03 Dekabr 2023 10:40
2418
Mədəniyyət
A- A+
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

 

Azərbaycanın mədəniyyət və incəsənət tarixində elə insanlar var ki, adları çəkiləndə gördüyü işlər, yaratdığı sənət nümunələri  kino lenti kimi gözlərimiz önündən gəlib keçir. Belə sənətkarlardan biri də Azərbaycan xalçaçılığının inkişafında böyük xidmətləri olmuş Lətif Kərimovdur. L.Kərimov incəsənət tariximizdə çox nadir şəxsiyyətlərdəndir ki, yaradıcılığında praktika ilə nəzəriyyəni paralel inkişaf etdirmişdir. 
Lətif Kərimov 1906-cı ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Onların nəsli - bütün "Allahverənlər" tayfası toxuduqları bənzərsiz xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdu. 1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdü. Xalça sənətinə olan məhəbbət Lətifi məşhur xalçaçı Mirzə Ələkbər Hüseynzadənin şəhərdəki emalatxanasına gətirib çıxarmışdı. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənir, bu sahəyə böyük maraq göstərirdi. Bir müddət sonra onlar geriyə - vətənə dönmüşlər. 
Şuşa şəhərindəki "Qarabağxalça" artelində təlimatçı işləyən Lətif Kərimov yerli xalçatoxuma işlərinin sirlərini dərindən mənimsəyirdi. Getdikcə bilik və bacarığını təkmilləşdirən, zənginləşdirən L.Kərimov 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində çalışmağa başlamışdı. İlk dəfə olaraq məhz onun təşəbbüsü ilə Bakıda və Qubada xalça məktəbləri açılmışdır. Sənətinin bilicisi olan Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də çalışır, uğurlar qazanırdı. Ömrünün 1930-1940-cı illəri Lətif Kərimovun yaradıcılığında mühüm yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izləri açıq-aydın görünür.
Həmin illərdən başlayaraq Lətif Kərimovun xalçaları Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanır. Onun böyük şair Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə keçirilən dünya sərgisində nümayiş etdirilmiş və böyük uğur qazanmışdır. Böyük əziyyətlərə qatlaşan sənətkar əsrlərin dərinliklərindən üzü bəri Azərbaycan xalçalarının növlərinə aid müxtəlif kompozisiya və naxışları toplamış, beləliklə, Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərinin rəngli reproduksiyasını hazırlamışdır. Onun bu tədqiqat əsərləri Azərbaycanın xalça sənətinin tarixinə qızıl hərflərlə yazılmışdır.
Lətif Kərimov tanınmış rəssamlarımız K.Kazımzadə, İ.Axundov və başqaları ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Baxanların, görənlərin diqqətini çəkən bu xalçalarda böyük Azərbaycan şairinin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş bir-birindən maraqlı epizodlar təsvir edilmişdir.
Lətif Kərimovun "Azərbaycan xalçalarında ornament" kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədi alimlik dərəcəsi verilmişdir. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır.  1972-ci ildə Bakıda  Xalça muzeyinin yaradılması da L.Kərimovun təşəbbüsü ilə olmuşdur. 
Lətif Kərimov AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri işləmiş, 1960-cı ildən indiki Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Onun eskizləri əsasında və rəhbərliyi ilə "Əfşan" (1931, 1957), "Qonaqkənd" (1939), "Ləçəkturunc" (1952, 1982), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1967, 1977), "Ağaclı" (1974) "Şəbi-hicran" (1975) və onlarca başqa süjetli xalçalar toxunmuşdur. Görkəmli xalçaçı rəssam və xalçaşünas alimin üçcildlik "Azərbaycan xalçası" adlı kitabı, xüsusən də birinci cildi nəşr olunandan qısa müddət sonra bütün dünyaya yayılmış və sənət biliciləri arasında yüksək rəğbət qazanmışdır. Avropa, Amerika, Şərq ölkələrindən  məşhur xalçaşünas alimlər və ekspertlər ona çoxsaylı məktublar göndərərək kitab haqqında qiymətli fikirlərini bildirmişdilər.
Böyük sənətkar Lətif Kərimovun xidmətləri layiqincə qiymətləndirilmişdir. Müxtəlif illərdə "Azərbaycan SSR Xalq rəssamı", "Azərbaycan SSR Əməkdar incəsənət xadimi"  fəxri adlarına, "Stalin" mükafatına, 2 dəfə  "Qırmızı Əmək Bayrağı", həmçinin "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenlərinə, "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medallarına və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.
1991-ci il sentyabrın 8-də vəfat edən dəyərli alim Lətif Kərimov 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

17:23
14 May

Avropa dron müdafiəsini gücləndirməyə çalışır

17:08
14 May

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

17:02
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!