04 Avqust 2026 16:00
644
CƏMİYYƏT
A- A+
“AzerGold” QSC-dən jurnalistlər üçün növbəti təlim və mediatur

“AzerGold” QSC-dən jurnalistlər üçün növbəti təlim və mediatur


“AzerGold” QSC tərəfindən “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Səhmdar Cəmiyyətinin fəaliyyətinin 10 illiyi çərçivəsində keçirilən tədbirdə ölkənin aparıcı onlayn media qurumlarını təmsil edən 28 jurnalist iştirak edib. Tədbirin ilk günü Gəncə şəhərində “AzerGold” QSC-nin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı və emalı, qiymətli metalların satışı, əməyin mühafizəsi, ətraf mühitin qorunması, kommunikasiya və korporativ sosial məsuliyyət istiqamətlərində nəzəri təlimlər keçirilib. İnteraktiv formatda təşkil olunan sessiyalar zamanı qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Səfərin ikinci günü iştirakçılar əvvəlcə Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən Gəncə Autizm Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Jurnalistlər autizm spektr pozuntusu olan uşaqlar üçün həyata keçirilən reabilitasiya prosesini əyani şəkildə izləyiblər. Daha sonra iştirakçılar Daşkəsən və Göygöl rayonlarında istifadəyə verilmiş kitab köşklərinə baş çəkərək həyata keçirilən sosial layihələrlə tanış olublar. Onlar, həmçinin Daşkəsənin Quşçu qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə inşa edilmiş Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binasına baxış keçiriblər.

Səfər “AzerGold” QSC-nin Daşkəsənin Çovdar kəndində yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) və “Çovdar” qızıl mədəninə təşkil olunmuş mediaturla davam edib. Media nümayəndələrinə müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi, eləcə də boş süxur anbarında həyata keçirilən bioloji rekultivasiya tədbirləri barədə ətraflı məlumat verilib. Jurnalistlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri, qiymətli metalların hasilatı və emalı, eləcə də ekoloji norma və tələblərə uyğun şəkildə həyata keçirilən istismar işləri ilə yaxından tanış olublar. Layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsi üzrə məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə təlimdən əvvəl və sonra test tapşırıqları keçirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

15:23
11 Avqust

Osman Kepenek: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiya nəqliyyat sistemində rolunu gücləndirəcək

15:21
11 Avqust

Luis Suares 39 yaşında Uruqvay millisinə qayıda bilər

15:06
11 Avqust

İkinci Dünya müharibəsi bombası Dunayda yoxa çıxıb

15:04
11 Avqust

Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb

15:03
11 Avqust

Aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artıb

15:02
11 Avqust

“Ritm” rəqs qrupu Azərbaycanı Fransada beynəlxalq folklor festivalında təmsil edir  

15:00
11 Avqust

Bir həftəlik meditasiyanın beyinə təsiri müəyyən olunub

14:47
11 Avqust

“Nvidia” AI infrastrukturu üçün 500 milyard dollar investisiya cəlb edir

14:45
11 Avqust

Piylənmədən qoruyan nadir gen kəşf edilib

14:43
11 Avqust

Tənhalıq insan orqanizminə necə təsir edir?

14:40
11 Avqust

Okeanlarda rekord istiləşmə qeydə alınıb

14:37
11 Avqust

Avstraliya nadir quş növünü qorumaq üçün vaksinasiyaya başlayır 

14:35
11 Avqust

Tramp uşaq peyvəndlərinin sayını azaltmaqla bağlı sərəncam imzalayıb  

14:33
11 Avqust

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma evsahibliyi edəcək 

14:30
11 Avqust

Azərbaycan Prezidentinin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü geosiyasi baxımdan olduqca səmərəlidir

14:28
11 Avqust

Konqoda Ebola qızdırmasından ölənlərin sayı iki min nəfəri keçib

14:25
11 Avqust

Çempionlar Liqası: “Sabah” – “Orxus” oyununa bütün biletlər satılıb

14:23
11 Avqust

Kürdəmirdə sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət ediliblər

14:20
11 Avqust

Ekspert: Təhsilhaqqının azaldılması həkim çatışmazlığını aradan qaldıra bilər 

14:17
11 Avqust

Britaniya son onilliklərin ən ciddi ərzaq təhlükəsizliyi böhranı ilə qarşı-qarşıyadır  

14:15
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!