08 Aprel 2026 11:37
251
DÜNYA
A- A+
Qazaxıstan və Azərbaycan kibertəhlükəsizlik sahəsində fəal əməkdaşlıq edir

Qazaxıstan və Azərbaycan kibertəhlükəsizlik sahəsində fəal əməkdaşlıq edir


Qazaxıstan və Azərbaycan kiberhücumların araşdırılmasında fəal şəkildə təcrübə mübadiləsi aparır və bir-birinə qarşılıqlı yardım göstərir.

AZƏRTAC xəbər verir ki, TSARKA qrupu (Kiberhücumların Təhlili və Təhqiqatı Mərkəzi) baş direktorunun müavini Ruslan Turquldinov bunu Astanada keçirilən “Qazaxıstanın kibermaliyyə qalxanı: fırıldaqçılıq miflərinin ifşa edilməsi” forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın infrastrukturuna təsir edən kibertəhlükəsizlik hadisələri baş verdikdə, Qazaxıstan birbaşa dost ölkədəki səlahiyyətli orqanla əlaqə saxlayır və dərhal kömək göstərir.

Eynilə, Azərbaycan kiberhücumların mənbələrinin müəyyənləşdirilməsinə kömək məqsədilə TSARKA ilə əlaqə saxlayır.

Turquldinov, həmçinin bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) daxilində Kibertəhlükəsizlik Şurasının yaradılması istiqamətində də tədbirlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!