09 Oktyabr 2026 19:46
1103
CƏMİYYƏT
A- A+
Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib


Bəzi dərman bitkilərinin tərkibində olan təbii maddə berberin (bioloji aktiv birləşmə) qaraciyərdə yağ toplanmasını azalda və onu iltihabdan qoruya bilər. Hunan Çin Təbabəti Universitetinin alimləri belə bir qənaətə gəliblər və onların araşdırması “Frontiers in Nutrition” jurnalında dərc olunub.

Alimlər iki iri məlumat bazasındakı elmi nəşrləri təhlil edərək müvafiq olaraq 341 və 624 tədqiqat işini araşdırıblar. Əsas diqqət maddələr mübadiləsinin pozulması səbəbindən orqanın hüceyrələrində artıq yağın toplanması ilə yaranan qaraciyər piylənməsinə yönəldilib.

Təhlil göstərib ki, berberin eyni vaxtda bir neçə prosesə təsir göstərir. O, yağ və şəkər mübadiləsini tənzimləməyə kömək edir, hüceyrələrin insulinə həssaslığını artırır və iltihabı azaldır. Bundan əlavə, bu maddə qaraciyər hüceyrələrini oksidativ stresin törətdiyi zədələrdən qoruya bilər.

Daha bir mühüm effekt isə bağırsaqla bağlıdır. Berberin bağırsaq bakteriyalarının tərkibini dəyişməyə və bağırsağın müdafiə baryerini möhkəmləndirməyə qadirdir. Bu da qaraciyərin vəziyyətinə təsir edən iltihablı prosesləri azalda bilər.

Klinik tədqiqatlar da berberinin faydalı ola biləcəyinə işarə edir. Onu qəbul edən pasiyentlərdə qaraciyərdə yağ toplanmasının azaldığı və maddələr mübadiləsi göstəricilərinin yaxşılaşdığı müşahidə olunub. Lakin bu maddə daxilə qəbul edildikdə zəif mənimsənilir və onun effekti müxtəlif insanlarda əhəmiyyətli dərəcədə fərqlənir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 99 dollara satılır

10:44
13 Noyabr

Ad günün mübarək, nur şəhəri

10:10
13 Noyabr

Hörmüz boğazındakı böhranın qlobal inkişafa mənfi təsirləri dərinləşir

10:05
13 Noyabr

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb  

10:01
13 Noyabr

Bu sevginin adı nədir?

10:00
13 Noyabr

Rustov məscidi

09:55
13 Noyabr

Küçəmizi yaman günə qoyub gediblər

09:50
13 Noyabr

Samux rayon Əhmədbəyli kəndinin qazlaşdırılmasına növbəti mərhələlərdə baxılacaq 

09:45
13 Noyabr

Qonşu qonşu olsa...

09:40
13 Noyabr

Su nasosu yenisi ilə əvəz edildi 

09:35
13 Noyabr

Müraciətim həll olundu

09:30
13 Noyabr

"Şəhidlər Vətənin əbədi yaşayan qəhrəmanlarıdır!"

09:25
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib  

09:21
13 Noyabr

Övladları ataları ilə fəxr edirlər

09:20
13 Noyabr

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb  

09:16
13 Noyabr

Ömrün hər anında yaratmaq eşqi

09:15
13 Noyabr

Qədim tikililər şəhərlərimizin daş tarixi və mədəni kimliyidir

09:10
13 Noyabr

Sənaye zonaları iqtisadi inkişafın lokomotivinə çevrilir

09:05
13 Noyabr

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir  

09:01
13 Noyabr

Gələn il sosial müavinətlərdə artımlar olacaq

09:00
13 Noyabr

Orta dəhliz üzərindən avtomobillə yükdaşımaları artırmaq üçün tədbirlər görülür

08:55
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!