22 Sentyabr 2026 08:20
181
İQTİSADİYYAT
A- A+
"Azərbaycan və Çin arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın böyük potensialı var"

"Azərbaycan və Çin arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın böyük potensialı var"


Azərbaycan və Çin arasında "yaşıl enerji" və təmiz texnologiyalar sahəsində əməkdaşlığın böyük potensialı var. Bu əməkdaşlıq yalnız bərpaolunan enerji mənbələri üzrə layihələri deyil, həmçinin enerji saxlanc sistemlərini, elektrik şəbəkələrinin modernləşdirilməsini, rəqəmsal energetikanı və yaşıl mobilliyi də əhatə edə bilər.

Bu fikirləri "International Carbon Neutrality Industry Research Organization" (ICNIRO) təşkilatının həmtəsisçisi Britani Li AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın inkişafının əyani nümunələrindən biri Çinin "BYD" şirkəti ilə əməkdaşlıqdır: "Əməkdaşlıq elektrik avtobuslarının satın alınması ilə məhdudlaşmayıb, yerli istehsala və komponentlərin lokallaşdırılmasına keçib. Elektrik avtomobilləri, kommersiya məqsədli nəqliyyat vasitələri və akkumulyatorlarla bağlı istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır".

Britani Li deyib ki, bu əməkdaşlıq nümunəsi hazır məhsulların tədarükündən daha dərin sənaye əməkdaşlığına keçidin mümkünlüyünü nümayiş etdirir.

Əməkdaşlığın perspektivli istiqamətlərindən danışan ekspert ilk növbədə Günəş və külək enerjisini qeyd edib: "Azərbaycan kifayət qədər Günəş enerjisi ehtiyatlarına malikdir, Xəzər regionunun isə külək enerjisi sahəsində böyük potensialı var. Çin şirkətləri fotovoltaik və külək energetikası sahəsində avadanlıq istehsalı, layihələrin hazırlanması və mühəndislik işləri də daxil olmaqla, bütün dəyər zənciri üzrə geniş imkanlara malikdir. Bu, Çin şirkətlərinin yalnız avadanlıq tədarükündə deyil, həm də enerji layihələrinin hazırlanması və həyata keçirilməsində, müvafiq infrastrukturun tikintisində və sonrakı istismarında iştirakına imkan yaradır".

O, enerji saxlanc sistemlərini də perspektivli istiqamətlərdən biri kimi qeyd edib: "Bərpaolunan enerji mənbələrinin payı artdıqca bu sistemlərin əhəmiyyəti də yüksələcək. Çin şirkətləri akkumulyatorlar, enerji saxlanc sistemləri və enerjinin idarə olunması texnologiyaları sahəsində böyük təcrübəyə malikdirlər".

Ekspert elektrik şəbəkələrinin modernləşdirilməsi və rəqəmsal energetika sahələrində də əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb: "Bərpaolunan energetikanın inkişafı elektrik enerjisinin ötürülməsi və paylanması, enerjinin saxlanması və rəqəmsal idarəetmə sahəsində müasir həllər də daxil olmaqla, daha çevik və ağıllı enerji sistemlərinin yaradılmasını tələb edir. Hesab edirik ki, bu, Çin şirkətlərinin Azərbaycanda fəaliyyətini genişləndirməsi üçün mühüm istiqamətlərdən biri olacaq".

Britani Li qeyd edib ki, perspektivli əməkdaşlıqda yaşıl mobillik də xüsusi yer tutur. Çin şirkətləri ilə artıq həyata keçirilən layihələr elektrik nəqliyyatının, enerji doldurma infrastrukturunun və bununla bağlı istehsal istiqamətlərinin gələcək inkişafı üçün əsas yarada bilər: "Əməkdaşlıq çərçivəsində əsas məqsədlərdən biri yalnız Çin texnologiyalarının tətbiqi deyil, həm də yerli istehsal və xidmət imkanlarının inkişaf etdirilməsi olmalıdır".

"ICNIRO-nun mövqeyinə görə, biz "məhsul satışından" "layihələrin birgə hazırlanmasına, sahələrin birgə yaradılmasına və bazarlara birgə çıxışa" keçidin şahidi olmaq istərdik", - deyə o vurğulayıb.

B.Linin sözlərinə görə, Çin texnologiyaları və həlləri Azərbaycan şirkətlərinin imkanları ilə birləşdirilərək "yaşıl enerji" və təmiz texnologiyalar sahəsində lokallaşdırılmış istehsalın, xidmətlərin və təchizat zəncirlərinin yaradılmasına imkan verə bilər: Çin şirkətləri Azərbaycana bərpaolunan enerji, enerji saxlama, "ağıllı şəbəkə"lər və yaşıl mobillik sahələrində texnologiya və həllər gətirməklə yanaşı, daha geniş regional bazara da xidmət göstərə biləcək lokallaşdırılmış istehsalın, xidmətlərin və təchizat zəncirlərinin inkişafı üzərində yerli tərəfdaşlarla birgə işləyə bilərlər".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda keçirilən tədbirlər çoxşaxəli tərəfdaşlığı genişləndirir

09:00
22 Sentyabr

TDT-nin nəqliyyat və enerji təhlükəsizliyində rolu getdikcə artır

08:50
22 Sentyabr

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

08:49
22 Sentyabr

Azərbaycanın dünyada artan nüfuzu: fəal diplomatiya və milli maraqlara əsaslanan siyasət

08:40
22 Sentyabr

Bir qurultay qərarı və Azərbaycanın dəyişən siyasi taleyi

08:30
22 Sentyabr

"Azərbaycan və Çin arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın böyük potensialı var"

08:20
22 Sentyabr

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər

08:10
22 Sentyabr

Dünyanın mənəvi xəzinəsində Azərbaycan imzası

08:05
22 Sentyabr

TDT-nin gücləndirilməsi zamanın tələbidir

08:00
22 Sentyabr

Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib

06:53
22 Sentyabr

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

06:47
22 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

03:04
22 Sentyabr

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında

03:04
22 Sentyabr

İ.C.Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

03:03
22 Sentyabr

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:02
22 Sentyabr

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:01
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

03:00
22 Sentyabr

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:59
22 Sentyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:57
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında

02:55
22 Sentyabr

“Mehmanxana Şərq” ASC səhmdarlarının nəzərinə!

02:46
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!