06 Mart 2016 12:03
1963
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 59

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 59

 

№ 59                                                  Bakı şəhəri, 16 fevral 2016-cı il

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1239 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 671) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 6.5.4-cü yarımbənddə “bağlanılmasına razılıq verilməsi” sözləri “və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 6.5.4-1-ci yarımbənd əlavə edilsin:

“6.5.4-1. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;”.

3. 7.1.12-ci yarımbəndə “əqdlər” sözündən əvvəl “bu Nizamnamənin 6.5.4-cü və 6.5.4-1-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

4. 8-ci hissə üzrə:

4.1. adı aşağıdakı redaksiyada verilsin:

“Cəmiyyətdə uçot, hesabat və nəzarət”;

4.2. 8.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.6-cı bənd əlavə edilsin:

“8.6. İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.

5. 11.1-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan  

18:59
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

16:22
04 İyun

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

16:21
04 İyun

2026 FİFA Dünya Kuboku – ilk dəfə 48 komandanın yarışacağı mundial  

16:20
04 İyun

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib

16:17
04 İyun

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

16:13
04 İyun

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar  

16:12
04 İyun

Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir

16:09
04 İyun

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15:52
04 İyun

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

15:49
04 İyun

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

15:48
04 İyun

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək 

15:47
04 İyun

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib  

15:45
04 İyun

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür  

15:38
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!