04 Avqust 2026 16:30
333
SİYASƏT
A- A+
Parlamentlərarası işçi qrupunun rəhbəri: Azərbaycan-İsveçrə iqtisadi tərəfdaşlığı yeni istiqamətlər üzrə genişlənə bilər

Parlamentlərarası işçi qrupunun rəhbəri: Azərbaycan-İsveçrə iqtisadi tərəfdaşlığı yeni istiqamətlər üzrə genişlənə bilər


İsveçrə Azərbaycanın beşinci ən mühüm ticarət tərəfdaşıdır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə İsveçrə ilə ticarət dövriyyəmiz 1 milyard 773 milyon ABŞ dolları təşkil edib. Bu isə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 3,6 faizlik pay deməkdir. Bu rəqəmdə 2024-cü illə müqayisədə ciddi artım qeydə alınsa da, iqtisadi münasibətlərin potensialı mövcud göstəricilərdən daha böyükdür. Hazırkı iqtisadi əlaqələr əsasən enerji sektoruna yönəlib və gələcək mərhələdə əməkdaşlığın daha da şaxələndirilməsi gözlənilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan–İsveçrə parlamentlərarası işçi qrupunun rəhbəri Rizvan Nəbiyev səsləndirib.

Onun sözlərinə görə, hər iki ölkənin rəsmi qurumlarının müəyyən etdiyi prioritetlər bir-birini tamamlayır. Azərbaycanın həyata keçirdiyi iqtisadi şaxələndirmə siyasəti, bu çərçivədə sənaye parkları, Ələt Azad İqtisadi Zonası, Qarabağ və Şərqi Zəngəzurda icra olunan bərpa-quruculuq layihələri, həmçinin Orta Dəhliz üzrə artan tranzit imkanları İsveçrə şirkətləri üçün yeni investisiya imkanları yaradır. İsveçrənin isə innovasiya, yüksək texnologiyalar, maliyyə xidmətləri və sənaye sahələrində malik olduğu qabaqcıl təcrübə bu istiqamətlərdə əməkdaşlığı genişləndirmək üçün əlverişli zəmin formalaşdırır.

“Uzun illərdir “Bretton Vuds” institutları çərçivəsindəki əməkdaşlığımız münasibətlərimizin xüsusi istiqamətidir. Azərbaycanın İsveçrənin rəhbərlik etdiyi qrupda üzvlüyü etimadın göstəricisidir. Bu etibarlı və uzunmüddətli tərəfdaşlıq həm də müntəzəm siyasi dialoqa, koordinasiyalı fəaliyyətə və texniki əməkdaşlığa şərait yaradır.

Bundan başqa, perspektivli istiqamətlər sırasında yüksək texnologiyalar, süni intellekt, rəqəmsal iqtisadiyyat, "fintech" (maliyyə xidmətlərinin texnologiya vasitəsi ilə həyata keçirilməsi), biotexnologiyalar, əczaçılıq, tibb texnologiyaları, “ağıllı kənd təsərrüfatı”, qida emalı və startap ekosistemi də xüsusi yer tutur. Məsələn, İsveçrənin innovasiya mərkəzləri və texnologiya şirkətləri ilə Azərbaycanın sənaye parkları və innovasiya infrastrukturu arasında birgə R&D (tədqiqat və inkişaf) mərkəzlərinin yaradılması, texnologiya transferi proqramlarının həyata keçirilməsi və vençur kapitalı fondlarının birgə maliyyələşdirilməsi real əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilə bilər”, - deyə deputat əlavə edib.

Bu kontekstdə maliyyə sektorunda da mühüm imkanların mövcud olduğunu deyən R.Nəbiyev xatırladıb ki, İsveçrə bankçılıq, aktivlərin idarə edilməsi və yaşıl maliyyələşdirmə sahələrində dünyanın aparıcı maliyyə mərkəzlərindən biridir. Bu baxımdan yaşıl istiqrazların emissiyası, dayanıqlı investisiya fondlarının yaradılması, müasir rəqəmsal maliyyə xidmətlərinin inkişafı sahələrində birgə layihələr Azərbaycanın maliyyə bazarının inkişafına mühüm töhfə verə bilər. Eyni zamanda, peşə təhsili və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanları da mövcuddur. Belə ki, İsveçrənin dual peşə təhsili modeli, universitet-sənaye əməkdaşlığı və tətbiqi elmi-tədqiqat institutlarının təcrübəsi Azərbaycanda yüksəkixtisaslı mühəndislərin, IT mütəxəssislərinin və texniki kadrların hazırlanmasına dəstək verə bilər. Bu istiqamətdə birgə təhsil proqramlarının, innovasiya laboratoriyalarının və texnologiya inkubatorlarının yaradılması əməkdaşlığın praktiki nəticələrini gücləndirə bilər.

“Hesab edirəm ki, gələcək mərhələdə Azərbaycan–İsveçrə iqtisadi münasibətlərinin əsas inkişaf istiqaməti ənənəvi enerji əməkdaşlığından kənara çıxaraq, innovasiya, rəqəmsal transformasiya, yaşıl texnologiyalar, logistika, maliyyə xidmətləri və insan kapitalının inkişafı sahələrinə doğru genişlənəcək. Bu yanaşma yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də yüksək əlavə dəyər yaradan və uzunmüddətli xarakter daşıyan strateji iqtisadi tərəfdaşlığın formalaşmasına xidmət edəcək”, - deyə parlamentari vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–İsveçrə münasibətləri: Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi 

17:00
04 Avqust

2027-ci ildə Azərbaycan–Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır 

16:55
04 Avqust

Ekspert: Azərbaycan–Mərkəzi Asiya strateji tərəfdaşlığı regionda yeni əməkdaşlıq modeli formalaşdırır

16:50
04 Avqust

Professor: Manata etimadın artması makroiqtisadi sabitliyin mühüm göstəricisidir

16:45
04 Avqust

Futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb

16:40
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:37
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:36
04 Avqust

N.R.Hacıyevin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:35
04 Avqust

R.Z.Rəhimlinin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:35
04 Avqust

Azərbaycan Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən etibarlı nəqliyyat-logistika körpüsüdür 

16:35
04 Avqust

A.M.Babayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:34
04 Avqust

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

16:33
04 Avqust

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

16:32
04 Avqust

Parlamentlərarası işçi qrupunun rəhbəri: Azərbaycan-İsveçrə iqtisadi tərəfdaşlığı yeni istiqamətlər üzrə genişlənə bilər

16:30
04 Avqust

Gömrük Komitəsinin sədri Qusarda vətəndaşların müraciətlərini dinləyib

16:25
04 Avqust

Metroda xətlərin ayrılması ilə əlaqədar işə düşəcək ekspres marşrutların hərəkət istiqaməti açıqlanıb 

16:23
04 Avqust

Baş prokuror paytaxtın Nəsimi rayonunda vətəndaşlarla görüşüb

16:05
04 Avqust

“AzerGold” QSC-dən jurnalistlər üçün növbəti təlim və mediatur

16:00
04 Avqust

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişlənməsi TDT-nin möhkəmlənməsinə xidmət edir

15:55
04 Avqust

Media: İran Hörmüz boğazının açılmasına dair Omanla razılaşma əldə etməyə yaxındır

15:50
04 Avqust

Ceyhun Bayramov: ATƏT-dən minatəmizləmə sahəsində daha fəal rol oynamasını gözləyirik 

15:45
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!