21 Avqust 2026 15:07
65
CƏMİYYƏT
A- A+
Azərbaycanda 21 avqust - 21 sentyabr “Sülh Aylığı” elan edilib

Azərbaycanda 21 avqust - 21 sentyabr “Sülh Aylığı” elan edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Sülh Günü münasibətilə “Sülh Aylığı”nın elan olunması ilə bağlı müraciət ünvanlayıb.

AZƏRTAC-ın xəbərinə görə, müraciətdə xatırladılıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilib, həmçinin 28 sentyabr 2001-ci il tarixli qətnaməsi ilə 21 sentyabr bu əlamətdar günün hər il qeyd olunacağı tarix kimi müəyyən edilərək qlobal atəşkəs və zorakılıqdan imtina günü elan olunub.

Qeyd edilib ki, dünyanın müxtəlif bölgələrində davam edən silahlı münaqişələr, humanitar böhranlar, məcburi yerdəyişmə, zorakılıq, ayrı-seçkilik və nifrət təzahürləri müasir dövrdə davamlı sülhün təmininin və sülh dəyərlərinin cəmiyyətdə daha geniş təşviqinin xüsusi əhəmiyyət daşıdığını bir daha göstərir.

BMT tərəfindən 2026-cı il Beynəlxalq Sülh Günü üçün müəyyən edilmiş “Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün” mövzusu sülhün yalnız müharibə və zorakılığın olmaması ilə məhdudlaşmadığını, insan hüquq və azadlıqlarına hörmətin, insan ləyaqətinin qorunmasının, ədalət və bərabərliyin, qarşılıqlı etimad, dialoq və əməkdaşlığın davamlı sülhün mühüm əsaslarını təşkil etdiyini diqqətə çatdırır. Bu mənada insan hüquqlarının müdafiəsinə, hüquqi maarifləndirməyə, ictimai həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş hər bir təşəbbüs davamlı sülhə qoyulan sərmayədir.

Müraciətdə vurğulanıb ki, Azərbaycan Respublikası regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verir. 2025-ci il 8 avqust tarixində Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in razılaşdırılmış mətninin paraflanması və görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələ olub.

“2026-cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını, qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən respublikamız Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulub, Prezident İlham Əliyev 22 yanvar 2026-cı ildə Davosda keçirilmiş mərasimdə Şuranın Nizamnaməsini imzalayıb. Bu beynəlxalq təşkilatda iştirak Azərbaycanın regional və qlobal səviyyədə sülh və sabitliyin təşviqinə verdiyi töhfənin mühüm təzahürlərindən biridir.

Davamlı sülhün bərqərar olması üçün müharibələrin doğurduğu humanitar nəticələrin, o cümlədən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, münaqişələrdən zərər çəkmiş insanların hüquqlarının müdafiəsi, mülki əhalinin təhlükəsizliyinin qorunması, bundan əlavə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, doğma yurdlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin olunması mütləq şərtlərdir.

Müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişaf etdirilməsi, habelə ayrı-seçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün bütün formalarının qarşısının alınması da xüsusi aktuallıq daşıyır. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət qarşılıqlı etimad və dinc birgəyaşayış mühitinin daha da güclənməsinə xidmət edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən əvvəlki illərdə Beynəlxalq Sülh Günü ərəfəsində 21 avqust – 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edilməsi və bu çərçivədə paytaxtda və regionlarda müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsi sülh və insan hüquqları mədəniyyətinin təşviqinə xidmət edən mühüm institusional təcrübə formalaşdırıb. Bu təcrübənin BMT-nin builki çağırışı nəzərə alınmaqla davam etdirilməsinin əhəmiyyətindən irəli gələrək, qarşıdan gələn 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə cari ilin 21 avqust – 21 sentyabr tarixlərini ölkədə “Sülh Aylığı” elan edirik”, - deyə müraciətdə bildirilib.

Qeyd edilib ki, aylığın keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.

“Bu baxımdan dövlət orqanlarını, bələdiyyələri, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatlarını (ictimai birliklər və fondlar), media subyektlərini və həmkarlar ittifaqlarını, elm, təhsil, mədəniyyət, səhiyyə, sosial xidmət müəssisələrini, beynəlxalq və yerli təşkilatları, habelə digər aidiyyəti qurumları və geniş ictimaiyyəti Aylıq çərçivəsində çağırışa uyğun olaraq insan hüquqlarına və insan ləyaqətinə hörmətin, tolerantlıq və dinc birgəyaşayış dəyərlərinin gücləndirilməsinə, ayrı-seçkiliyin, nifrət nitqinin və zorakılığın qarşısının alınmasına, uşaqların və gənclərin sülh mədəniyyəti ruhunda maarifləndirilməsinə yönəlmiş konfranslar, dəyirmi masalar, seminarlar, təlimlər, ictimai müzakirələr, müsabiqələr, sərgilər, məlumatlandırma kampaniyaları və digər maarifləndirici tədbir və təşəbbüslər həyata keçirməyə dəvət edirik.

Aylıq müddətində həyata keçirilən fəaliyyətlər barədə məlumatların media resurslarında geniş işıqlandırılması, habelə sosial media platformalarında #SülhAylığı və #PeaceMonth həştəqlərindən istifadə edilməklə paylaşılması tövsiyə olunur.

İnanırıq ki, həyata keçiriləcək tədbir və təşəbbüslər insan hüquqlarına və insan ləyaqətinə hörmətin daha da artırılmasına, qarşılıqlı anlaşma və həmrəyliyin gücləndirilməsinə, cəmiyyətimizdə sülh mədəniyyətinin daha da möhkəmlənməsinə, eləcə də hər kəsin sülhün qorunmasına töhfə verməsinə xidmət edəcək”, - deyə müraciətdə bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda 21 avqust - 21 sentyabr “Sülh Aylığı” elan edilib

15:07
21 Avqust

İmişlidə Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mürşüd Nərimanovla vida mərasimi keçirilib

14:56
21 Avqust

Prezident: Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir

14:47
21 Avqust

Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir

14:39
21 Avqust

Yaxın günlərdə hava şəraiti sabit və yağmursuz olacaq – PROQNOZ

14:30
21 Avqust

Prezident: Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır

14:29
21 Avqust

Azərbaycan Prezidenti: Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir

14:29
21 Avqust

Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb

14:28
21 Avqust

AQTA-nın sədri dondurma istehsalı müəssisəsində olub

14:27
21 Avqust

Prezident: Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır

14:25
21 Avqust

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

14:23
21 Avqust

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Vaqif Məhərrəmov Neftçalada torpağa tapşırılıb

14:20
21 Avqust

Abbas Abbasov: Belçika müstəmləkəçilik cinayətlərinə görə dövlət səviyyəsində üzr istəməli və təzminat ödəməlidir

13:06
21 Avqust

Respublika üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb

13:04
21 Avqust

Paul Nsapu Mukulu: Tarixi həqiqətin bərpası ədalət və barışıq üçün əsas şərtdir

13:03
21 Avqust

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

13:02
21 Avqust

Böyük Britaniya səfiri: Azərbaycanı regionda təbii mərkəz kimi görürük

13:01
21 Avqust

Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub

12:50
21 Avqust

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sərdar İsmayılov Neftçalada torpağa tapşırılıb

12:48
21 Avqust

Catherine Stella Namakula: Reparasiya məsələsi BMT səviyyəsində institusional çərçivəyə salınmalıdır

12:12
21 Avqust

Mərkəzi Bank xarici investisiya platformaları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib - AÇIQLAMA

12:11
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!