13 Oktyabr 2024 08:10
1061
SİYASƏT
A- A+
Azərbaycana təzyiq etmək əbəsdir

Azərbaycana təzyiq etmək əbəsdir


İlham ƏLİYEV: "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır"


Dünyanın müxtəlif qütblərində baş verən toqquşmalar, müharibələr, terror təhlükələri, təhdidlər onu deməyə əsas verir ki, artıq beynəlxalq hüquq, insan haqları, ədalət prinsipləri yalnız sözdədir, əməldə bunu görmək olmur.

Şükürlər olsun ki, hazırda dünyada ən sabit məkanlardan biri Cənubi Qafqazdır. Artıq bu regionda olan 30 illik müharibə, 200 illik münaqişə başa çatıb. İndi regionda yeni reallıqlar yaranıb. Bunun da müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. 

İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra Ermənistanla Azərbaycan arasında başlanan sülh danışıqları müsbət nəticəyə doğru gedir. Amma baş verən son hadisələr göstərir ki, 30 il regionda sülh olmasını istəməyən, status-kvonun olduğu kimi qalmasında maraqlı olan qüvvələr yenə də köhnə ssenarilərini işə salıblar. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün vasitəçi rolunu oynamaq istəyən bəzi dairələr sadəcə olaraq prosesə öz maraqları çərçivəsində yanaşdıqları üçün hər dəfə danışıqlarda problemlər yaşandı. Amma qalib və məğlub məsələni baş-başa çözdükdə sərhədlərin delimitasiya və demarkasiya məsələsində ortaq məxrəcə gəlindi. Bu, bir daha həqiqəti üzə çıxartdı: vasitəçilər regionda sülhün təmin olunmasında maraqlı deyillər. 

Son günlər isə bu prosesdə xüsusən ABŞ-nin yenə ikiüzlü siyasəti özünü büruzə verməyə başlayıb. Yenə də Azərbaycanı hansısa sanksiyaların tətbiqi ilə hədələmək niyyətindədirlər. Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində bununla bağlı həqiqətləri bir daha açıqlayaraq bəyan etdi ki, Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün hökumətə müraciət edib. 

Bütün bunlar göstərir ki, bir tərəfdən guya bölgədə sülhün bərqərar olmasını istəyən ABŞ digər tərəfdən də Azərbaycanın əleyhinə çirkin kampaniya aparır.

Prezident İlham Əliyev oktyabrın 8-də Moskvada "Rossiya-1" televiziya kanalına müsahibəsində də bu məsələyə bir daha aydınlıq gətirib. İlham Əliyev bildirib ki, Azərbaycan hər zaman istənilən sanksiyalara qəti şəkildə qarşı çıxıb. 

Tarixə nəzər salan dövlət başçısı ABŞ-nin 1992-ci ildə Azərbaycana qarşı tətbiq etdiyi sanksiyanı bir daha xatırladıb. Həmin vaxt guya Azərbaycana "Ermənistanı blokadada saxlayır" qondarma ittihamı tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı: "Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil". 

Bununla İlham Əliyev Azərbaycana sanksiya tətbiq etmək istəyənlərə lazımi mesajlarını vermiş oldu. ABŞ öz xeyrinə olan prosesdə istənilən sanksiyanı ləğv edir, sonra yenidən öz çirkin əməlini bir daha həyata keçirir. 

İndi yenə də həmin ssenari təkrarlanır. Bir tərəfdən Ağ Ev bəyan edir ki, tərəflər arasında sülhün əldə olunması üçün nə dəstək lazımdırsa, göstərməyə hazırdır, digər tərəfdən də Azərbaycanı sanksiyalarla hədələyir. 

Bu proses özü də ölkəmizin mühüm beynəlxalq konfransa hazırlığı ərəfəsində baş verir.  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransı ərəfəsində Vaşinqton toplantıya sədrlik edən dövlətə təzyiqi artırır. Bunu dünya görür və əsl qiyməti də verir. 

Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib ki, Qərb ölkələri iqlim dəyişmələri mövzusundan siyasi rıçaq kimi istifadə edirlər, lakin Azərbaycana təzyiq etmək əbəsdir. Onun sözlərinə görə, hər il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransı ərəfəsində Vaşinqtonun sədrlik edən dövlətə təzyiqi artırması klassik taktikadır: "Biz bunu 2022-ci ildə Şarm Əl-Şeyxdəki Tərəflər Konfransı ərəfəsində müşahidə etmişik. Həmin vəziyyət keçən il Dubayda da baş vermişdi. İndi biz uydurma bəhanə ilə Azərbaycana təzyiqin necə artdığını müşahidə edirik".

Rusiya XİN-in rəsmisi vurğulayıb ki, Azərbaycana təzyiq etmək əbəsdir. Müxtəlif məsələlərlə bağlı Azərbaycana dəfələrlə təzyiqlər göstərilib. Söhbət təkcə suveren dövlətlərə təzyiqin yolverilməzliyi ilə bağlı prinsipial mövqedən getmir, həm də ondan gedir ki, bu mövzu real olaraq mütəxəssislərin cəlb olunmasını tələb edir. Bu, ABŞ-nin sadəcə olaraq özünə faydalı olan bir qərarı qəbul etdirmək məqsədilə hər kəsin başına vuracağı növbəti siyasi "dəyənək" olmamalıdır. Ortaya atılmış bu cür xəbərlərdən iqlim dəyişmələri ilə bağlı populyar mövzu ətrafında süni şəkildə ajiotaj yaratmaq üçün istifadə olunur. M.Zaxarovanın fikrincə, reallıqda ABŞ və Qərb ölkələri iqlimin maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinə dair razılaşmanı, həmçinin beynəlxalq karbon vahidləri bazarının yaradılması məsələsi üzrə konsensusa nail olunmasını faktiki olaraq sabotaj edirlər.

Bütün bunların fonunda görünür ki, Ermənistan, başda Fransa olmaqla Qərb ölkələri, eləcə də ABŞ-nin dəstəyi ilə Cənubi Qafqazda yenidən xaos yaratmaq istəyirlər. Onların əsas niyyəti Azərbaycanın artan nüfuzuna xələl yetirmək və əldə etdiyi tarixi hərbi-siyasi Zəfərə kölgə salmaqdır. 

Əlbəttə ki, bu hücumların, kampaniyaların heç bir təsiri olmayacaq. İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Bakının rəyi öyrənilmədən, maraqları nəzərə alınmadan bölgədə hər hansı addımın atılması mümkünsüzdür. Regionda söz sahibi Azərbaycandır. 

İlham Əliyevin bu mesajını hər kəs yaxşı xatırlamalıdır: "Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar, peşman olacaqlar".


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!