02 Fevral 2021 00:39
2600
ELANLAR
A- A+
“Azercell Biznes” korporativ müştəriləri üçün yeni limitsiz internet təqdim edir

“Azercell Biznes” korporativ müştəriləri üçün yeni limitsiz internet təqdim edir

 

Biznesinizi 9.90 AZN-dən başlayan qiymətlərlə limitsiz internet paketləri ilə genişləndirin

 

Mobil internetə günbəgün artan tələbatı nəzərə alan “Azercell Biznes” korporativ abunəçiləri üçün ölkədə ilk dəfə tamamilə limitsiz internet trafikinə malik unikal təklifi təqdim edir. Korporativ abunəçilərin biznes ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan yeni GigaMax limitsiz internet paketləri sizə yüksək sürətlə və minimal gecikmə təminatı ilə internetdən istifadə etməyə, iri həcmli faylları yükləməyə və endirməyə, eləcə də videokonfranslar keçirməyə imkan verir. Limitsiz internet paketləri trafikin həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən əlavə xərcsiz sadə və bəlli ödənişlə internetdən faydalanmaq deməkdir.

Ölkədə ilk dəfə “Azercell Biznes” tərəfindən təqdim olunan bu yeni məhsul mobil internetə olan fərqli tələblərin təminatı məqsədilə abunəçilərə 3 növ internet paketində təklif olunur:

GigaMax-sürəti 1Mbps gədər olan sərfəli və limitsiz internet paketi abunəçilərə aylıq cəmi 9.90 AZN-ə təklif olunur. Bu paket rahat şəkildə internetdə müxtəlif axtarışlar, onlayn yazışma proqramları, elektron poçtun idarə olunması və internetlə bağlı digər əsas biznes ehtiyaclarının qarşılanması üçün ideal seçimdir.

GigaMax+ istənilən yerdə daim ünsiyyətdə olmaq və işinizə nəzarət etmək üçün güvənə biləcəyiniz limitsiz internet paketidir. Bu paket aylıq cəmi 19.90 AZN ödəməklə sizə 5Mbps sürətə gədər internetdən faydalanmaq imkanı verir. GigaMax+ müxtəlif irihəcmli faylların paylaşılması və yüklənməsi, eləcə də biznes səhifənizin sosial şəbəkələrdə idarə olunması üçün çox əlverişlidir.

GigaMax Pro- işinizin bütün tələblərini tam qarşılayan maksimal sürətli limitsiz internet paketi ayda cəmi 49.90 AZN müqabilində sizi ən yüksək sürətli və limitsiz internetlə təmin edir. Bu paket daxilində korporativ abunəçilər işlərinin uğuru üçün mobil internetin verdiyi bütün imkanlardan istənilən qədər yararlana bilər.

İndi “Azercell Biznes”in korporativ abunəçiləri özünə uyğun limitsiz internet paketini seçərək yüklənən data həcmini düşünmədən sərhədsiz internet imkanlarından maksimum yararlanacaq. Belə ki, internetlə bağlı məhdudiyyətlərin olmaması sizə trafikin həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən mobil internet xərclərinə nəzarət etməklə işinizi rahat şəkildə idarə etmək imkanı verəcək.

GigaMax limitsiz internet paketlərini seçməklə “Azercell Biznes” abunəçiləri öz bizneslərinin daha da rəqəmsallaşmasına səmərəli və effektiv şəkildə dəstək verə biləcəklər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!