30 İyul 2026 16:35
242
SİYASƏT
A- A+
Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir


Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər İnstitutunda keçirilən tədbirdə iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirə Efiopiyanın dövlət və hökumət qurumlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən alim və ekspertlər, elmi ictimaiyyətin nümayəndələri və tələbələr qatılıblar.

Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova ilə Efiopiya Xarici İşlər İnstitutunun direktor müavini Məhəmmədrafi Abaraya arasında görüş olub.

Ardınca nümayəndə heyətlərinin iştirakı ilə ADA Universiteti ilə Xarici İşlər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə “Azərbaycan və Efiopiya: Parlamentlərarası dialoqun, əməkdaşlığın və çoxtərəfliliyin inkişafı” mövzusunda çıxış edib. O, Azərbaycan ilə Efiopiya arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirib. Parlamentin sədri Efiopiya Prezidenti Taye Atske Selassiyenin və Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərlərinin, onların Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri görüşlərin, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Efiopiyaya səfərinin ölkələrimiz arasında dostluq, qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Eyni zamanda, parlamentlərarası münasibətlərin bu əlaqələrin inkişafında mühüm vasitə olduğunu bildirib.

Sahibə Qafarova çıxışında Azərbaycanın innovativ dövlət idarəçiliyi təcrübəsindən bəhs edərək, “ASAN xidmət” modelinin Efiopiyada “MESOB” Xidmət Mərkəzi vasitəsilə uğurla tətbiqini qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi kimi qiymətləndirib. O vurğulayıb ki, etimada, bilik və təcrübə mübadiləsinə əsaslanan tərəfdaşlıq birgə inkişaf və davamlı tərəqqinin əsasını təşkil edir.

Parlamentin sədri bildirib ki, Azərbaycan ilə Efiopiya arasında humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin vacib istiqamətlərindən biridir. O, ölkəmizin beynəlxalq siyasətinin prioritetlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, Azərbaycan beynəlxalq münasibətlərdə dialoqun, həmrəyliyin və çoxtərəfliliyin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Sahibə Qafarova Azərbaycanın Afrika ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verdiyini bildirib.

Beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının rolundan söz açan Milli Məclisin sədri bildirib ki, parlamentlərarası dialoq dövlətlər arasında etimadın möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın inkişafı və ümumi çağırışlara ortaq cavab verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sahibə Qafarova çıxışında müasir dünya gündəliyinin, həmçinin parlamentlərin qarşısında dayanan vəzifələrin əhatə olunduğu bir çox məsələlərə də toxunub.

Tədbir sual-cavab sessiyası ilə davam edib, Milli Məclisin sədri auditoriyanın suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

16:43
30 İyul

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

16:35
30 İyul

“Biletim.az” portalında funksionallıq artırılıb

16:28
30 İyul

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalının ərazisində iki tankerin dron hücumuna məruz qaldığını bildirib

16:21
30 İyul

Fərid Qayıbov: Güləş üzrə növbəti dünya çempionatına ev sahibliyi etməyin vaxtı yetişib

16:14
30 İyul

Türk ekspert: Azərbaycanın balanslaşdırılmış diplomatiyası Orta Dəhlizin təhlükəsizliyinin əsas təminatlarından biridir

16:07
30 İyul

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

16:00
30 İyul

Azərbaycan Çində beynəlxalq elmi konfransda təmsil olunub

15:55
30 İyul

Avqust ayına olan hava proqnozu açıqlanıb

15:49
30 İyul

Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Bürkut təbii yaşayış arealına qaytarılıb

15:42
30 İyul

Nikol Paşinyan Nazirlər Kabinetinin son iclasını keçirib

15:35
30 İyul

İsti hava bu il Almaniyada 9800 nəfərin həyatına son qoyub

15:28
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!