15 Dekabr 2022 02:15
694
Mədəniyyət
A- A+
Azərbaycan təbiətinin xilaskarı

Azərbaycan təbiətinin xilaskarı

 

Akademik Həsən Əliyev haqqında çox yazılıb, filmlər çəkilib, monoqrafiyalar çap olunub. Bunlar hamısı bir-birindən gözəl və alimə layiqdir. Akademik Budaq Budaqovun yazdığı "Akademik Həsən Əliyev" kitabı bu yazıların şah əsəridir desək, yanılmarıq. Budaq müəllim fədakar alimin həyat və fəaliyyətini, elmi-pedaqoji yaradıcılığını, dünya alimləri arasında onun mövqeyini çox gözəl qələmə alıb. Xüsusən, bu kitabdan sonra Həsən müəllim haqqında fikir söyləmək, yeni bir söz demək çox çətindir.
1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatını Elmlər Akademiyasının Coğrafiya İnstitutuna verdilər. Yaxın vaxtlaradək 30 il həmin kollektivdə işləmişəm. Bu müddət ərzində Həsən Əliyevi ömrünün sonunadək direktor kimi görmüşəm. Bütün iclaslarda bir fikri həmişə vurğulayırdı: "Coğrafiya sahəsində yetişən gənc alimləri gördükcə daha çox fərəhlənirəm". Bu da səbəbsiz deyildi. Həmişə xatırladırdı ki, əvvəllər SSRİ EA-nın Azərbaycan filialı yaradılarkən milli kadrların olmaması bizi narahat edirdi. 
Məşhur geoloq Qubkin Həsən müəllimdən azərbaycanlı milli kadr soruşarkən o, nə qədər iztirab çəkmiş və Azərbaycanda kadrların hazırlanmasının sonralar özünün ümdə borcu bilmişdi. Ona görə də görkəmli alim yaradıcı gənclərə qayğı göstərirdi. İnstitutlar vasitəsilə aspiranturaya və doktoranturaya qəbul məsələlərinə önəm verirdi. 40-dək aspirant və dissertant onun rəhbərliyi ilə namizədlik və 8 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Hər dəfə də gənclərin müdafiəsini görəndə sevincinin hədd-hüdudu olmurdu. Həsən müəllimin təşkilatçılıq fəaliyyətində kadr hazırlığı ön sırada dururdu.
Onun elmi yaradıcılığının əsas hissəsini Azərbaycan torpaqlarını öyrənmək və təbiətin mühafizəsi kimi müqəddəs bir istək təşkil edirdi. Elə bu amal da institutda "Torpaq coğrafiyası" və "Təbiəti mühafizə" şöbələrinin açılması ilə nəticələndi. Bu sahədə akademikin rəhbərliyi ilə böyük işlər görüldü, kadrlar hazırlandı. Həsən Əliyevin müxtəlif istiqamətli tədqiqatları əhatə edən əsərləri 800 adda nəşr edildi. O cümlədən 8 cildlik "Azərbaycan florası" elm aləmində hadisə kimi qiymətləndirildi. Bir faktı da qeyd edək ki, respublikada o zaman mövcud olan 14 dövlət qoruğundan 7-si (Hirkan, Qarayazı, İsmayıllı, İlisu, Altıağac, Türyançay və Bəsitçay) bilavasitə Həsən Əliyevin təşəbbüsü və ardıcıl təkidi ilə yaradılmışdır.
Akademik nə iş görürdüsə, onun əsasını xeyirxahlıq təşkil edirdi. Əməkdaşlarının qayğısına qalmaq, sosial şəraitini yaxşılaşdırmaq, onlara mənəvi dayaq durmaq onun həyat qayəsi idi.
Azərbaycan təbiətinin mühafizəsi Həsən Əliyevin gündəlik işinə çevrilmişdi. Bu işin elmi yollarını axtarmaqla yanaşı, məsələnin praktiki həllinə də çalışırdı. Heç yadımdan çıxmaz, çöl ekspedisiyasından qayıdıb Sultanbud meşəsinin vəziyyəti haqqında Həsən müəllimə məruzə edərkən diqqətlə bizə qulaq asdıqdan sonra bəzi ağacları (yerini dəqiq dedi) soruşdu. Biz onların qırıldığını söylədikdə çox əsəbiləşdi. Bərdə və Ağcabədi rayonlarının birinci katiblərini telefonda xeyli məzəmmət etdi.
Azərbaycanda çinarların kəsilməsinə heç cür dözə bilmirdi. Yəqin hamıya məlumdur ki, Cəbrayıl rayonunda çinar ağacından quraşdırılan çayxana da akademiki bərk əsəbiləşdirmiş, nəticədə çinar həmin "əzabdan" xilas edilmişdi.
Bəli, o, təbiəti belə sevirdi. Sonralar akademikin "Həyəcan təbili" kitabı da həmin hisslərlə yazıldı və respublikamızın bütün əhalisinə bir "həyəcan" siqnalı verdi.
Görəsən Həsən müəllim sağ olsaydı, Bakıda və şəhər ətrafında bu qədər qanunsuz kəsilən ağac və kolların "naləsinə" dözə bilərdimi? Qətiyyən, yox…
Son zamanlar Bakıda və onun ətraf rayonlarında güclü evtikmə "yarışı" gedir. Bu bir yandan çox sevindiricidir. İnkişafdır, tərəqqidir, əhalinin sosial vəziyyətinin yaxşılaşmasının göstəricisidir. Bakımız gündən-günə inkişafdadır. Göydələnlərin sayının artması, şəxsi minik maşınlarının hədsiz dərəcədə çoxalması respublika əhalisinin rifah halının yaxşılaşmasından xəbər verir. 
Günün tələbləri baxımından bunlar hamısı vacibdir, zəruridir. Lakin "hər şey insanın xoşbəxtliyi, səadəti üçün" devizi ilə fəaliyyət göstərən kompüter əsrinin adamı ətrafa təbiətin gözü ilə baxmağı da bacarmalıdır. Gündən-günə artan maşınların hisini-tüstüsünü zərərsizləşdirmək üçün yaşıllıq zolaqlarının salınması günün ən aktual məsələsinə çevrilməli olduğu halda göydələnlərin ucaldılması, şəxsi villaların tikilməsi, körpülərin salınması hesabına nə qədər yaşıllıq gözümüzün qarşısındaca məhv edildi. İnsan əli ilə təbiətə necə amansızcasına balta çalınır. Burada Ulu Öndər Heydər Əliyevin dediyi bu sözlər bir daha səslənir: "Bir ağac kəsilsə, elə bil qolum kəsilir". Təəssüf ki, bu kəlam bəzən unudulur.
İnstitutun otaqlarında akademikin məsləhəti ilə çoxlu Çin qızılgülü əkilmişdi və bunlar da böyüdükcə otaqlardan çıxarılıb dəhlizlərə düzülmüşdü. Çox gözəl və cazibədar görünürdü. Günlərin bir günü Elmlər Akademiyasının keçmiş prezidenti rəhmətlik Həsən Abdullayev bizim institutun dəhlizindən keçərkən gözü həmin güllərin dibinə atılan siqaret kötüyünə sataşır və bu, onun xoşuna gəlmir. Akademiyanın Rəyasət Heyətinin iclası zamanı həmin məsələyə toxunur. Bu, Həsən müəllimi bərk əsəbiləşdirir.
Həmişə siqaret əleyhinə təbliğat aparan, xüsusən gəncləri bu işdən çəkindirməyə çalışan Həsən müəllim bir dəfə institutun dəhlizində bizə yaxınlaşıb üzünü siqaret çəkənlərə tutaraq dedi: "Kim gəlib mənə desə ki, siqaret çəkirdim, indi tərgitmişəm, həmin adama bir aylıq maaş qədər mükafat yazacağam". 
Həsən Əliyevin xeyirxah işlərindən biri də Azərbaycanda coğrafi adların (toponimlərin) milliləşdirilməsi, qorunması idi. Ermənistanın coğrafi adlarımızın dəyişdirməsinə, təhrif etməsinə dözə bilmirdi. Həmin dövrdə Bakı kəndlərinin adlarının eybəcərləşdirilməsi onu daim narahat edirdi. Akademikin söhbətlərindən ruhlanıb "Coğrafi adları qoruyaq" adlı bir məqalə yazdım. Məqalə ilk dəfə "Elm" qəzetində, sonralar isə "Azərbaycan gəncləri" qəzetində dərc olundu. Azərbaycan xəritələrinin sonrakı nəşrlərində həmin tövsiyələr nəzərə alındı.
Onu narahat edən bir məsələni də oxuculara çatdırmaq istəyirəm. Yığıncaqların birində yaşadığım qəsəbənin adını deməli oldum. "Parnik" sözünü eşidəndə Həsən müəllim əsəbiləşdi və dedi ki, bu qədər böyümüsünüz, alim adı almaq istəyirsiniz, amma adi danışıq qaydasını bilmirsiniz. "Parnik"də adam yaşamaz, orada pomidor, xiyar yetişdirərlər. Dedim, Həsən müəllim qəsəbəmizin adı "Zabrat İstişitillik Kombinatı"dır, qısaldaraq "parnik" deyirlər. O, yenə məni məzəmmət edərək "O qəsəbədə məktəb, müəllim, ziyalı və nəhayət, bir düşünən adam yoxdurmu? Bakının qulağının dibindəki böyük bir qəsəbəyə ad qoymaq məsələsini qaldırıb onu həll etmirsiniz", - deyə iradlarını bildirdi.
Xeyli fikirləşdim. Haqlı irad idi. Akademikin sözündən ruhlanıb "Bakı" və "Azərbaycan gəncləri" qəzetlərində bu məsələ ilə əlaqədar yazılar dərc etdirdim. Lakin müxtəlif idarələrin, bəzi adamların soyuq münasibəti qəsəbənin adını dəyişdirməyə imkan vermədi. Hər dəfə məni görəndə "Nə oldu, qəsəbənin adını dəyişdirə bildinizmi", -  deyə soruşurdu.
Həmin vaxtlarda respublika təlatümlü günlərini yaşayırdı. Nəinki qəsəbələrə yeni, münasib adlar vermək mümkün olurdu, hətta dədə-babaların qoyduğu yurd yerlərinin adı bir yana, özünü itirirdik. Həmin dövrdə səhhəti ilə əlaqədar olaraq Həsən müəllimin işdən çıxması, ona qarşı münasibətin dəyişməsi, Əliyevlərə qarşı haqsız hücumlar bu məsələnin həllinə çəpər çəkdi. 
Torpağının vurğunu, Azərbaycan təbiətinin keşikçisi, sadə və böyük insan, akademik Həsən Əliyevin səhhətinə qırılan Topxana meşəsinin, viranəyə çevrilən doğma yurd yerlərinin bir-birinin ardınca erməni tapdağına çevrilən şəhər və kəndlərin, üstəlik də cavan pöhrələr kimi ömrü baltalanan şəhid vətən övladlarının faciəsi də öz təsirini göstərdi. Böyük alim, akademik Həsən Əliyev nigaran və narahat halda dünyasını dəyişdi. Görkəmli elm xadiminin xatirəsi bu gün onu tanıyanların, onun böyüklüyü qarşısında səcdə edənlərin hamısı üçün əzizdir. 
Uzun müddət direktoru olduğu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu indi onun adını daşıyır. Bu ad kollektivin hər bir üzvünün əbədi ünvanına çevrilib.
Görkəmli elm xadiminə böyük mükafatlar və fəxri adlar verilmişdir. O, "Lenin", "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı", "Qırmızı ulduz", "I dərəcəli Vətən müharibəsi", "Şöhrət" ordenləri və bir çox medallarla təltif edilmişdir. Azərbaycanın Əməkdar elm xadimi adına, Azərbaycan Respublikası Dövlət mükafatı laureatına, Vavilov adına medala layiq görülmüşdür.
Sonda demək istəyirəm ki, mərhum akademik Həsən Əliyev bu gün sağ olsaydı, "Həyəcan təbili"ni bir də çalardı və hər bir azərbaycanlıya kəsilən bir ağacın sızıltısını özünün sındırılan qolu timsalında görməyi, duymağı tövsiyə edərdi. 

Tahir İBRAHİMOV, 
Bakı Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!