10 Oktyabr 2026 12:04
1135
CƏMİYYƏT
A- A+
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Bakıda İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi Azərbaycan Pencak Silat İcmasının (APSİ) fəaliyyətini rəsmən təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, İndoneziyanın milli döyüş sənəti olan və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Pencak Silat İndoneziya ilə Azərbaycan arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə verir.

İndoneziyanın Bakıdakı səfirliyi Azərbaycan Pencak Silat İcmasını ölkə ərazisində bu idman növü üzrə fəaliyyətlərin təşkili və inkişafının əlaqələndirilməsində əsas qurum kimi tanıyıb və dəstəkləyib. Bu addımın aidiyyəti dövlət qurumlarının və nazirliklərin diqqətini Pencak Silata yönəldəcəyi, idman növünün hüquqi və institusional əsaslarının möhkəmləndirilməsinə, eləcə də Azərbaycanda daha geniş inkişafına şərait yaradacağı gözlənilir.

Tədbirdə İndoneziya səfirliyinin diplomatik heyətinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri və yerli media təmsilçiləri iştirak ediblər. Mərasim hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Pencak Silat İcmasının prezidenti Məqami Bayramov və səfir Berlian Helmi çıxış ediblər.

Çıxışında səfir Berlian Helmi Pencak Silatın uzun illərdir beynəlxalq səviyyədə tətbiq olunan döyüş sənəti olduğunu, bir çox ölkənin idmançılarının bu növ üzrə beynəlxalq yarışlarda mübarizə apardığını vurğulayıb.

Səfir Azərbaycan Pencak Silat İcmasının qısa müddətdə güclü idmançılar hazırlayaraq dekabrın 5–12-də Özbəkistanın Daşkənd şəhərində keçirilməsi nəzərdə tutulan 21-ci Dünya Pencak Silat Çempionatında iştirak edəcəyinə və uğur qazanacağına ümidvar olduğunu bildirib.

APSİ-nin prezidenti Məqami Bayramov İndoneziya səfirliyinin göstərdiyi dəstəyə və İcmanın fəaliyyətinin rəsmən tanınmasına görə təşəkkürünü ifadə edib. O, bu addımın Azərbaycanda Pencak Silatın tanıdılması və inkişafı istiqamətində görülən işlərə əlavə stimul verəcəyini, həmçinin idmançıların dünya çempionatında iştirak üçün hazırlıqlarını gücləndirməsinə töhfə verəcəyini qeyd edib.

Rəsmi mərasim təşkilat komitəsi tərəfindən təsis sənədinin oxunması ilə davam edib. Daha sonra sənəd İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi tərəfindən imzalanıb və İcmanın idarə heyətinin üzvləri ilə xatirə fotosu çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Oman körfəzində insident baş verib

18:20
08 Noyabr

“Nəfəsim Vətən”

18:09
08 Noyabr

 Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib

18:01
08 Noyabr

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

17:54
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

17:51
08 Noyabr

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

17:41
08 Noyabr

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı  

17:33
08 Noyabr

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır  

17:20
08 Noyabr

Günəşdə XXI əsrin alışma rekordu üçüncü dəfə təkrarlanıb  

17:18
08 Noyabr

Media: Makron üçün gizli təxliyə planı hazırlanıb?

17:18
08 Noyabr

Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər

17:16
08 Noyabr

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb

17:15
08 Noyabr

Ərdoğan: Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb

17:15
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

17:14
08 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər

17:13
08 Noyabr

Zəfərin Xankəndidən ucalan səsi  

16:58
08 Noyabr

Şirvan Şəhər İcra Hakimiyyətində ağsaqqallar və ziyalılarla görüş keçirilib  

16:55
08 Noyabr

Süni intellekt insan nəzarətindən çıxır  

16:53
08 Noyabr

 “Zəfərin qəhrəmanları ilə bir gün”

16:52
08 Noyabr

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

16:50
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

16:47
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!