09 Fevral 2019 01:24
902
Mədəniyyət
A- A+
Azərbaycanlı deputatların Rusiya Dövlət Dumasındakı çıxışları miniatür kitablarda

Azərbaycanlı deputatların Rusiya Dövlət Dumasındakı çıxışları miniatür kitablarda


"Azerbaydjanskie deputatı v Qosudarstvennoy Dume Rossii. 1906-1917” ikicildlik miniatür kitabının təqdimatı olub


Fevralın 8-də Miniatür Kitab Muzeyində Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin tədqiqatları əsasında ərsəyə gələn "Azerbaydjanskie deputatı v Qosudarstvennoy Dume Rossii. 1906-1917” ikicildlik miniatür kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahova tədbiri açaraq bu təqdimatı muzey üçün əlamətdar hadisə kimi dəyərləndirib. Qeyd edib ki, kitabda dörd çağırış Rusiya Dövlət Dumasında azərbaycanlı deputatların çıxışlarının mətnləri yer alıb. Birinci cilddə 1906-1907-ci illər I və II çağırış, ikinci cilddə 1907-1917-ci illər III və IV çağırış Dövlət Dumasında azərbaycanlı deputatların çıxışları verilib. Birinci cilddə, həmçinin professor Dilarə Seyidzadənin müvafiq dövrdə azərbaycanlı deputatların Rusiya Dövlət Dumasında fəaliyyətinə dair analitik məqaləsi verilib.


Müəllifinə qürur hissi yaşadan mövzu


Təqdimat mərasimində çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi nəticəsində dünya birliyi il ərzində XX əsrin əvvəllərində Azərbaycanda baş vermiş bütün hadisələrlə tanış olmaq imkanı qazanıb. Bu kitabın nəşri də ona dərin minnətdarlıq əlamətidir.

Nəşr haqqında ətraflı məlumat verən tarixçi-alim qeyd edib ki, 1905-ci ilin dekabr ayında Rusiya çarı Dövlət Dumasına seçkilər haqqında fərman imzalayıb. Fərmana əsasən imperiya ərazisində yaşayan əhaliyə, o cümlədən Azərbaycana da Dövlət Dumasına nümayəndə seçmək hüququ verilib. Seçkilər 1905-ci il 17 oktyabr Manifestindən sonra keçirilib. O zaman Azərbaycan Bakı və Yelizavetpol (indiki Gəncə) quberniyalarından ibarət idi, eyni zamanda, Qafqazdakı bütün quberniyalar Rusiya canişinliyinin tərkibində idi. Rus çarının nümayəndəsi - canişinin bütün seçkilərə qarışmaq, seçkilərin gedişində öz düzəlişlərini etmək hüququna malik idi. O zaman ümumi razılığa əsasən Rusiya Dövlət Dumasına Azərbaycandan rus dilini mükəmməl bilən şəxsləri göndərmək qərara alınmışdı. Bu da təbii idi, çünki Dumada bütün danışıqlar rus dilində aparılırdı. 1906-cı ildə Bakı və Yelizavetpol quberniyalarında seçkilər keçirildi. Quberniyalardan Dumaya Moskva və Sankt-Peterburqun ali məktəblərində hüquq təhsili almış şəxslər seçildilər. Deputatların hüquq təhsilli olması xalqın mənafeyini müdafiə etmək baxımından çox gözəl seçim idi. Birinci çağırışda Azərbaycanı Məmmədtağı Əliyev, Əsədullabəy Muradxanov, Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhimbəy Haqverdiyev təmsil edib.

Azərbaycanlı deputatların daxil olduğu 36 nəfərdən ibarət müsəlman fraksiyasına Əlimərdan bəy Topçubaşov sədrlik edib. Azərbaycanı II Dumada Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmmədağa Şahtaxtinski, İsmayıl Tağıyev, Mustafa Mahmudov və Zeynal Zeynalov, III Dövlət Dumasında Xəlil bəy Xasməmmədov, IV Dumada Məmmədyusif Cəfərov təmsil edib.

Professor Dilarə Seyidzadə ötən əsrin 60-cı illərində Moskvada aspiranturada oxuyarkən apardığı tədqiqatlardan da söz açıb.

Qeyd edək ki, XX əsrin 60-cı illərində tarix elmi ilə məşğul olanlar daha çox beşilliklərdən, tətillərdən, üsyanlardan yazırdılar. Dilarə Seyidzadə isə 1963-cü ildə Moskvaya aspiranturaya oxumağa gedəndə vətəndaş mövqeyi nümayiş etdirərək məhz azərbaycanlı deputatların Dumada fəaliyyəti ilə bağlı dərin tədqiqat aparmağı qarşısına məqsəd qoymuşdu. Hətta o zaman Lenin kitabxanasında stenoqrafik hesabata dair bir şagird dəftəri həcmində məlumat toplaya bilməsi, kadetlərdən, oktyabristlərdən yazmaq barədə ona edilən təklif Dilarə xanımı yolundan çəkindirməyib. Onun namizədlik dissertasiyası ilə yanaşı, gərgin axtarışları sayəsində "Azərbaycan deputatları Rusiya Dövlət Dumasında” monoqrafiyası üçün material toplanıb.

"Tədqiqatımın ən yaxşı hissəsi məhz azərbaycanlı deputatlarla bağlı olan hissədir. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda yaranıb. Bu, həmin böyük insanların dərin zəkası sayəsində baş tutub”, - deyə tarixçi-alim bildirib.


Azərbaycanın səsini dünyaya çatdıran kitab


Təqdimat mərasimində "Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundova, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, yazıçı Natiq Rəsulzadə, Milli Məclisin deputatları Jalə Əliyeva, İlham Məmmədov, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Milli Məclisin şöbə müdiri Adilə Abbasova, Bakı Dövlət Universitetinin Gender və psixologiya kafedrasının rəhbəri Rəna İbrahimbəyova çıxış ediblər.

Çıxışlarda Dilarə Seyidzadənin sovet dövründə apardığı tədqiqatlar cəsarətli addım kimi dəyərləndirilib. Qeyd edilib ki, təqdimatı keçirilən nəşr Azərbaycanın səsini dünyaya çatdıran kitabdır. Təsadüfi deyil ki, kitabın elektron variantını indiyə qədər 9 minədək insan oxuyub.

Vurğulanıb ki, dəyərli tarixi mənbə olan bu kitabları rus dilinin işlək olduğu ölkələrə göndərmək lazımdır.

Qeyd edək ki, "Azerbaydjanskie deputatı v Qosudarstvennoy Dume Rossii. 1906-1917” ikicildliyi "İndiqo” mətbəəsində Miniatür Kitab Muzeyi tərəfindən hər cildi 100 nüsxə olmaqla rus dilində nəşr edilib. Ölçüsü 60x70 millimetr olan kitabın I cildi 288, II cildi 340 səhifədən ibarətdir. Nəşrdə çoxlu sayda ağ-qara fotoşəkillər yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!