08 Avqust 2026 15:34
349
SİYASƏT
A- A+
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır


Bir il əvvəl - avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-yə səfəri və Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin paraflanması regionda uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində yeni mərhələnin əsasını qoydu. İki ölkə arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan bu sənəd həm də Cənubi Qafqazda təhlükəsizlik, əməkdaşlıq və iqtisadi inteqrasiyanın perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, 30 ilə yaxın işğaldan əziyyət çəkən Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri regionda davamlı sülhün təmin edilməsi olub. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dayanıqlı sülh yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında mümkündür. Məhz bu yanaşmanın nəticəsi olaraq Azərbaycan sülh gündəmini formalaşdıran və danışıqlar prosesinin əsas istiqamətlərini müəyyənləşdirən təşəbbüslərlə çıxış edib. Sülh prosesinin təməlini təşkil edən beş əsas prinsip məhz Azərbaycan tərəfindən irəli sürülüb və bunlar danışıqların hüquqi və siyasi bazasını formalaşdırıb.


Vaşinqton razılaşmaları: Cənubi Qafqazda sülh və regional əməkdaşlıq üçün yeni imkanlar


Deputat qeyd edib ki, bir il əvvəl Vaşinqtonda aparılan danışıqlarda ABŞ Prezidenti Donald Trampın vasitəçilik səyləri də prosesin mühüm elementlərindən biri oldu. Prezident İlham Əliyevlə Donald Tramp arasında müxtəlif dövrlərdə aparılmış məktublaşmalarda da strateji tərəfdaşlıq, regional sabitlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tuturdu. ABŞ Prezidenti də öz növbəsində Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı çıxışlarında da bu razılaşmanı öz administrasiyasının mühüm diplomatik nailiyyətlərindən biri kimi təqdim edib və regionda sülhün əldə olunmasını yüksək qiymətləndirib. Vaşinqtonda imzalanmış sənədlər regionda etimadın möhkəmləndirilməsi, kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və uzunmüddətli sabitliyin təmin olunması baxımından yeni imkanlar yaratdı. Bu sənədlər iki ölkə arasındakı münasibətləri normallaşdırmaqla yanaşı, həm də Cənubi Qafqazın beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi perspektivlərinə xidmət edir. Sənədin ən mühüm müddəalarından biri tərəflərin keçmiş düşmənçilik səhifəsini bağlamaq, indi və gələcəkdə hər hansı revanşizm və ya qisas cəhdlərini qəti şəkildə rədd etmək barədə öhdəlik götürməsidir. Bu yanaşma Cənubi Qafqazda etimadın formalaşmasına və uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir. Sənəddə regional nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası da xüsusi yer tutur. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru əlaqəsinin təmin olunması barədə razılıq ölkəmizin uzun illər irəli sürdüyü əsas prioritetlərdən birinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması həm dövlətlər arasında inteqrasiyanı gücləndirəcək, həm də iqtisadi əməkdaşlığa yeni imkanlar yaradacaq.


TRIPP təşəbbüsü və Azərbaycanın sülh siyasəti regionun gələcək inkişafını müəyyən edir


Nigar Məmmədova diqqətə çatdırıb ki, Vaşinqton görüşündə təqdim edilən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü də məhz bu məqsədə xidmət edir. Layihə çərçivəsində Ermənistan, ABŞ və qarşılıqlı razılaşdırılmış tərəflərin əməkdaşlığı nəzərdə tutulur. Son illərdə baş verən proseslər göstərir ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb. Münaqişənin başa çatmasından sonra yaranmış vəziyyət beynəlxalq münasibətlər sistemində regionun əhəmiyyətini artırıb, əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasət regionda hüquqi və siyasi reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinə mühüm təsir göstərib. Hazırda sülh prosesinin növbəti mərhələsi yekun sülh müqaviləsinin imzalanmasıdır. Bunun üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməli, xüsusilə də Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Bugünkü mərhələdə əsas vəzifə əldə olunmuş nəticələrin davamlı sülhə çevrilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsidir. Azərbaycanın təşəbbüsləri göstərir ki, regionun gələcəyi əməkdaşlıqdan keçir. Bu baxımdan Vaşinqtonda əldə olunan razılaşmalar və Prezident İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti Cənubi Qafqazın gələcək inkişafını müəyyən edən mühüm faktorlardan biridir. Azərbaycan Prezidentinin qətiyyəti və iradəsi sayəsində uzun illər münaqişə məkanı olan Cənubi Qafqazda dönüş başlayıb. Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, Prezidentin də söylədiyi kimi, bu gün Azərbaycanla Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH  

17:30
08 Avqust

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb  

17:25
08 Avqust

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb  

17:20
08 Avqust

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası  

17:15
08 Avqust

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır  

17:10
08 Avqust

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır  

17:05
08 Avqust

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ  

16:59
08 Avqust

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla  

16:37
08 Avqust

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH  

16:34
08 Avqust

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək  

16:00
08 Avqust

Azərbaycan Respublikasının xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib  

15:37
08 Avqust

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır

15:34
08 Avqust

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir  

14:59
08 Avqust

Tarixi Vaşinqton görüşü nələri dəyişdi?  

14:09
08 Avqust

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

13:42
08 Avqust

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir

13:37
08 Avqust

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

13:32
08 Avqust

Vaşinqton görüşləri Azərbaycanın zəfər diplomatiyasında yeni mərhələ oldu

13:19
08 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

13:03
08 Avqust

Vaşinqton görüşü sülh prosesinin və ABŞ ilə münasibətlərin tarixi dönüş nöqtəsidir

12:47
08 Avqust

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır  

12:02
08 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!