30 İyul 2022 02:28
1325
İQTİSADİYYAT
A- A+
Azərbaycan sürətlə müasir sənaye ölkəsinə çevrilir

Azərbaycan sürətlə müasir sənaye ölkəsinə çevrilir

 

Ölkəmizdə sənayenin ÜDM-dəki payı 40 faizdən çox olduğu halda, dünya üzrə bu rəqəm 25 faizdən azdır

 

Dünyanın keçdiyi yola nəzər yetirdikdə görürük ki, bəşəriyyətin inkişafı ilk növbədə sənaye ilə bağlı olub. XX əsr isə bu sahədə özünün yüksəlişi ilə tarixdə qalıb. Ancaq bu sahənin daha yüksək səviyyəyə çatmasının indiki əsrdə olacağına şübhə yoxdur. Ötən əsrdə əldə edilən təcrübənin, elmin inkişafının sənayenin pik həddə çatmasına imkan yaratdığı üçün.

Azərbaycan müstəqilliyini bərpa etdikdən bugünəcən ölkəmizdə də  sənayenin inkişafına xüsusi diqqət yetirilir. Artıq bu sahədə böyük uğurların qazanıldığını da söyləmək mümkündür. Məsələn, Azərbaycanın kosmik ölkə olması böyük uğurumuzdur. Cənubi Qafqaz ölkələrində istehsal olunan sənaye məhsullarının 80 faizinin bizim payımıza düşməsi də sıradan uğur deyil.

Prezident İlham Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş sənaye ölkələrindən birinə çevirməkdə qərarlıdır. Dövlət başçısının 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycanın Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığını və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

Söz düşmüşkən qeyd edək ki, 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmışdır. Beləliklə də Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Mərkəzi yaradılmışdır ki, bu da ölkəmizi rəqəmsal və texnoloji mərkəzə çevirmək imkanı verir.

Azərbaycan Mərkəzi MDB məkanında yaradılan ilk belə qurumdur. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2021-ci il 1 aprel tarixdən yeni mərkəzin fəaliyyətini də koordinasiya edir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Dünya İqtisadi Forumunun süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, eləcə də rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə əməkdaşlıq edir. Bu platformalar çərçivəsində iqtisadiyyatın bir çox sahəsində müxtəlif istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin müxtəlif ölkələrdə (Türkiyə, BƏƏ, İsrail, Yaponiya) yaradılmış mərkəzləri ilə sıx əməkdaşlığın qurulması və genişləndirilməsi üçün müəyyən işlər aparılır.

Dördüncü Sənaye İnqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin çulğalaşmasını təsvir etmək üsuludur. Bu, süni intellekt (AI), robototexnika, əşyaların interneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyalarda irəliləyişlərin birləşməsidir.

Azərbaycan qlobal çağırış və tendensiyalara adekvat cavab verən və postpandemiya dövründə yeni inkişaf trendlərinin tətbiqində ön sıralarda olmaqda qərarlıdır. Bu baxımdan ölkəmizdə rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafi üçün əlverişli infrastrukturun, o cümlədən Dördüncü Sənaye İnqilabının standartlarına uyğun şəraitin formalaşdırılması istiqamətində fəal iş aparılır.

Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov ölkəmizdə Dördüncü Sənaye İnqilabının milli iqtisadiyyatına müsbət təsiri barədə bu günlər dərc edilmiş məqaləsində yazmışdır: "Dördüncü Sənaye İnqilabının əhatə etdiyi bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqinin genişlənməsi, insan kapitalının güclənməsi, idarəetmənin səmərəliliyinin yüksəlməsi, eyni zamanda bu ilin ilk altı ayında qeyri neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin 18,5 faiz artması iqtisadi artımı şərtləndirən amillərdir. Xüsusən də qeyri neft-qaz sahəsində əsas fondlara yatırılan sərmayənin fiziki və mənəvi aşınmanı qarşılaması, əsas fondların verimliliyini yüksəldir ki, bu da iqtisadi artımın drayverinə çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi altında biznes mühitinin əlverişliliyinin yüksəldilməsi və dövlət təşviqlərinin verilməsi siyasəti ölkəyə sərmayə cəlbini və sərmayə qoyuluşunun səmərəliliyini artırır. Hazırda Azərbaycanda yeddi sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ,  Pirallahı, Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parkları, eləcə də beş sənaye məhəlləsi - Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. 2021-ci ildə 2,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə xüsusi çəkisi 30,8 faiz (959,3 milyon manatlıq ixrac) təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilir. Prezident İlham Əliyevin sənaye siyasətinin nəticəsində Azərbaycan Avropada sənayenin ÜDM-də xüsusi çəkisinə görə öndə gedən ölkələrdəndir. Dünya Bankının hesablamalarına görə, sənayenin ÜDM-də payı Azərbaycanda 40 faizdən çox olduğu halda, dünyada orta göstərici 24,8 faizdir".

 

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!