04 Avqust 2026 16:50
365
SİYASƏT
A- A+
Ekspert: Azərbaycan–Mərkəzi Asiya strateji tərəfdaşlığı regionda yeni əməkdaşlıq modeli formalaşdırır

Ekspert: Azərbaycan–Mərkəzi Asiya strateji tərəfdaşlığı regionda yeni əməkdaşlıq modeli formalaşdırır


Azərbaycan artıq region dövlətləri ilə münasibətlərini ikitərəfli əlaqələr əsasında olmaqla yanaşı, ümumi siyasi, iqtisadi və nəqliyyat prioritetləri ətrafında inkişaf etdirir. Bu mərhələnin əsas xüsusiyyəti siyasi etimadın konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Roza Bayramova bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı, liman və dəmir yolu infrastrukturunun əlaqələndirilməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması, enerji və investisiya layihələrinin genişləndirilməsi altı dövlət arasında daha sıx koordinasiya tələb edir. Son illərdə formalaşan üçtərəfli əməkdaşlıq mexanizmləri bu prosesin mühüm elementidir. Azərbaycan–Qazaxıstan–Özbəkistan, eləcə də Azərbaycan–Türkmənistan–Özbəkistan formatları konkret sahələr üzrə daha çevik koordinasiyaya imkan verir. Bu platformalar nəqliyyat, energetika, ticarət və investisiya sahələrində ortaq layihələrin irəli aparılmasına, daha geniş regional əməkdaşlıq modelinin isə praktik məzmunla zənginləşdirilməsinə xidmət edir.

Ekspert qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması bu prosesin mühüm göstəricisidir.

“Azərbaycan artıq Mərkəzi Asiyanın beş dövlətindən üçü - Qazaxıstan, Özbəkistan və Qırğızıstanla hüquqi baxımdan rəsmiləşdirilmiş müttəfiqlik münasibətlərinə malikdir. Bu, Azərbaycanın region ölkələri ilə münasibətlərində formalaşmış yüksək siyasi etimadı təsdiqləməklə yanaşı, əməkdaşlığın uzunmüddətli və strateji xarakterini daha da gücləndirir. Beləliklə, Çolpon-Ata görüşü Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin ikitərəfli tərəfdaşlıqlar məcmusundan daha əlaqələndirilmiş regional əməkdaşlıq modelinə keçidini göstərir. Bu proses Azərbaycanla Mərkəzi Asiya arasında vahid geoiqtisadi və strateji məkanın formalaşmasını sürətləndirir. Belə bir model ilk növbədə Azərbaycanın regional geosiyasi mövqeyini daha da gücləndirir. Azərbaycan artıq yalnız Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında tranzit körpüsü deyil, həm də iki region arasında siyasi, iqtisadi və institusional əlaqələrin formalaşmasında fəal iştirak edən əsas dövlətlərdən biri kimi çıxış edir. Bu isə Azərbaycanın həm regiondaxili proseslərdə, həm də Çin, Avropa İttifaqı, Türkiyə və digər xarici tərəfdaşlarla dialoqda strateji çəkisini artırır”, - deyə o diqqətə çatdırıb.

R.Bayramova hesab edir ki, Orta Dəhliz baxımından bu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Dəhlizin səmərəli fəaliyyəti tək infrastruktur baxımından deyil, bütün marşrut boyunca vahid yanaşmanın formalaşdırılmasından asılıdır. Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında daha sıx koordinasiya tariflərin uyğunlaşdırılmasına, gömrük prosedurlarının rəqəmsallaşdırılmasına, liman və dəmir yolu imkanlarının əlaqələndirilməsinə, yükdaşımaların sürət və həcminin artırılmasına şərait yarada bilər. Bu mənada Azərbaycan Orta Dəhlizin sadəcə coğrafi deyil, həm də təşkilati və logistika mərkəzlərindən birinə çevrilir.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində də inteqrasiyanın daha praktik məzmun qazanması mümkündür. TDT nəqliyyat, enerji, rəqəmsal ticarət, gömrük, investisiya və yaşıl iqtisadiyyat sahələrində ortaq təşəbbüslərin əlaqələndirilməsi üçün mühüm institusional platformadır. Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının dərinləşməsi TDT daxilində qəbul edilən qərarların konkret layihələrə çevrilməsini sürətləndirə və təşkilatın iqtisadi və geosiyasi rolunu artıra bilər. Yeni əməkdaşlıq modeli Azərbaycanın regional mövqeyini möhkəmləndirir, Orta Dəhlizin vahid nəqliyyat sistemi kimi inkişafına təkan verir və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanı praktiki əməkdaşlıq mərhələsinə keçirir”,- deyə R.Bayramova əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Voleybol üzrə Azərbaycan və Latviya yığmalarının oyunlarının vaxtı açıqlanıb 

18:10
04 Avqust

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər uzunmüddətli inkişaf strategiyasına əsaslanır 

18:04
04 Avqust

Hörmüzün aqibəti necə olacaq?

18:00
04 Avqust

Dünya Bankı: İnkişaf etməkdə olan ölkələr AI ilə bağlı nikbin olmalıdır

17:55
04 Avqust

Sadə qida əlavəsi xərçəng və viruslara qarşı immuniteti gücləndirib

17:50
04 Avqust

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:45
04 Avqust

Oreksin neyronları motivasiyanın əsas açarıdır 

17:40
04 Avqust

Bakı-Bişkek münasibətləri məzmun və miqyas baxımından əhəmiyyətli dərəcədə inkişaf edib

17:38
04 Avqust

Rizvan Nəbiyev: Azərbaycan–İsveçrə parlamentlərarası əlaqələrinin inkişafı üçün böyük potensial var

17:36
04 Avqust

Azərbaycan Mərkəzi Asiya siyasətini ardıcıl şəkildə genişləndirir

17:35
04 Avqust

Türkiyə HHQ-nin yeni komandanı təyin edilib

17:34
04 Avqust

Azərbaycan–İsveçrə münasibətləri: Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi 

17:00
04 Avqust

2027-ci ildə Azərbaycan–Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır 

16:55
04 Avqust

Ekspert: Azərbaycan–Mərkəzi Asiya strateji tərəfdaşlığı regionda yeni əməkdaşlıq modeli formalaşdırır

16:50
04 Avqust

Professor: Manata etimadın artması makroiqtisadi sabitliyin mühüm göstəricisidir

16:45
04 Avqust

Futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb

16:40
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:37
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:36
04 Avqust

N.R.Hacıyevin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:35
04 Avqust

R.Z.Rəhimlinin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:35
04 Avqust

Azərbaycan Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən etibarlı nəqliyyat-logistika körpüsüdür 

16:35
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!