarşısında Nazirlər Kabinetinin sözügedən iclasında başqa bir baxış bucağından da işıq salınmışdır. Belə ki, dövlət başçısı ekoloji vəziyyətdən danışarkən diqqəti bir daha ağacəkmə kampaniyasına cəlb etmiş və bundan sonra bar gətirən ağacların yetişdirilməsinə üstünlük verilməsini tapşırmışdır: “Son bir neçə il ərzində ölkəmizdə ağacəkmə kampaniyası çox geniş  vüsət almışdır. Bu il də  bu işlər aparılmalıdır. Ancaq hesab edirəm ki, bundan sonra daha çox dekorativ ağaclar yox, yəni barverən ağaclar əkilməlidir. Ona görə bütün rayonlarda da iqlimə uyğun şəkildə ağacəkmə prosesi davam edəcək. Ancaq bunun həm iqlimə, ekologiyaya, həm də ki, iqtisadiyyata müsbət təsiri olmalıdır. Ona görə də müvafiq tədbirlər görülməlidir, tinglər tədarük edilməlidir”.

Bütün bu işlər badamçılıq sahəsində  də tətbiq olunmalıdır. Çünki badam hələ qədim zamanlardan haqlı olaraq zəngin bitki sayılıb, qonaqlıq, bayram süfrələrini bəzəyib. Hətta yuxuda yetişmiş badam ağacı görmək insana var-dövlət sahibi olacağı, maddi rifah halının yaxşılaşacağı barədə mesaj kimi yozulurdu... Şairlər, bəstəkarlar badamı sevərək onun haqqında şeir və nəğmələr bəstələmişlər. Yurdumuzda bu əvəzsiz, faydalı bitkini yetişdirən ağacların sayı artdıqca, ondan daha çox bəhrələnəcəyik. Ölkə əhalisinin badama olan tələbatı tam ödəniləcək. Badamın xaricə ixrac edilməsi isə Azərbaycana gəlir gətirəcək.

            

Flora SADIQLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!