06 Yanvar 2026 12:31
235
İQTİSADİYYAT
A- A+
Azərbaycanın iqtisadi modeli 5-10 il sonra necə dəyişə bilər?  

Azərbaycanın iqtisadi modeli 5-10 il sonra necə dəyişə bilər?  


Azərbaycanda iqtisadi inkişaf modeli ümumi iqtisadiyyatın tələbləri və regional çağırışlara uyğun olaraq formalaşır və dəyişir. Növbəti 5-10 il ərzindəki iqtisadi model daha çox diversifikasiya olunmuş iqtisadiyyata malik olan bir model olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

“Bütövlükdə müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişaf modelinə, eyni zamanda, iqtisadiyyatın keçdiyi yola diqqət yetirsək 1992-ci ildə iqtisadiyyatda ciddi tənəzzül müşahidə olunur. Daha sonra 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə gəlməsi iqtisadi tənəzzülün qarşısının alınmasına və növbəti dövrdə stabilliyin yaranmasına imkan yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə biz xüsusən də iqtisadi modeldə yeni mərhələnin başlanmasını müşahidə etdik. Nəzərə almaq lazımdır ki, infrastrukturun formalaşması həyata keçirilib, yalnız paytaxtda deyil, regionlarda da iqtisadi inkişaf üçün infrastruktur yenilənib. Eyni zamanda, ekosistemin çağırışlarına uyğun olaraq biz həmin infrastrukturun dəyərə çevrilməsi prosesini müşahidə etdik. Növbəti mərhələ artıq yeni bir mərhələdir - yeni dövrün yeni hədəflərinə uyğun olaraq müəyyənləşdirilmiş istiqamətlərdir. Burada həm iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatların daha da dərinləşməsi, eyni zamanda, iqtisadi inkişaf modelində dayanıqlığın və inklüzivliyin daha da gücləndirilməsi öz əksini tapır”, - deyə o bildirib.

V.Bayramov vurğulayıb ki, 2026-cı ildə Azərbaycanın fiskal gəlirlərində qeyri-neft sektorunun payı 57 faizə qədər yüksələcək: “Bu, praktik olaraq Azərbaycanın neft gəlirlərinin daxil olduğu dövrdə ən yüksək və ən yaxşı nəticə olaraq qiymətləndirilib. Həmçinin növbəti illərdə qeyri-neft sektorunun büdcə gəlirlərində payının artacağından xəbər verir. Bundan əlavə, ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə qədər yüksələcək. Bu isə təbii ki, iqtisadiyyatın daha çox qeyri-neft sektoru üzərində qurulacağından xəbər verir. Ona görə də, növbəti 5-10 il ərzindəki iqtisadi model daha çox diversifikasiya olunmuş iqtisadiyyata malik olan bir model olacaq. Bu, qeyri-neft sektorunun həm fiskal gəlirlərdə, həm ÜDM-də, həm də ümumi ixracatda payının daha da artması mənasına gəlir. Bu, eyni zamanda, ondan xəbər verir ki, mövcud iqtisadi siyasət növbəti illərdə iqtisadi inkişafın daha da dayanıqlığını təmin edəcək və gücləndirəcək. Həmçinin inklüziv inkişafla bağlı hədəflər qorunub, saxlanacaq. Burada xüsusilə hazırda yaranan dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanılması kimi hədəflər var. Bunlar dövlət aktivlərinin istifadəsində və digər istiqamətlərdə birbaşa tətbiq olunur.

Bu baxımdan 5-10 il sonrakı iqtisadiyyat birmənalı şəkildə dayanıqlı inklüziv və daha çox qeyri-neft sektorunun drayverə çevrildiyi bir iqtisadi model olacaq. Burada məqsəd əsasən də növbəti illərdə neftdən asılılığın minimumlaşdırılması, iqtisadiyyatın neftdən kənar sektor hesabına daha çox inkişaf etdirilməsindən ibarətdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güləş üzrə Azərbaycan çempionatına start verilib  

22:24
07 Yanvar

Ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir  

22:21
07 Yanvar

Türkiyəli politoloq: Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirəcək  

20:43
07 Yanvar

Böyük Britaniya neft tankerinin ələ keçirilməsində ABŞ-a dəstək verib  

20:14
07 Yanvar

ABŞ beynəlxalq sularda Venesuelaya bağlı olduğu deyilən 2 neft tankerini ələ keçirib  

19:39
07 Yanvar

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!