08 Aprel 2026 12:14
305
SİYASƏT
A- A+
Azərbaycan və Qanbiya XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr  

Azərbaycan və Qanbiya XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr  


Qambiyanın paytaxtı Bancul şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, siyasi məsləhətləşmələrdən əvvəl xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qambiya Prezident Aparatının rəhbəri Aliyu Lum ilə nəzakət görüşü baş tutub. Görüş zamanı Azərbaycanla Qambiya arasında qarşılıqlı hörmət və həmrəylik əsasında qurulmuş dostluq münasibətlərindən məmnunluq ifadə olunub. Hər iki ölkə üçün qarşılıqlı maraq doğuran sahələr üzrə mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, habelə yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Tərəflər siyasi məsləhətləşmələrin ilk iclasının diplomatik əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması üçün mühüm platforma olduğunu vurğulayıblar.

Daha sonra xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyinin birinci daimi katibi və nazirliyin diplomatik xidmətinin rəhbəri Lanq Yabunun həmsədrliyi ilə siyasi məsləhətləşmələrin ilk iclası baş tutub.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların daha səmərəli istifadəsinin vacibliyi vurğulanıb, xüsusilə iqtisadi, ticarət, təhsil, turizm, enerji və iqlim dəyişmələrinə qarşı mübarizə sahələri üzrə əməkdaşlıq istiqamətlərində müvafiq addımların atılmasının əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, Qambiyada insan kapitalının inkişafına Azərbaycanın verdiyi töhfələr və humanitar sahədə uğurla həyata keçirilmiş layihələr alqışlanaraq, bu istiqamətdə fəaliyyətin davam etdirilməsinə maraq ifadə edilib. Tərəflər çoxtərəfli platformalarda, xüsusilə BMT, İƏT və QH çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyinə toxunublar.


Eyni gündə, Azərbaycan nümayəndə heyəti Bancul şəhərinin meri Rohey Malik Lov ilə görüşüb. Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu ilə bağlı məsələlər və humanitar sahədə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!