22 Yanvar 2022 00:33
860
SİYASƏT
A- A+
Azərbaycanın xarici işlər naziri Vyanada 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Vyanada 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak edib

 

Yanvarın 20-də Avstriyanın paytaxtı Vyana şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qatıldığı tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriyanın işgüzar dairələrinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli açaraq, 32 il öncə Sovet ordusunun Bakı, Sumqayıt və ölkəmizin digər şəhərlərində törətdiyi qırğınlar barədə tədbir iştirakçılarına məlumat verib və qeyd olunan hadisələrin tarixə “Qara Yanvar” kimi daxil olduğunu bildirib.

Çıxış edən xarici işlər naziri Ceyhun Bayramov 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı tədbir iştirakçılarına məlumat verərək, baş verən faciənin xalqımızın iradəsini qıra bilmədiyini, onun müstəqillik arzusunu daha da alovlandırdığını və 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməyə nail olduğunu bildirib.

Nazir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 20 Yanvar faciəsindən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gedərək xalqımızla həmrəylini nümayiş etdirdiyini və baş verən hadisələri kəskin şəkildə qınadığını diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın ayrı bir şəraitdə, öz ərazi bütövlüyünü təmin edərək 20 Yanvar faciəsində həyatını qurban vermiş şəhidlərimizin xatirəsini andığını vurğulayıb. O, 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərin 2020-ci ilin noyabrında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Nazir xalqımızın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərimizi heç vaxt unutmayacağını qeyd edib, onların əziz xatirəsinin dərin hörmət və ehtiramla anıldığını vurğulayıb.

Daha sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmi izləyiblər. Tədbirin keçirildiyi “Urania” kino salonunun foyesində 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!