27 May 2023 10:10
593
İQTİSADİYYAT
A- A+
Azərbaycanın meqalayihəsi

Azərbaycanın meqalayihəsi

 

"Cənub qaz dəhlizi"nin açılışından 5 il keçir

 

2018-ci il mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin açılış mərasimi keçirilmişdir. 
"Cənub qaz dəhlizi" Azərbaycan qazının Avropa qitəsinə nəqlini həyata keçirən nəhəng bir layihədir. Bu dəhliz dörd mühüm seqmentdən ibarətdir. Bunlar "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi, CQBK-nin (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişidir. İki ilk seqmentin - "Şahdəniz-2"dən qazın əldə olunması və CQBK-nin genişləndirilməsinin başa çatdırılması layihənin rəsmi açılışını etməyə imkan vermişdir.  
Layihənin nəhəngliyini nəzərə alsaq, onun təməlqoyma və açılış mərasimləri arasındakı vaxt çox qısa olmuşdur. Cəmi 4 ilə yaxın bir vaxt ərzində qazanılan böyük uğur - "Cənub qaz dəhlizi"nin tikilib işə düşməsi Azərbaycanın bundan əvvəl həyata keçirdiyi qlobal neft-qaz və ixrac layihələrinin təcrübəsinə əsaslanmışdır.
Azərbaycan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini də təxminən 4 ilə çəkmişdir. Sonra bu kəmərlə yanaşı "Şahdəniz-1" qazını Azərbaycanın 13 rayonundan keçməklə Gürcüstana və Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum boru xəttini inşa etmişdir. Əslində, Bakı-Tbilisi-Ərzurum kəməri "Cənub qaz dəhlizi"nin bünövrəsi, başlanğıcı rolunu oynamışdır.
"Cənub qaz dəhlizi"nin uzunluğu 3500 kilometrdir. Dəhliz boyu bir-birinə möhkəm "halqa" ilə bağlanan üç kəmər böyük ehtiyatlara malik "Şahdəniz" yatağından hasil olunan qazın Avropa bazarına ötürülməsini təmin edir. Avropanın enerji xəritəsini dəyişdirən nəhəng layihə 2020-ci ilin son günündə TAP-ın istismara daxil olması ilə tam sona çatmışdır. "Cənub qaz dəhlizi"nin "onurğa sütunu" adlandırılan TANAP-ın açılışı isə 2018-ci il iyunun 12-də olmuşdur. 
İndi zaman bu kəmərlərin genişləndirilməsi məsələsini də gündəmə gətirmişdir. Məlumdur ki, Azərbaycan qazına tələbat getdikcə artır. Bu gün Azərbaycan 6 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya və Rumıniyaya qaz ixrac edir. Ölkəmizdən qaz idxal etmək istəyən daha neçə-neçə ölkədən müraciətlər alınır.
Yeni çağırışlar qarşısında qaza tələbatın artması və bu ehtiyacın ödənilməsi isə kompleks tədbirlərin görülməsini, o cümlədən ixrac infrastrukturunun şaxələndirilməsini zərurətə çevirir. Keçən il istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) da məhz bu məqsədə xidmət edir.
Azərbaycan qazının Balkan ölkələrinə nəql olunması üçün İon-Adriatik qaz kəmərinin də tikintisi nəzərdə tutulub. Bu, TAP-ın davamı olacaq, Albaniyadan keçərək Azərbaycan qazını Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinaya çatdıracaq. Kəmərin tikintisinin 2025-ci ildə başa çatacağı gözlənilir.
Bu il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib. Anlaşma memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün bu 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Bütün bunlar və qaz ixracı ilə bağlı digər çoxsaylı məsələlər barədə cari il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda geniş söhbət getdi. Avropa İttifaqı ilə Azərbaycan arasında keçən il imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn vəzifələrə toxunuldu.
 Prezident İlham Əliyev bu barədə sualı cavablandırarkən bildirdi ki, biz yardım etməyə hazırıq: "Artıq bunu edirik və əlavə sərmayə yatırırıq. Biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq. Əlbəttə, biz istəyirik Avropa Komissiyası bizim mövqeyimizi anlasın ki, gələcək fəaliyyətimizi planlaşdıra bilək. Ümumilikdə, bizim Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var - təkcə qaz deyil, buraya bərpaolunan enerji və "yaşıl hidrogen" daxildir. Yəni portfel olduqca genişdir. Konkret rəqəmlərə gəldikdə, anlaşma memorandumuna əsasən, biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. Hesab edirəm ki, bu, tamamilə realdır. Bu, real olmasa idi, biz onu imzalamazdıq. Hər hansı bir forsmajor baş verməsə, bu, tamamilə realdır. 2021-ci ildə bizim Avropa bazarına təchizatımız təqribən 8 milyard kubmetr idi. Bu il isə bu rəqəm 12 milyard kubmetr olacaq. Yəni iki ildə 8-dən 12-yə qalxıb və belə iri addımlarla irəliləsək, 2027-ci ildə 20 milyarda çata bilərik".
Əlbəttə, bunun üçün ilk növbədə mənbə olmalıdır və o da var. "Birincisi, biz "Şahdəniz" yatağından əlavə qaz gözləyirik. Təqribən dörd ildən sonra, bəlkə də daha tez, biz "Şahdəniz" yatağının yeni fazasından əlavə qaz hasil edəcəyik. "Abşeron" yatağından bir neçə ildir ki, qaz gözləyirik və ümid edirəm ki, bu il buna nail olacağıq. İlk mərhələdə "Abşeron"dan 1,5 milyard kubmetr əldə edəcəyik, daha sonra isə ikinci mərhələnin nədən ibarət olacağına qərar verəcəyik - hansı bazara nəql edəcəyik, yerli, yoxsa xarici? Sizi çox detallarla yormaq istəmirəm. Əlbəttə, "Azəri-Çıraq-Günəşli" yatağının böyük potensialı var və bp və SOCAR artıq o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, "Ümid" və" Babək" yataqlarının böyük potensialı var. Orada SOCAR özü fəaliyyət göstərir, ancaq biz xarici tərəfdaşlarla işləməyə hazırıq. "Qarabağ" neft yatağımız var və orada da potensial var. Beləliklə, qazın mənbəyi bunlardır. Digər tərəfdən, əlavə həcm üçün idarəçiliyin səmərəliliyi, itkilərin azaldılması və qazpaylayıcı şəbəkəmizin müasirləşdirilməsi həyata keçirilir və əlbəttə ki, bərpaolunan enerji. Bu gün biz ən azı 5 milyard kubmetri enerji istehsalında istifadə edirik. Yəni kifayət qədər bərpaolunan enerjimiz olsa, bu 5 milyard bazara çıxarıla bilər".
 Bir daha vurğulayaq ki, "Cənub qaz dəhlizi"nin qısa müddətdə - 4 ildə araya-ərsəyə gəlməsi böyük uğur idi. Açılış mərasimi cəmi 5 il əvvəl keçirilən bu dəhlizə qısa zamanda yaranan belə bir tələbatın özü də analoqu çox az olan haldır. Bunlar isə o deməkdir ki, zəmin möhkəmdir. Ona görə də "Cənub qaz dəhlizi" zamanın çağırışlarına inamla cavab verərək uğurlar salnaməsini davam etdirir. 

Flora SADIQLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!