08 Oktyabr 2026 21:21
277
SİYASƏT
A- A+
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın yeni mühüm mərhələsi

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın yeni mühüm mərhələsi


 Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Azərbaycanın bu formatda tamhüquqlu üzv statusu əldə etməsi ölkəmizin regiondakı siyasi və iqtisadi çəkisinin artmasının mühüm göstəricisidir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri artıq yalnız siyasi dialoqla məhdudlaşmır, konkret iqtisadi, investisiya, nəqliyyat və enerji layihələri ilə strateji məzmun kəsb edir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ötən il ticarət dövriyyəsinin 50 faizdən çox artması və Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi bu əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir. Birgə investisiya fondlarının yaradılması isə münasibətləri yeni mərhələyə, qarşılıqlı investisiya və birgə istehsal modelinə keçirmək üçün mühüm imkan yaradır.

Bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biri Orta Dəhlizdir. Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi ölkənin tranzit və logistika əhəmiyyətini artırır. Daşımaların artması, liman, dəmir yolu və avtomobil infrastrukturlarına yatırılan investisiyalar, eləcə də “Rəqəmsal İpək Yolu” təşəbbüsü Azərbaycanın regional bağlantılarda rolunun uzunmüddətli xarakter daşıdığını göstərir.

Energetika sahəsində əməkdaşlıq da Azərbaycanın geoiqtisadi mövqeyini möhkəmləndirir. Türkmənistan və Qazaxıstan enerji resurslarının Azərbaycan ərazisi ilə beynəlxalq bazarlara çıxarılması, həmçinin Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması ölkəmizin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində regional tranzit və əməkdaşlıq mərkəzi kimi mövqeyini gücləndirir.

Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın iştirakı isə münasibətlərə xüsusi siyasi və mənəvi məzmun verir. Füzuli və Ağdamda həyata keçirilən layihələr Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın dirçəlişinə praktiki dəstəyinin ifadəsidir.

Ümumilikdə, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı regional inteqrasiyanın yeni modelini formalaşdırır. Siyasi etimadın iqtisadi tərəfdaşlıq, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və qarşılıqlı investisiyalarla tamamlanması Azərbaycanın regionlararası əlaqələrdə strateji rolunu daha da artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh, təhlükəsizlik və sabitlik bu əməkdaşlığın davamlı inkişafının əsas şərtidir.

 

Vasif Qafarov,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib  

22:02
08 Oktyabr

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb  

21:43
08 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO  

21:33
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın yeni mühüm mərhələsi

21:21
08 Oktyabr

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib  

21:07
08 Oktyabr

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir  

20:31
08 Oktyabr

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB    

20:31
08 Oktyabr

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb  

20:24
08 Oktyabr

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir  

19:53
08 Oktyabr

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

19:42
08 Oktyabr

Kəskin arıqlamağın və qidadan imtina etməyin təhlükəli fəsadları

19:37
08 Oktyabr

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb  

19:32
08 Oktyabr

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib  

19:23
08 Oktyabr

Çin ABŞ-nin F-35 qırıcı təyyarəsinin məxfi hissələrini ələ keçirib  

19:13
08 Oktyabr

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar  

19:07
08 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub

18:57
08 Oktyabr

Başqalarına kömək etmək beyni cavanlaşdırır   

18:49
08 Oktyabr

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb  

18:43
08 Oktyabr

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib  

18:38
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2

18:31
08 Oktyabr

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

18:11
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!