08 İyul 2025 01:30
1250
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478 (Cild I); 2024, № 3, maddə 250, № 7, maddə 770, № 12 (II kitab), maddə 1338; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD nömrəli Qanunu) 92-ci maddəsinin 2-ci hissəsində “vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə” sözləri “bütün vərəsələr mirasdan imtina etmişsə” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD nömrəli və 16 may tarixli 196-VIIQD nömrəli qanunları) 72.3-cü maddəsində “vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə” sözləri “bütün vərəsələr mirasdan imtina etmişsə” sözləri ilə əvəz edilsin. 

Maddə 3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD, 161-VIIQD nömrəli, 1 may tarixli 188-VIIQD və 192-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1165.1-ci maddədə “vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə” sözləri “bütün vərəsələr mirasdan imtina etmişsə” sözləri ilə əvəz edilsin;

3.2. 1192.1-ci maddədə “mirası qəbul etməməsi” sözləri “mirasdan imtina etməsi” sözləri ilə əvəz edilsin;

3.3. 1202.2-ci maddədə “payın qəbul edilməsi və ya ondan” sözləri “paydan” sözü ilə, “mirasın qəbul edilməsi və ya ondan” sözləri “mirasdan” sözü ilə əvəz edilsin;

3.4. 1243-cü maddə üzrə: 

3.4.1. 1243.2-ci maddəyə “etdirdikdə” sözündən sonra “, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə” sözləri əlavə edilsin;

3.4.2. 1243.3-cü maddəyə “etməyə” sözündən sonra “və ya əmlakı idarə etməyə” sözləri əlavə edilsin;

3.5. 1247-ci və 1248-ci maddələr ləğv edilsin;

3.6. 1249-cu maddədə “mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə” sözləri “vərəsəlik şəhadətnaməsi” sözləri ilə əvəz edilsin; 

3.7. 1252-ci maddə aşağıdakı redaksiyada verilsin: 


“Maddə 1252. Miras açıldıqdan sonra vərəsənin ölməsi (irsi transmissiya)

Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir.”;

3.8. 1253-cü maddə ləğv edilsin;

3.9. 1254-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin: 

“Vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”;

3.10. 1255-ci və 1269-cu maddələr aşağıdakı redaksiyada verilsin: 


“Maddə 1255. Mirasın əldə edilməsi

Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.”;


“Maddə 1269. Mirasın faktiki qəbulu zamanı imtina

Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir.”;

3.11. 1270.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: 

“Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılır.”;

3.12. 1301.2-ci maddədən “bilər və yerində olmayan vərəsənin payını ayıra” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu zaman yerində olmayan vərəsənin payı ayrılmalıdır.”;

3.13. 1306-cı maddə üzrə:

3.13.1. adına “məsuliyyəti” sözündən sonra “və kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” sözləri əlavə edilsin;

3.13.2. aşağıdakı məzmunda 1306.4-cü və 1306.5-ci maddələr əlavə edilsin:

“1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.”;

3.14. 1307-ci maddə ləğv edilsin;

3.15. 1318-ci maddədə “tədbirlər” sözü “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsində nəzərdə tutulmuş tədbirləri” sözləri ilə əvəz edilsin;

3.16. 1323-cü maddə ləğv edilsin;

3.17. 1324-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin: 

“Vərəsə miras açıldıqdan sonra onun müəyyənləşdirilmiş müddətdə qəbulundan imtina etmədən ölərsə, mirasın qəbulundan imtina etməmiş vərəsənin vərəsələri ilkin miras qoyandan qalmış əmlaka mirasın qəbulundan imtina etməmiş vərəsənin əmlakı kimi vərəsəlik şəhadətnaməsi ala bilərlər.”;

3.18. 1325-ci maddənin mətni 1325.1-ci maddə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda 1325.2–1325.5-ci maddələr əlavə edilsin: 

“1325.2. Notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir. 

1325.3. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir. 

1325.4. Hər bir miras şəriki bu Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər. 

1325.5. Bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şəhadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir.”.

Maddə 4. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 2, maddə 100) aşağıdakı dəyişikliklər edilsin: 

4.1. 54-cü maddənin birinci hissəsinin birinci abzasında “mirası qəbul edənədək, miras qəbul edilmədikdə isə” sözləri “mirasın qəbulundan imtina etdikdə” sözləri ilə əvəz edilsin;

4.2. 55-ci maddə üzrə: 

4.2.1. birinci hissədə “xəbər verməlidir” sözləri “bildiriş göndərir” sözləri ilə əvəz edilsin;

4.2.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin: 

“Notarius qaib vərəsələrin axtarılması üçün mediada, habelə Palatanın rəsmi internet saytında elan yerləşdirir.”;

4.2.3. üçüncü hissə ləğv edilsin;

4.3. 56-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Miras əmlakın mühafizə edilməsi vərəsəlik şəhadətnaməsi verilənədək davam edir.”;

4.4. 58-ci maddənin ikinci hissəsi ləğv edilsin. 

Maddə 5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD nömrəli, 1 may tarixli 189-VIIQD nömrəli və 16 may tarixli 196-VIIQD nömrəli qanunları) 36.3-cü maddəsində “vərəsəlik heç kim tərəfindən qəbul edilməmişdirsə” sözləri “bütün vərəsələr mirasdan imtina etmişsə” sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 21 iyun 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!