Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283; 2025, № 4 (I kitab), maddələr 308, 322, № 6, maddə 526, № 7, maddə 610, № 8, maddələr 736, 743) aşağıdakı məzmunda 67.3-cü maddə əlavə edilsin:
"67.3. Vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.".
Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743) aşağıdakı məzmunda 92.3-1-ci maddə əlavə edilsin:
"92.3-1. Bu Məcəllənin 92.3.6-cı, 92.3.7-ci, 92.3.9 - 92.3.11-ci maddələrində nəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü təmsil edə bilər.".
Maddə 3. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934; 2025, № 1, maddə 15, № 4 (I kitab), maddə 322, № 8, maddə 743) 81.9-cu maddəsinin birinci cümləsində "sənədi" sözü "sənədləri (vəkilin xidməti vəsiqəsi və vəkil orderi)" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 362) aşağıdakı dəyişikliklər edilsin:
4.1. preambulanın ikinci hissəsindən "fiziki və hüquqi şəxslərə" sözləri çıxarılsın;
4.2. 1-ci maddə üzrə:
4.2.1. adı aşağıdakı redaksiyada verilsin:
"Maddə 1. Vəkillik fəaliyyətinin əsasları və prinsipləri";
4.2.2. II hissədə "aşkarlıq" sözü "şəffaflıq, insan hüquqlarına hörmət" sözləri ilə əvəz edilsin;
4.2.3. III hissə üzrə:
4.2.3.1. ikinci abzasda "qanunlarına" sözü "normativ hüquqi aktlarına" sözləri ilə əvəz edilsin;
4.2.3.2. üçüncü abzasda ", digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs" sözləri "və digər dövlət orqanları (qurumları), habelə fiziki, vəzifəli və hüquqi şəxslər" sözləri ilə əvəz edilsin;
4.3. 2-ci maddənin II hissəsinə "məcəllələri" sözündən sonra "və digər qanunları" sözləri əlavə edilsin;
4.4. 3-cü maddənin mətninə "şəxslərin" sözündən sonra ", habelə dövlət orqanlarının (qurumlarının)" sözləri əlavə edilsin;
4.5. 4-cü maddə üzrə:
4.5.1. I hissə aşağıdakı redaksiyada verilsin:
"I. Vəkillik fəaliyyəti bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq yalnız vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə peşəkarcasına həyata keçirilən müstəqil hüquq fəaliyyətidir.";
4.5.2. III hissə üzrə:
4.5.2.1. ikinci abzasa "şəxslərin" sözündən sonra ", habelə dövlət orqanlarının (qurumlarının)" sözləri əlavə edilsin;
4.5.2.2. beşinci abzasa "şəxslərə" sözündən sonra ", habelə dövlət orqanlarına (qurumlarına)" sözləri əlavə edilsin;
4.6. 5-ci maddə üzrə:
4.6.1. III hissəyə "bağlanmış" sözündən sonra "yazılı" sözü əlavə edilsin;
4.6.2. V hissə üzrə:
4.6.2.1. birinci abzasın birinci cümləsində "qanunvericiliyinin" sözü "normativ hüquqi aktlarının" sözləri ilə əvəz edilsin və həmin cümləyə "uyğun" sözündən sonra "olaraq Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müəyyən etdiyi qaydalara əsasən" sözləri əlavə edilsin;
4.6.2.2. ikinci abzasda "vəkil (vəkillər)" sözləri "vəkillər" sözü ilə əvəz edilsin və həmin abzasa "əlaqələndirən" sözündən sonra "qeyri-kommersiya" sözləri əlavə edilsin;
4.6.3. VI hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Bu maddənin V hissəsinin birinci abzasında müəyyən edilmiş qaydalara uyğunluğu Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə təsdiqlənmiş vəkil qurumu seçilmiş təşkilati-hüquqi forma üzrə dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyətə başlayır.";
4.7. 6-cı maddənin III hissəsi aşağıdakı redaksiyada verilsin:
"III. Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər yalnız öz fəaliyyətinin təbliği ilə bağlı vəkilliyin rəmzlərindən istifadə edə bilərlər.";
4.8. 7-ci maddə üzrə:
4.8.1. I hissə aşağıdakı redaksiyada verilsin:
"I. Hüquqi şəxslər və dövlət orqanları (qurumları) normativ hüquqi aktlarda müəyyən edilmiş hallarda öz peşə vəzifələrini yerinə yetirən vəkillərə yardım etməlidirlər.";
4.8.2. III hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"Vəkilin vəkillik fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olan hallar barədə dindirilməsi qadağandır.";
4.9. 8-ci maddənin I, IV və V hissələri aşağıdakı redaksiyada verilsin:
"I. Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə bir ildən az olmayaraq iş stajı olan və ya elmi müəssisələrdə (təşkilatlarda) və təhsil müəssisələrində hüquq sahəsində bir ildən az olmayan müddətdə fəaliyyət göstərən, Vəkillərin İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə yazılı testdən və müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətlə vermiş, müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş Azərbaycan Respublikasının vətəndaşları bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilərlər.
Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədən keçərək icbari təlimə cəlb olunmaqla həmin təlimi müvəffəqiyyətlə keçdikdən sonra vəkilliyə qəbul olunurlar. Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər yazılı test vermədən, müsahibədə iştirak etmək hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.
Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fəxri ad verilmiş şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştirak etmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə qəbul olunurlar.";
"IV. Vəkil dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğuna xitam verilənədək dayandırılır. Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) iki il və ya daha çox qulluq keçmiş şəxslər (hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları istisna olmaqla) dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitam verildikdən sonra onların vəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmiş hallar aşkar edilmədikdə onlar müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.
Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) iki ildən az qulluq keçmiş şəxslər, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçmiş dövlət qulluqçuları dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitam verildikdən sonra onların müraciəti olduqda və vəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmiş hallar aşkar edilmədikdə vəkilliyə buraxılırlar.
V. Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.";
4.10. 8-1-ci maddə üzrə:
4.10.1. I hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bu Qanunun 8-ci maddəsinin II hissəsində qeyd olunan şəxslər vəkil köməkçisi ola bilməzlər.";
4.10.2. II hissə aşağıdakı redaksiyada verilsin:
"II. Vəkilin köməkçisi vəkil qurumu ilə, vəkillik fəaliyyəti fərdi qaydada həyata keçirildikdə isə vəkillə bağlanmış əmək müqaviləsinə əsasən fəaliyyət göstərir.";
4.10.3. III hissənin birinci cümləsinə "onun" sözündən sonra "qanuni" sözü əlavə edilsin;
4.10.4. aşağıdakı məzmunda V hissə əlavə edilsin:
"V. Vəkil köməkçisinə dair məlumatlar vəkil reyestrinin xüsusi bölməsinə daxil edilir.";
4.11. 9-cu maddə üzrə:
4.11.1. I hissənin birinci cümləsinə "olduğu" sözündən sonra "vahid" sözü əlavə edilsin;
4.11.2. II hissəyə "Kollegiyası" sözündən sonra "qeyri-kommersiya" sözləri əlavə edilsin;
4.11.3. IV hissə aşağıdakı redaksiyada verilsin:
"IV.Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı), Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyasının orqanlarıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş qaydada Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.";
4.11.4.V hissənin altıncı abzası yeddinci abzas hesab edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
"dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın (vəsaitin) vəkil qurumlarına və fərdi qaydada fəaliyyət göstərən vəkillərin bank hesablarına köçürülməsini təmin edir;";
4.12. 10-cu maddə üzrə:
4.12.1. I hissə aşağıdakı redaksiyada verilsin:
"I. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:
Vəkillər Kollegiyasının Nizamnaməsini, Vəkillərin İntizam Komissiyasının Əsasnaməsini, Vəkillərin İxtisas Komissiyasının Əsasnaməsini və Vəkillərin etik davranış qaydaları haqqında Əsasnaməni təsdiq etmək və onlarda dəyişiklik etmək;
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, Vəkillərin İntizam Komissiyasının sədrini, sədr müavinini və digər üzvlərini seçmək;
Vəkillər Kollegiyasının büdcəsini, üzvlük haqqının məbləğini, vəkillərin müraciətləri əsasında onların müəyyən dövr üzrə üzvlük haqqını ödəməkdən azad edilməsi və ya müəyyən dövr üzrə üzvlük haqqının məbləğinin azaldılması qaydasını, Vəkillər Kollegiyasının regional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin, tədris mərkəzlərinin, vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin monitorinqinin aparılması qaydasını, vəkil orderinin və order markasının forması, hazırlanması və istifadə qaydasını, order markasına görə ödəniş məbləğini, vəkil qurumlarının yaradılması qaydasını, vəkillərin il ərzində iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimal saat sayını müəyyən etmək;
vəkilliyin rəsmi embleminin, vəkillərin xüsusi geyim formasının təsvirini və Vəkillər Kollegiyasının maliyyə-təsərrüfat hesabatını təsdiq etmək.";
4.12.2. aşağıdakı məzmunda I-I hissə əlavə edilsin:
"I-I. Vəkillər Kollegiyası üzvlərinin sayı beş yüzdən çox olarsa, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının səlahiyyətləri Vəkillər Kollegiyası üzvlərinin konfransı tərəfindən həyata keçirilə bilər.";
4.12.3. III hissə aşağıdakı redaksiyada verilsin:
"III.Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) üç ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılır. Vəkillər Kollegiyası üzvlərinin növbədənkənar ümumi yığıncağı (konfransı) Vəkillər Kollegiyası üzvlərinin üçdə birinin tələbi və ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı əsasında çağırıla bilər. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) çağırıldıqda Vəkillər Kollegiyasının Rəyasət Heyəti iki ay ərzində onun təşkilini və keçirilməsini təmin edir.";
4.13. 11-ci maddə üzrə:
4.13.1. II hissə üzrə:
4.13.1.1. birinci cümləyə "Rəyasət" sözündən əvvəl "Vəkillər Kollegiyası" sözləri, "yığıncağında" sözündən sonra "(konfransında)" sözü əlavə edilsin;
4.13.1.2. üçüncü cümlə çıxarılsın;
4.13.2. III hissə aşağıdakı redaksiyada verilsin:
"III. Vəkillər Kollegiyasının Rəyasət Heyəti:
Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağını (konfransını) çağırır və onun qərarlarının icrasını təşkil edir;
Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətləri həyata keçirir, vəkil reyestrini aparır;
dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın (vəsaitin) ödənilməsi ilə bağlı sənədləşmə qaydasını müəyyən edir, dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını təsdiq edir və aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edir;
Vəkillərin İxtisas Komissiyasının vəkil üzvlərini təyin edir;
ixtisas imtahanının qaydasını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir;
vəkillik fəaliyyətinin statistikasını aparır, təcrübəni ümumiləşdirir və vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır;
vəkilləri həvəsləndirmə qaydasını müəyyən edir və vəkillərin həvəsləndirilməsini həyata keçirir;
vəkillər barəsində intizam icraatı başlayır və bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş qaydada intizam tənbehi tətbiq edir;
vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir;
Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əməkhaqqını təsdiq edir;
Vəkillər Kollegiyasının regional qurumlarını (mərkəzlərini), hüquqi yardım mərkəzlərini və tədris mərkəzlərini yaradır, onların aparatlarının strukturunu, ştat cədvəlini, illik büdcəsini və işçilərin əməkhaqqını təsdiq edir;
Vəkillər Kollegiyası orqanlarının qəbul etdikləri qərarların icrasının təmin edilməsi ilə bağlı Vəkillər Kollegiyasının regional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin və tədris mərkəzlərinin, vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin azı üç ay müddətində monitorinqini aparır, onların nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə qərarlar qəbul edir;
vəkilliyə qəbul üzrə imtahanda iştirak haqqının məbləğini müəyyən edir;
Vəkillər Kollegiyasına daxil olmuş vəsaitlərin xərc istiqamətlərini müəyyən edir;
Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müəyyən etdiyi qaydalara əsasən vəkilin müraciəti əsasında onun müəyyən dövr üzrə üzvlük haqqından azad edilməsi və ya müəyyən dövr üzrə üzvlük haqqının azaldılması barədə qərar qəbul edir;
vəkillərin fəaliyyətində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntusu halını aşkar edərsə, həmin Qanuna müvafiq olaraq tədbirlər görür;
vəkilin xidməti vəsiqəsinin təsviri və nümunəsini müəyyən edir;
bu Qanun və öz Nizamnaməsində nəzərdə tutulmuş digər məsələləri həll edir.";
4.13.3. IV hissə üzrə:
4.13.3.1. birinci cümləyə "etdikdə" sözündən sonra "Vəkillər Kollegiyası" sözləri əlavə edilsin;
4.13.3.2. ikinci cümləyə "Rəyasət" sözündən əvvəl "Vəkillər Kollegiyası" sözləri, "qərarlar" sözündən sonra "açıq səsvermə yolu və" sözləri əlavə edilsin;
4.13.3.3. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Səslər bərabər olduqda Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına sədrlik edənin səsi həlledicidir.";
4.14. 12-ci maddə üzrə:
4.14.1. ikinci abzasa "edir" sözündən sonra "və onun adından çıxış edir" sözləri əlavə edilsin;
4.14.2. üçüncü - yeddinci və doqquzuncu abzaslara "Rəyasət" sözündən əvvəl "Vəkillər Kollegiyası" sözləri əlavə edilsin;
4.14.3. onuncu abzas on birinci abzas hesab edilsin və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
"Vəkillər Kollegiyasının regional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin və tədris mərkəzlərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;";
4.15. 13-cü maddə üzrə:
4.15.1. I hissəyə "üçün" sözündən sonra "Vəkillərin" sözü əlavə edilsin;
4.15.2. II hissə aşağıdakı redaksiyada verilsin:
"II. Vəkillərin İxtisas Komissiyası yeddi vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on üç üzvdən ibarət olmaqla fəaliyyət göstərir. Vəkillərin İxtisas Komissiyasının səlahiyyət müddəti beş ildir.";
4.15.3. III hissənin birinci və ikinci cümlələrinə, IV-VI hissələrə "İxtisas" sözündən əvvəl "Vəkillərin" sözü əlavə edilsin;
4.15.4. VII hissədə "qanunvericiliyin" sözü "normativ hüquqi aktların" sözləri ilə əvəz edilsin;
4.15.5. X hissəyə "İxtisas" sözündən əvvəl "Vəkillərin" sözü əlavə edilsin və həmin hissədə "Kollegiyasının Ümumi yığıncağı" sözləri "Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı)" sözləri ilə əvəz edilsin;
4.16. 14-cü maddə üzrə:
4.16.1. II hissədə "vəkillər" sözü "onlar haqqında məlumatlar" sözləri ilə, "edilirlər" sözü "edilir" sözü ilə əvəz edilsin;
4.16.2. III hissədə "mətninə imza edir" sözləri "mətnini imzalayır" sözləri ilə əvəz edilsin;
4.17. aşağıdakı məzmunda 14-1-ci maddə əlavə edilsin:
"Maddə 14-1. Vəkilin xidməti vəsiqəsi
I. Vəkil andı içmiş vəkillərə xidməti vəsiqə verilir. Xidməti vəsiqənin forması, verilməsi qaydası və etibarlılıq müddəti Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. Vəkilin xidməti vəsiqəsi onun Vəkillər Kollegiyasına üzvlüyünü təsdiq edir. Xidməti vəsiqə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı tərəfindən hazırlanır.
II. Vəkil fəaliyyəti dövründə xidməti vəsiqədən istifadə edir. Xidməti vəsiqədə göstərilən məlumatlar dəyişdikdə, məlumatların səhv olduğu müəyyənləşdirildikdə, xidməti vəsiqə itirildikdə, yararsız hala düşdükdə, habelə xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə verilir.
III. Vəkilin fəaliyyəti dayandırıldıqda və ya onun fəaliyyətinə xitam verildikdə xidməti vəsiqə Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatına qaytarılır.
IV. Vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunduğu gündən dayandırma müddəti bitənədək o, xidməti vəsiqəsindən istifadə etmək hüququnu itirir. Vəkilin fəaliyyətinə xitam verilməsi barədə qərar qüvvəyə mindiyi gündən etibarən xidməti vəsiqə öz qüvvəsini itirir.";
4.18. 15-ci maddənin II hissəsi üzrə:
4.18.1. ikinci və dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin:
"hüquqi yardım üçün müraciət etmiş fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarını, qanuni maraq və mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, hüquqi şəxslərdə, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiə və təmsil etmək;";
"vəkillik fəaliyyətini həyata keçirməklə əlaqədar sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları (məlumatları) və digər sənədləri dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, hüquqi şəxslərdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı yazılı sorğular vermək;";
4.18.2. beşinci abzasa "rəy" sözündən sonra "və məlumatlar" sözləri əlavə edilsin;
4.18.3. yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
"kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil etmək.";
4.19. aşağıdakı məzmunda 15-1-ci və 15-2-ci maddələr əlavə edilsin:
"Maddə 15-1. Vəkil orderi
I. Vəkil orderi vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən vəkilə verilən, özündə tapşırıq üzrə istintaq (təhqiqat), prokurorluq orqanında və ya bir məhkəmə instansiyasında (işin mahiyyəti ilə əlaqəli olmayan məhkəmə aktlarından apellyasiya və kassasiya instansiyasına verilən şikayətlər üzrə məhkəmə iclasları istisna olmaqla) təmsilçilik və hüquqi yardımın göstərilməsini, hüquqi şəxslərdə təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edir.
II. Vəkil orderi dövlət hesabına göstərilən hüquqi yardıma görə təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin müvafiq qərarı və ya müraciət edən şəxslə vəkil (vəkil qurumu) arasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar bağlanmış müqavilə əsasında verilir.
III. Dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən vəkil orderi vəkilin təmsilçilik səlahiyyətlərini müəyyən edən və vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiq olunan sənəddir.
IV. Müqavilə əsasında verilən vəkil orderi vəkilin təmsilçilik səlahiyyətlərini müəyyən edən, vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiq olunan və üzərində onun həqiqiliyini əks etdirən order markası olan sənəddir. Order markası özündə vəkil orderinin unikal seriya və nömrəsini əks etdirən xüsusi nişandır.
V. Vəkil orderinin və order markasının forması, hazırlanması, istifadə qaydası və order markasına görə ödənişin məbləği Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən müəyyən olunur.
Maddə 15-2. Vəkil sorğusu
I. Vəkil sorğusu peşəkar hüquqi yardımın göstərilməsi üçün zəruri olan məlumatların (sənədlərin) əldə olunması məqsədilə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, habelə qanuna uyğun olaraq fəaliyyət göstərən digər hüquqi və fiziki şəxslərə həmin şəxslərin səlahiyyət hədləri nəzərə alınmaqla vəkil tərəfindən verilən və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda cavablandırılmalı olan yazılı müraciətdir.
II. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə başqa qayda nəzərdə tutulmadıqda vəkil sorğusu daxil olduğu gündən ən qısa müddətdə, lakin yeddi iş günündən gec olmayaraq cavablandırılmalıdır. Bu müddət ərzində sorğunun cavablandırılması mümkün olmadıqda, həmin müddət əlavə olaraq yeddi iş günü uzadıla bilər.
III. Vəkil tərəfindən göndərilən sorğuya onun sorğu göndərilən iş üzrə səlahiyyətli olduğunu müəyyən edən vəkil orderinin vəkil qurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən təsdiq olunmuş surəti əlavə olunur. Vəkil sorğusu vəkil qurumunun sorğu göndərən vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən müvafiq blankda çap və imza edilməklə, habelə vəkil qurumunun rəhbəri və fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən möhürlənməklə təsdiqlənir.";
4.20. 16-cı maddə üzrə:
4.20.1. I hissə üzrə:
4.20.1.1. birinci abzasda "Peşə fəaliyyətini həyata keçirərkən" sözləri "Vəkillər Kollegiyasına üzv olduğu dövrdə" sözləri ilə əvəz edilsin;
4.20.1.2. ikinci abzasa "tələblərini" sözündən sonra "rəhbər tutmalı və" sözləri əlavə edilsin;
4.20.1.3. dördüncü abzas ləğv edilsin;
4.20.1.4. yeddinci abzasa "vəkil" sözündən əvvəl "qanunla müəyyən edilmiş hallar istisna olmaqla" sözləri əlavə edilsin;
4.20.1.5. səkkizinci abzas on ikinci abzas hesab edilsin və aşağıdakı məzmunda səkkizinci - on birinci abzaslar əlavə edilsin:
"üzvlük haqqını hər ay ödəməlidir;
normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallarda hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına hüquqi yardım göstərməlidir;
il ərzində minimal icbari tədris saatlarını toplamalıdır;
Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyən etdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyi qərarları icra etməlidir;";
4.20.2. III hissə aşağıdakı redaksiyada verilsin:
"III.Vəkilin mülki işlər, kommersiya mübahisələri, inzibati icraat üzrə, inzibati xətalar haqqında işlər və ya cinayət işləri üzrə icraatda müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar Azərbaycan Respublikasının prosessual qanunvericiliyi və inzibati xətalar haqqında qanunvericiliyi ilə müəyyən edilir.";
4.20.3. IV hissəyə "şəxslərə" sözündən sonra ", habelə dövlət orqanlarına (qurumlarına)" sözləri əlavə edilsin;
4.21. 16-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Vəkillər öz peşə hazırlığı və ixtisaslarının artırılması məqsədilə il ərzində icbari qaydada Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müəyyən etdiyi müddətdən az olmamaqla müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsinin təşkil etdiyi tədris tədbirlərində və ya digər tədris tədbirlərində iştirak edirlər.";
4.22. 17-ci maddə üzrə:
4.22.1. I hissə aşağıdakı redaksiyada verilsin:
"I. Vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər, hazırladığı hüquqi sənədlər, rəylər və arayışlar, habelə hüquqi yardım üçün müraciət faktı, hüquqi yardım haqqında bağladığı müqavilənin mətni və müqavilənin bağlanılması faktı, müraciətin mahiyyəti, vəkilin göstərdiyi hüquqi xidmətdən imtina edildikdə imtinanın əsasları vəkil sirrini təşkil edir. Vəkildən imtina edilməsi vəkil sirrinin açıqlanması üçün əsas ola bilməz. Vəkil sirri təşkil edən məlumatların vəkillərdən, vəkil köməkçisindən, vəkil qurumlarından, eləcə də vəkil kimi fəaliyyət göstərdiyi dövr üzrə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş vəkillərdən tələb edilməsi yolverilməzdir.";
4.22.2. III hissədə "qanunvericiliyi" sözü "normativ hüquqi aktları" sözləri ilə əvəz edilsin;
4.23. 18-ci maddənin mətnində "Vəkil peşə fəaliyyətini həyata keçirərkən" sözləri "Vəkillər Kollegiyasına üzv olduğu dövrdə vəkil" sözləri ilə, "Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin" sözləri "Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən qəbul olunmuş Vəkillərin etik" sözləri ilə əvəz edilsin;
4.24. 19-cu maddə üzrə:
4.24.1. I hissədən "Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış" sözləri çıxarılsın;
4.24.2. III hissənin üçüncü cümləsində "Vəkilin xidmətlərini" sözləri "Hüquqi yardım haqqını" sözləri ilə, "qanunvericiliyi" sözü "normativ hüquqi aktları" sözləri ilə əvəz edilsin;
4.25. 20-ci maddə üzrə:
4.25.1. I hissənin birinci cümləsinə "şəxslərə və" sözlərindən sonra "qanunla müəyyən edilmiş digər hallarda" sözləri əlavə edilsin və həmin cümlədə "vəkilin xidmətlərini" sözləri "hüquqi yardım haqqını" sözləri ilə əvəz edilsin;
4.25.2. II hissənin birinci abzasında "Vəkillər Kollegiyasının müəyyən olunmuş qaydada tərtib edilən" sözləri "vəkillərin" sözü ilə əvəz edilsin;
4.26. 21-ci maddə üzrə:
4.26.1. I hissə üzrə:
4.26.1.1. "tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair" sözləri "barəsində verilən" sözləri ilə əvəz edilsin;
4.26.1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti beş ildir.";
4.26.2. II hissədə "Kollegiyasının Ümumi yığıncağı" sözləri "Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı)" sözləri ilə əvəz edilsin;
4.26.3. aşağıdakı məzmunda III hissə əlavə edilsin:
"III. Barəsində intizam icraatı aparılan vəkillər intizam icraatı zamanı qanunla və Vəkillərin İntizam Komissiyasının Əsasnaməsi ilə təsbit olunan hüquq və vəzifələrə malikdirlər.";
4.27. 22-ci maddə üzrə:
4.27.1. I hissə aşağıdakı redaksiyada verilsin:
"I. Vəkil tərəfindən bu Qanunun və digər normativ hüquqi aktların və Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması, habelə vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.";
4.27.2. III hissədə "altı ay" sözləri "bir il" sözləri ilə, "bir" sözü "iki" sözü ilə əvəz edilsin;
4.27.3. V və VI hissələr aşağıdakı redaksiyada verilsin:
"V. Vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən üç ay müddətində vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edir. Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət üç ayadək uzadıla bilər.
VI. Vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:
xəbərdarlıq;
töhmət;
üzvlük haqqının 10 misli həcmində cərimə;
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;
vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.";
4.27.4. aşağıdakı məzmunda VI-I hissə əlavə edilsin:
"VI-I. Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri rəhbər tutulur.
Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatı başlanılmır və ya başlanılmış icraata xitam verilir.";
4.27.5. VII hissədən ikinci cümlə çıxarılsın;
4.27.6. VIII hissə ləğv edilsin;
4.27.7. aşağıdakı məzmunda IX hissə əlavə edilsin:
"IX. Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə qərarından bir ay müddətində məhkəməyə şikayət verilə bilər.";
4.28. 23-cü maddə üzrə:
4.28.1. I hissənin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
"Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə.";
4.28.2. II hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Vəkilin fəaliyyətinə xitam verilməsi barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarından bir ay müddətində məhkəməyə şikayət verilə bilər.";
4.29. 24-cü maddənin I hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Vəkillər Kollegiyasının vəsaiti daxil olan üzvlük haqqından, order markasına görə ödənişdən, bu Qanunun 16-cı maddəsinin II hissəsində nəzərdə tutulmuş vəsaitdən və qanunla qadağan edilməyən digər mənbələrdən formalaşır.";
4.30. 25-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Vəkillərin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2025-ci il